• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Mehriban Əliyevanın fəaliyyəti yalnız Azərbaycan üçün deyil, bütövlükdə, sülhpərvər bəşəriyyət üçün fədakarlıq nümunəsidir

Gündəm

26-08-2023, 07:43

Mehriban Əliyevanın fəaliyyəti yalnız Azərbaycan üçün deyil, bütövlükdə, sülhpərvər bəşəriyyət üçün fədakarlıq nümunəsidir

Azərbaycan xalqının dünya tarixində öz mental xüsusiyyətləri ilə tutduğu üstün mövqedə qadın amili də mühüm rol oynayır. Tarixən həm ailədə, həm də dövlət idarəçiliyində yaxından iştirak edən Azərbaycan qadınının zərifliyini onun dərin zəkası və möhkəm iradəsi tamamlayıb. Bütün zamanlarda qadınlarımız Vətənin dar günündə, düşmənlə açıq savaşda da döyüş meydanında kişilərə arxa-dayaq olublar. El-obada ağbirçək öyüdü ağsaqqal nəsihəti ilə qoşa səslənib. Hökmdar qadınlar silsiləsi tarixdə bu ali keyfiyyətlərin üzərində sıralanıb.


Məhz bu səbəbdəndir ki, Azərbaycan 1918-ci ildə müstəqilliyini bərpa edib insanların seçib-seçilmək haqqına meydan açanda qadınlara da kişilərlə bərabər hüquq təmin edildi. Bu, sonralar Qərb demokratiyasına örnək olmuş tarixi bir addım idi. Müasir dünya düzəninin şərtləri altında da Azərbaycan qadınları öz tarixi ənənələrini qoruyaraq həyatın bütün sahələrində öncüllüyü ilə seçilir. Bu gün Azərbaycan adını dünya səviyyəsində ucaldan bu tarixi varisliyin ən layiqli örnəyi birinci xanım Mehriban Əliyevadır.


Mehriban xanım hər şeydən öncə, müasir dövr üçün Azərbaycan qadınının ali özünütəqdimi, ideal obrazıdır. Bütün üstün keyfiyyətləri ilə Mehriban Əliyeva bugünkü sosial, siyasi, humanitar dünya üçün kamil qadın nümunəsi, bəşəri mərhəmət, alicənablıq və xeyirxahlıq rəmzidir.


Heydər Əliyev Fondunun rəhbəri kimi ictimai, Birinci vitse - prezident olaraq siyasi fəaliyyəti ilə Mehriban Əliyeva zaman-zaman Azərbaycan cəmiyyətinə başçılıq etmiş qadın liderlərin sırasını ən yüksək səviyyədə tamamlayır. O, dünya qadın liderlərin cərgəsində də milli və və bəşəri dəyərləri mükəmməl təcəssüm etdirən şəxsiyyət kimi tanınır.


"Dəmir ledi" kimi tanınmış Marqarita Tetçer idarəçilik sistemdə özünəməxsus şəkildə Avropaya və eləcə də dünyaya yeni ingilis hegemonluğu aşılamaq fikrində idisə, “Zərif ledi” kimi məşhurlaşmış Mehriban xanımın iddiası isə bəşəriyyəti bəlalardan qorumaq, beynəlxalq aləmə yeni humanizm dalğası yaymaqdır.


Başqa bir nümunədə də Mehriban xanım şəfqət, mərhəmət, ləyaqət anlayışlarına yeni məzmun və yön gətirməsi ilə fərqlənir. Ölkəsinin qapılarını qaçqın və köçkünlərin üzünə açan İndira Qandi bu xoş niyyətinə görə ölkəsində və beynəlxalq aləmdə nüfuzunu artırdı, bütün təhdidlərə rəğmən Hindistanı nüvə dövlətinə çevirdi. Mehriban xanım Əliyeva isə nüvə silahından daha güclü, insanlıq üçün daha vacib olan bir dəyər – hamı və hər kəs üçün nicat fəlsəfəsini insanlığın fəzasına qanadlandırdı. Azərbaycanın birinci xanımı çoxcəhətli humanitar fəaliyyəti ilə sübut etdi ki, dünyanı siyasi hegemonluq və hərbi güc deyil, yalnız barış, mərhəmət və sevgi xilas edəcək. Bu inanc Mehriban xanımın həyat prinsipidir!

Məhz bu yüksək amalla Mehriban xanım şərəfli Vətən müharibəsindən əvvəl bütün platformalarda çıxışlarında bölgədə barışın bərqərar olmasına səy göstərdi. O, regionda və dünyada barışa savaş çarçısı kimi deyil, sülh elçisi kimi öz töhfələrini verdi. UNESCO- nun sülhməramlı elçisi olaraq Azərbaycanın qadın lideri mədəniyyətlərarası dialoqla sabitliyə nail olmağa çalışdı. Erməni tərəfinin qəsbkar davranışları qəbulolunmaz olduğundan, nəhayət, məsələ savaşla nəticələndi. Sonrakı proseslərdə Mehriban Əliyevanın siyasətçi, dövlət xadimi, ana kimi böyüklüyünü, insarsevərliyini Ermənistanda da ağlını axıradək itirməyənlər etiraf etdilər.


