• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Dəmir yumruq”un Zəfəri

Gündəm

3-10-2023, 15:50

“Dəmir yumruq”un Zəfəri

“Dəmir yumruq”un Zəfəri
44 gün davam edən Vətən müharibəsinin başlanmasından bir ilə yaxın vaxt keçir

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Şübhəsiz, bu, Ermənistan ordusunun öz havadarlarına arxalanaraq Azərbaycana qarşı törətdiyi növbəti təxribat ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin davamı idi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq beynəlxalq normalara əsasən əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!”

Zəfər yürüşü

Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Cəbrayıl rayonları istiqamətində bir çox strateji məntəqələr, o cümlədən Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nuzgar, Şərvənj kəndləir erməni daşnaklarından azad olunaraq irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi. Oktyabrın 3-də Füzuli, Cəbrayıl, Tərtər rayonlarının 8 kəndi, o cümlədən Madagiz erməni faşistlərindən təmizləndi və orada bayrağımız qaldırıldı. Bu möhtəşəm uğurdan bir neçə gün sonra bu kəndin tarixi adı da Prezidentimiz tərəfindən bərpa edildi: Suqovuşan. Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, həmçinin bu rayonun 10 kəndini, sonrakı gün isə daha 3 kəndini azad edən müzəffər ordumuz oktyabrın 9-da Hadrut qəsəbəsini düşməndən təmizləyərək Xocavənd rayonunun ərazisində əlverişli mövqelərə yiyələndi və elə həmin gün daha 8 kəndimizə yeni həyat bəxş etdi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etməsi Ermənistan hakimiyyətini atəşkəsə məcbur etdi. Nəticədə Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin iştirakı ilə Moskva şəhərində 9-10 oktyabrda keçirilən görüşdə atəşkəslə bağlı razılıq əldə edildi. Buna baxmayaraq, razılaşmadan bir neçə saat keçməmiş mənfur düşmən yenidən hücum cəhdi göstərdi. Əks-hücuma keçən Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının 24 kəndini, oktyabrın 17-də bayraq asmağa bircə salamat binanın qalmadığı Füzuli şəhərini işğalçılardan təmizlədi, 18-də Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Yeri gəlmişkən qeyd edək ki, televiziya ilə xalqa müraciətində Füzuli şəhərinin azad edilməsinin çətinliyini xüsusi vurğulayan, 30 il ərzində düşmənin orada çox möhkəm istehkamlar qurduğunu söyləyən Ali Baş Komandanımız öz “Twitter” səhifəsində bu sözləri də yazdı: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Oktyabrn 20-də isə Zəngilan şəhərini erməni qəsbkarlarından təmizləyən ordumuz oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsini azad edərək İranla olan dövlət sərhəddimizi tam nəzarətə götürdü. Ordumuzun müzəffər yürüşündən qorxuya düşən Ermənistan bu dəfə ABŞ-a müracət etməklə atəşkəsə nail oldu. Amma ertəsi günün səhər saatlarında düşmən ölkənin ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Əks-hücuma keçən Silahlı Qüvvələrimiz Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10 kilometrliyindən artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı. Oktyabrın 25-də Qubadlı şəhəri də işğaldan azad edildi. Oktyabrın sonlarına qədər bir çox yaşayış məntəqələrimizdəki erməni silahlılarını darmadağın edən müzəffər Ordumuz strateji Şuşa-Laçın yolunun bir hissəsinə də nəzarəti ələ keçirdi.

“Şuşasız bizim işimiz yarımçıq olar”

Noyabrın 8-də ordumuz dünya hərb tarixinə yazılacaq əməliyyat keçirməklə Şuşa şəhərindən erməniləri məşhur ifadə ilə desək, iti qovan kimi qovdu. Bu çoxdan bəri gözlənilən şad xəbəri, müjdəni: “Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar” deyən Prezident İlham Əliyev müqəddəs bir məkandan - Şəhidlər xiyabanından xalqa çatdırdı: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır”.

Şuşa azad edildikdən sonra, yəni noyabrın 9-u Dövlət Bayrağı Günündə Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 10-a yaxın yüksəkliyi işğaldan azad etdi. Bununla hərbi əməliyyatlar gedişində işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın azad edilməsi ilə Ermənistan öz məğlubiyyəti ilə barışmalı, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu da noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən birgə Bəyanat qəbul edilməklə nəticələndi. Bəyanata əsasən, Ağdam şəhəri, Kəlbəcər, Laçın rayonları hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı.

Bu həqiqətən tarixi bir zəfər idi

Bir sözlə, Azərbaycan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini qlobal pandemiyanın davam etdiyi şəraitdə böyük Zəfərlə başa çatdırdı və öz ərazi bütövlüyünü təmin etdi. Bu, həqiqətən tarixi bir Zəfər idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.

Bəli, 27 sentyabr 2020-ci il tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu və həmin gün başlayan Vətən müharibəsi 10 noyabrda bizim tarixi Zəfərimizlə tamamlandı. İtirdiyimiz torpaqlarımızla yanaşı, qürurumuzu, şərəfimizi də geri ala bildik. İki əsrdən artıq üstümüzə gələn və hər gəlişində də bir şeylər qoparan arxalı köpək qarşımızda tar-mar oldu. Bu gün artıq bütün qara ləkələrin silindiyi tərtəmiz bir təqvimimiz var.

