
Rzazadə Murad Ağamməməd oğlu 12 iyul 1993 -cü il taixində Salyan rayonu Marışlı kəndində anadan olub. 4 bacının bir qardaşı olan Murad zəhmətkeş ailədə böyüyüb. Hər zaman vətən eşqi ilə qəlbi döyünüb.
04.10.2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkət edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rzazadə Murad Ağamməməd oğlu Ölümündən sonra Ağdam və Suqovuşanın azad olunmasına görə, Vətən uğrunda medalları ilə təltif edilmişdir.