Ona görə də bu nəcib keyfiyyətlərinə görə Azərbaycanın Birinci vitse- prezidenti ölkəmizdə və beynəlxalq aləmdə sevilir, şəxsiyyətinə böyük hörmət və ehtiramla yanaşılır, ictimai rəyin nüfuzlu kumirinə çevrilib.Azərbaycanda elə bir sahə tapılmaz ki, orada Mehriban Əliyevanın xoşniyyətli imzası olmasın. Dünyada da onun xeyriyyə əməlləri geniş əks-səda doğurub. Mehriban xanım Heydər Əliyev Fondunun rəhbəri olaraq sosial-mədəni sahələrdə xeyirxah layihələrin təşəbbüskarı və təşkilatçısı kimi ümumxalq rəğbəti qazanıb. Fondun maarif, mədəniyyət, səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələr problemlərin həllinə layiqli töhfə olub. Kimsəsizlərlə, aztəminatlı və şəhid ailələri, qazilərlə bağlı Mehriban xanımın davamlı fəaliyyəti onun ölkəmizdə mötəbər ümid qapısı kimi tanıdıb və sevdirib.


İllərdən bəri davam edən şəfqət dolu bu humanizm marafonunun nəticəsi olaraq ölkəmizdə ən ağır xəstənin harayına Heydər Əliyev Fondu və Mehriban xanım Əliyeva çatır. Talassemiyadan tutmuş ürək-damar xəstəliklərinə qədər insanlara göstərdiyi himayədarlıqda, xüsusən koronavirus pandemiyası ilə mübarizədə Mehriban xanımın xidmətləri əvəzsizdir. Bununla yanaşı, diabetli uşaqlara yüksək qayğı, onların təhlükəsiz və sistemli müalicə ilə təmin olunması istiqamətində Mehriban Əliyevanın səylərini xüsusi qeyd etmək lazımdır.Sağlam nəsil naminə səhiyyə problemlərinin aradan qaldırılmasına mühüm töhfələrini verən Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi altında 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir. Bu kateqoriyadan olan uşaqların müalicəsi, onların dərman preparatları ilə pulsuz təmin olunması həyata keçirilir. Bununla yanaşı, Mehriban xanımın tapşırığı ilə ağır xəstələrin ölkədə və xaricdə müalicə olunması, sağalaraq evlərinə qayıtması çox sayda ailəyə sevincli anlar yaşadır, nicat gətirir.


Bu gün Mehriban xanım humanizm və xeyirxahlıq marafonunun bəşəri aksiyaları dünya üçün də örnək sayılacaq bir zirvədədir. Mehriban Əliyevanın fəaliyyəti yalnız Azərbaycan üçün deyil, bütövlükdə, sülhpərvər bəşəriyyət üçün fədakarlıq nümunəsidir. Azərbaycan xalqı bütün bunlara görə öz ölkəsinin birinci xanımını ürəkdən sevir, ona ürəkdən güvənir, onun adı və imzasına böyük hörmət edir!


Seymur Orucov ,
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Dovletxeberleri

Oxunub: 338
Paylaş:
Digər xəbərlər

Gündəm

30-03-2023, 14:42

Heydər Əliyevin ümumbəşəri ideyaları

Gündəm

26-08-2022, 16:43

“Mehriban Əliyeva beynəlxalq aləmdə siyasi həmrəylik və dialoqun möhkəmlənməsinə çalışan ictimai-siyasi xadimdir.”

Cəmiyyət

26-08-2022, 11:38

Mərhəmətli Azərbaycan qadını, şəfqətli Ana.

Gündəm

8-03-2021, 13:13

Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Cəmiyyət

7-03-2020, 14:13

Teleaparıcı Ləman Yusifova Razi Nurullayeva təşəkkür etdi

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
17-06-2026, 09:07
Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
Son xəbərlər
  • 20-06-2026, 09:34
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
  • 20-06-2026, 01:16
    Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
  • 19-06-2026, 14:48
    Aşura günü qanvermə aksiyası keçiriləcək - ÜNVANLAR
  • 19-06-2026, 14:19
    Prezident diplomatik xidmətlə bağlı yeni dəyişiklikləri təsdiqlədi
  • 19-06-2026, 11:51
    Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
  • 19-06-2026, 11:14
    Deputatlar bu gün 14 məsələ müzakirə edəcək
  • 18-06-2026, 17:35
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
  • 18-06-2026, 16:47
    Pensiyaçılara şad xəbər: sabah ödəniləcək
  • 18-06-2026, 13:29
    İlham Əliyev qəbul keçirdi - FOTOLAR
  • 18-06-2026, 08:59
    II və III qrupların imtahan NƏTİCƏLƏRİ
  • 17-06-2026, 11:21
    Sertifikasiya imtahanları BAŞLADI
  • 17-06-2026, 09:35
    Qarabağa qayıdış sürətlənir: Şükürbəyliyə 45 ailə köçdü
  • 17-06-2026, 09:15
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu
  • 17-06-2026, 09:07
    Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
  • 17-06-2026, 09:03
    Tarixi görüşün yeri açıqlandı
  • 16-06-2026, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • 16-06-2026, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • 16-06-2026, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • 16-06-2026, 10:06
    Media və Yayım Şurası yaradılır
  • 16-06-2026, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
Daha çox
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
18-06-2026, 17:35
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
18-06-2026, 13:29
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
18-06-2026, 16:47
Pensiyaçılara şad xəbər: sabah ödəniləcək
16-06-2026, 14:29
Strateji müttəfiqliyin hüquqi təməli
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə