
Avqustun 13-də saat 19 radələrində Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Ağstafa rayon sakini E.Həsənovun idarə etdiyi “Mercedes” markalı və Salyan rayon sakini Rəşad Nəzərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə Rəşad Nəzərov və sərnişini Bakı şəhər sakini Y.Əhmədov hadisə yerində keçiniblər, digər 5 sərnişin xəstəxanaya yerləşdirilib. Digər yaralı Mütəllimov Novruz Azər oğlu da Salyan rayon sakinidir və ağır yaralandığından Bakıya aparılaraq xəstəxanaya yerləşdirilib.
Hüquq Müdafiəçisi, Demokratiyaya İctimai Birliyin Sədri Emil Məmmədovun verdiyi məlumata görə Qarabağdakı tikinti işlərində Qaynaqçı işləyən Rəşad, Rusiyada yaşayan tanınmış iş adamı Rəşid Nəzərovun oğlu olub. Rəşid Nəzərov xeyriyyəçi kimi tanınan bir insan olub.
Xatırladaq ki, mərhumun 1 və 6 yaşlı 2 qız uşağı var... Rəşad Nəzərov 14 avqust Salyan rayonunda torpağa tapşırıldı.
Azərbaycan Respublikasının Şəhid ailələri, Əlilər və müharibə veteranlarının hüquqlarının müdafiəsi üzrə bir neçə rayonun nümayəndəsi Nuranə Gözəlova xanım və Xebernur.com sayıtı kollektivi adından Nəzərovlar ailəsinə başsağlıqı veririk. Allah rəhmət etsin....