
Şekil kimi oğlanlar, şekillərdə qaldı...
Sadiq İsayevin ildönümü Salyan rayon Arbatan kəndində qeyd edilib...
Il Qarabağ müharibəsində şəhid olmuş Mirmuradın yaxın dostu idi Sadiq, onun şəhid olmasını eşidəndən qisas almaq üçün bu yol onun gözündə, beynində cananlanırdı... Hətta əsgərliyə getməzdən öncə bununla bağlı qısaca şeirdə deyibmiş. Onun arzusu dostu Mirmuradın qisasını alıb, şəhid olmaq idi.
Arzusuna çatdı, şəhid olub dostuna qovuşdu....
2022-ci ilin Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədmişdir. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş tapşırığını yerinə yetirərkən, Salyan rayonunun Arbatan kənd sakini 2003-cü il təvəllüdlü əsgər İsayev Sadiq Rəşad oğlu şəhid olmuşdur.