• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Tarixi dəyişən LİDER

Gündəm

23-12-2023, 10:57

Tarixi dəyişən LİDER

Parlament 23 Dekabr 2023, 10:36
XXI əsrin əvvəllərində ölkəmizdə baş verən proseslər xalqımızın xoşbəxt taleyini müəyyənləşdirən yeni dönüş mərhələsi kimi səciyyəvidir. Müstəqil Azərbaycan tarixinin uğur səhifəsinə çevrilmiş bu tarixi mərhələ başlanğıcını məhz cənab İlham Əliyevin 2003-cü il 15 oktyabr Prezident seçkilərində inamlı qələbəsindən sonra götürüb. Belə ki, yeni seçilmiş dövlət başçısı təntənəli andiçmə mərasimindəki çıxışında Heydər Əliyev ideyalarını daim inkişaf etdirəcəyini bəyan edərək çox çətin və məsuliyyətli tarixi missiyanı öz üzərinə götürmüş oldu. “Xalq-Heydər, Heydər-xalq” düsturunun bariz nümunəsi kimi bu seçim ilk növbədə demokratik dəyərlərə sadiq müdrik Azərbaycan xalqının Heydər Əliyev yoluna və ideyalarına sədaqətinin təzahürüdür.



Ölkə rəhbəri statusunda mətbuat nümayəndələrinə ilk müsahibəsində “hər bir azərbaycanlının lideri olacağını və yaxşı prezident olacağını” vəd edən cənab İlham Əliyev bütün bu dövr ərzində sözlə əməlin vəhdətinin unikal nümunəsini nümayiş etdirmişdir. Onun respublikaya rəhbərlik etdiyi onilliklər ölkəmizin yeni intibah dövrünün və xalqın azad, xoşbəxt, firavan gələcəyinin 21-ci əsrdə davamı kimi təqvimə həkk olundu. Cənab İlham Əliyev ölkə başçısı qismində fəaliyyətə başladığı ilk mərhələdə islahatçı lider kimi ölkənin yeni inkişaf konsepsiyasını ortaya qoydu. Bu tarixi mərhələdə respublikamız yeni nəsil müstəqil dövlət modelini dünyaya təqdim etməkdədir. İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. 2019-cu ildən başlayaraq ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına uğurla sədrlik edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Türk Dövlətləri Təşkilatında çox nüfuzlu mövqe sahibidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilmişdir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı dövlət proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi respublikamızın dinamik inkişafını təmin edir.



Bir çox neft ölkələrindən fərqli oaraq “qara qızıl”ın insan kapitalına çevrilməsi, bu sahədə şəffaflığın təmin olunması, ölkə iqtisadiyyatının, o cümlədən neft gəlirlərinin optimal şəkildə, mütərəqqi və səmərəli üsullarla idarə edilməsi, ordu quruculuğunun müasir formada inkişaf etdirilməsi həyata keçirilən islahatların əsasını təşkil etmişdir. Ağıllı enerji siyasətinin reallaşdırılması Azərbaycanın həm də beynəlxalq birliyin tamhüquqlu üzvü, vacib aktoru və etibarlı tərəfdaş olaraq Cənubi Qafqaz bölgəsində lider dövlət kimi qəbul edilməsini, beynəlxalq arenada yüksək nüfuz sahibi olmasını şərtləndirən əsas amillərdəndir.



Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu son 20 il ərzində Prezidenti İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirilir. İlk gündən özünü xalqın birinci xidmətçisi elan etmiş dövlətimizin başçısı milli birlik və həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiyanın müəllifidir.



Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bir tərəfdən müasirləşmə, infrastruktur yenilənməsi baş verib, digər tərəfdən isə dövlət aparatı yeni standartlara uyğunlaşdırılıb. Bütün fəaliyyət sahələrini əhatə edən sistem xarakterli fundamental islahatlar və dövlət proqramları icra olunub və yeniləri uğurla icra olunmaqdadır. Bu gün hakimiyyətin bütün qollarında - qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin fəaliyyətlərində müsbət yeniliklər öz əksini tapır, müasir çağırışlara uyğun hüquqi aktlar qəbul edilir.



Respublikamızın ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi-hüquqi, institusional və kadr islahatları ildən-ilə daha da intensivləşməkdədir. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması bu islahatlara böyük dəstəkdir.