Prezident bu müzəffər yürüşü və onun iştirakçılarını əbədiləşdirmək məqsədilə bir neçə mühüm Fərman və Sərəncam imzaladı. Bu sənədlər əsasında 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü kimi təsis edildi. Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Ordusunun 2900-dən çox hərbi qulluqçusu doğma torpaqlarımızın erməni daşnaklarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması nəzərdə tutuldu. Bu ilin aprelində Hərbi Qənimətlər Parkı ictimaiyyətin sərəncamına verildi. Üstəlik, dövlətimizin başçısı döyüşlərdə fərqlənənlərin hər birini müxtəlif orden və medallarla təltif etdi. Belə ki, Prezident İlham Əliyevin Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra – dekabrın 9-dan 30-dək imzaladığı sərəncamlarla 82 min 670 nəfər, bu ilin iyun ayının 24-də isə 76 min 349 nəfər hərbi qulluqçu müxtəlif orden və medallara layiq görüldü.

Ötən il dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında ölkə ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Yeri gəlmişkən qeyd edək ki, bu paradda qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk əsgərlər də iştirak etdilər. Bu yerdə bir məsələyə də toxunmaq yerinə düşərdi. Belə ki, Vətən müharibəsinin ilk günündən qardaş Türkiyə Azərbaycanın mövqeyini dəstəklədi və ona mənəvi dayaq oldu. Bu il iyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi isə bu qardaşlığa, bu birliyə yeni çalarlar əlavə etdi.

Xalq-dövlət-ordu birliyi

Şübhəsiz, bu möhtəşəm Zəfər yürüşündə xalq-ordu, xalq-Prezident birliyi də mühüm rol oynadı. Belə ki, ölkəmizin bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, könüllü olaraq ön cəbhəyə can atdılar. Bir sözlə, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirdilər, qanvermə aksiyaları təşkil etdilər, həmçinin müxtəlif formalarla ordumuza mənəvi dəstək oldular. Məhz vətəndaşlarımızın bir yumruq kimi birləşməsi işğalçı Ermənistanı tamamilə sarsıtdı. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bir də onu göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

“Mən demişdim ki...”

Artıq, neçə aydır ki, Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə sayəsində işğaldan azad olunan, erməni barbarları tərəfindən tamamilə dağıdılan ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır. Belə ki, həmin ərazilərdə müasir infrastruktur qurulur, yeni yollar salınır, beynəlxalq hava limanları tikilir, möhtəşəm “ağıllı kənd”, “ağıllı şəhər” layihələri sürətlə gerçəkləşdirilir. Bu məqamda Prezident İlham Əliyevin avqus­tun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışın­da dediyu bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proq­ram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çox­ları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük... Mən demişdim, biz Qara­bağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmiz buna əyani sübut­dur”.

Bu, Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olması­nı bir daha təsdiqləyir. Bütün bunlar isə bir daha bu qənaətə gəlməyə əsas verir ki, öz möhtəşəm Zəfəri ilə regiona yeni reallıqlar bəxş edən Azərbaycan tezliklə Qarabağa da yeni həyat bəxş edəcək. Bütün bunlarla da Prezident İlham Əliyevin bildirdiyi kimi, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
Şərqi Zəngəzur Regionat Təhsil idarəsinin Laçın rayonu üzrə sektor müdiri

Oxunub: 237
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-04-2023, 23:51

Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində üç erməni əsgəri ölüb

Gündəm

26-10-2022, 09:13

Müharibənin 30-cu günü - ZƏFƏR XRONİKASI

Gündəm

10-10-2022, 08:59

Kəlbəcər və Gədəbəy atəşə tutuldu - Növbəti təxribat

Cəmiyyət

15-08-2021, 11:11

Naxçıvan atəşə tutuldu, Şuşada təxribat törədildi

Siyasət

30-05-2020, 12:28

Cəbhədə növbəti təxribat: mövqelərimiz minaatanlardan və snayperlərdən atəşə tutuldu

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
17-06-2026, 09:07
Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
Son xəbərlər
  • 20-06-2026, 09:34
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
  • 20-06-2026, 01:16
    Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
  • 19-06-2026, 14:48
    Aşura günü qanvermə aksiyası keçiriləcək - ÜNVANLAR
  • 19-06-2026, 14:19
    Prezident diplomatik xidmətlə bağlı yeni dəyişiklikləri təsdiqlədi
  • 19-06-2026, 11:51
    Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
  • 19-06-2026, 11:14
    Deputatlar bu gün 14 məsələ müzakirə edəcək
  • 18-06-2026, 17:35
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
  • 18-06-2026, 16:47
    Pensiyaçılara şad xəbər: sabah ödəniləcək
  • 18-06-2026, 13:29
    İlham Əliyev qəbul keçirdi - FOTOLAR
  • 18-06-2026, 08:59
    II və III qrupların imtahan NƏTİCƏLƏRİ
  • 17-06-2026, 11:21
    Sertifikasiya imtahanları BAŞLADI
  • 17-06-2026, 09:35
    Qarabağa qayıdış sürətlənir: Şükürbəyliyə 45 ailə köçdü
  • 17-06-2026, 09:15
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu
  • 17-06-2026, 09:07
    Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
  • 17-06-2026, 09:03
    Tarixi görüşün yeri açıqlandı
  • 16-06-2026, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • 16-06-2026, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • 16-06-2026, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • 16-06-2026, 10:06
    Media və Yayım Şurası yaradılır
  • 16-06-2026, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
Daha çox
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
18-06-2026, 17:35
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
18-06-2026, 13:29
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
18-06-2026, 16:47
Pensiyaçılara şad xəbər: sabah ödəniləcək
16-06-2026, 14:29
Strateji müttəfiqliyin hüquqi təməli
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə