
8 Noyabr Zəfər gününə həsr olunmuş "Əsgər payı" adlı lahiyə ilə Qarabağdakı əsgərlərə bayram sovqatı göndəriblər...
Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin təşkilatçılığı ilə 20 ton ərzaq sovqatı və isti geyimlər göndəriblər.

Qubadlı, Zəngilan, Laçın, Qafan istiqamətində olan bütün hərbi hissələrdə xidmət edən aztəminatlı ailənin övladları, valideynlərini itirmiş, şəhid və qazi ailələrindən olan əsgərlərə bu sovqatlar pay edildi... 

İctimai birliyin nümayəndəsi olan Nuranə Gözəlova şəhid Sultan İbrahimovun şəhid olduğu yeri ziyarət edib... Həmin vaxt kövrək anlar yaşanıb, Nuranə xanımın oğlu ilə şəhid Sultan dost olublar. Salyan şəhərində yerləşən məscidə gələrək, ora gələn uşaqlara dini dərslər alırmışlar.
Xatırladaqki şəhid Sultan İbrahimov Zəngilan şəhərinin azad olunması uğrunda oktyabrın 21-də düşmənin əks-hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Oktyabrın 24-də Salyan şəhərində dəfn edilib. Allah rəhmət etsin.
Ətraflı olaraq videonu sizlərə təqdim edirik;