Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsinin iştirakçılarının 26.05.2023-cü il tarixində mükafatlandırılma təbdiri keçirildi.
Mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, layihənin iştirakçısı olan mentor müəllimlər iştirak etdilər.
Məktəbimizin mentor müəllimləri Günay Ibrahimova , Ülkər Abdullayeva və onların rəhbərlik etdiyi layihənin üzvləri yüksək səviyyədə iştirakına və fəallığa görə diplom və təşəkkürnamələrlə təltif olundular.
Hər bir müəllimi təbrik edir , işlərində yeni nailiyyətlər arzu edirik.