
Raqil İsmayılovun mövludu yaşadığı Salyan rayon Sarvan kəndində qeyd edilib. Əvvəlcə kənd Mədəniyyət Evində şəhidin həyat yolu haqqında danışılıb. Rayonun icra nümayəndələri, şəhid valideynləri, müharibə iştirakçıları və s. İştirak ediblər. Sonra şəhidin məzarını ziyarət edib, ehsan süfrəsinə əyləşiblər....
Raqil Rafiq oğlu İsmayılov 1994-cü il avqustun 16-da Salyan rayonunun Sarvan kəndində anadan olub.Azərbaycan Ordusunun kiçik çavuşu olan Raqil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Raqil İsmayılov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.