Bütün bu illər ərzində həyata keçirilən bu siyasi kursun ən mühüm hədəfi dövlətimizin müstəqilliyinin etibarlı şəkildə qorunması və ən əsası isə, ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. 2020-ci ilin sonlarında 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqları müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı nəticəsində və hərbi-siyasi yolla işğaldan azad edildi. Prezident-xalq-ordu birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük tarixi Qələbə sayəsində dövlətçiliyin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, Azərbaycan özünün son 200 illik tarixində bənzəri olmayan bir nailiyyətə imza atmış oldu. Vətənə və dövlətə xidmətin, xalqa sədaqətin, siyasi varisliyin ən gözəl uğur nümunəsi də məhz budur: əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdisə, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkənin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın qürurunu özünə qaytardı. Bu il sentyabrın 19-20-də isə cəmi 23 saat ərzində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın bütün ərazisində konstitusiya quruluşu bərpa edildi. Bununla da Azərbaycan Prezidenti cənab İlham Əliyev qarşısına çıxan bütün maneələri məharətlə dəf edərək dövlət müstəqilliyimizə və ərazi bütövlüyümüzə təhdid ola biləcək bütün amilləri kökündən məhv etdi, natamamlıq kompleksini aradan qaldırdı. Onun zəkası, əzəməti və qüdrəti qarşısında antiazərbaycan baxışları ilə ikili standartlardan çıxış edən beynəlxalq təşkillatlar və Ermənistanı himayə edən dövlətlər, beynəlxalq erməni mafiyası və həmçinin milli maraqlarımıza zidd mövqedə duran daxili ünsürlər bütün mənalarda məğlub duruma düşdülər.
Ətraflı



Əlamətdardır ki, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması və Qarabağda 200 illik erməni layihəsinin darmadağın edilməsi məhz “Heydər Əliyev ili”nə təsadüf edir və bu, rəmzi məna daşıyır. Bu tarixi nailiyyət anadan olmasının 100 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndərin əziz xatirəsinə ən dəyərli töhfədir. Hər kəs əmindir ki, cənab İlham Əliyevin “Qarabağ – Azərbaycandır!” şüarı Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinə sədaqət andı kimi bundan sonra əbədi olaraq qürurla səslənəcəkdir.



Şübhə yoxdur ki, bütün bu uğurların altında “nəyi nə vaxt və necə etməyi” zərgər dəqiqliyi ilə ölçə bilən, daim xalqın içində olan və xalqın inamından güc alan Prezident İlham Əliyevin imzası durur. Onun praqmatik düşüncə üzərindən nümayiş etdirdiyi sarsılmaz iradə və qətiyyətli diplomatik addımlarla müşayiət olunan daxili və xarici siyasət taleyüklü məsələlərin həllində həlledici amil rolunu oynamışdır. “Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”, - söyləyən ölkə rəhbərinin dövlətçilik düşüncəsinin mahiyyəti və siyasi fəaliyyətinin əsası məhz bu mövqe üzərində təşəkkül tapır.



44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün yeni imkanlar açmışdır. İndi işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri ildən-ilə daha geniş vüsət almaqdadır. Növbəti mərhələdə isə ən vacib məsələlərdən biri məcburi köçkünlərin azad Qarabağa yerləşdirilməsi ilə yanaşı, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın ölkə Prezidentinin rəhbərliyi altında işlənib-hazırlanmış Qayıdış Konsepsiyası əsasında doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu gün bu istiqamətdə nümayiş etdirilən gərgin və məhsuldar fəaliyyətin ruhu da məhz belə bir inama köklənir ki, dövlətimizin prioritetləri sırasında olan bu məsələ də gec-tez öz həllini tapacaqdır.



Beləliklə, son illər ərzində bölgəmizdə baş verən hadisələri qlobal müstəvidə təhlil etsək, əmin olarıq ki, Prezident İlham Əliyevin dönmədən həyata keçirdiyi siyasi kurs və xüsusilə, xarici siyasət nəinki Azərbaycanın, həmçinin bütövlükdə regionun yeni geosiyasi və tarixi inkişaf yolunun yeni mərhələsinin və istiqamətinin müəyyənləşməsində həlledici rola malikdir. İndi gerçəkdən də biz yeni tarixin başlanğıcındayıq və yeni eraya qədəm qoymuşuq. Belə ki, məhz Azərbaycan Prezidenti yüzilliklər ərzində heç bir siyasətçinin və dövlət rəhbərinin nail ola bilmədiyi möhtəşəm tarixi uğura imza atmağa nail olmuşdur. Məhz onun əzəməti sayəsində Cənubi Qafqaz, nəhayət, böyük imperiyaların sərvət və geosiyasi maraqları uğrunda əsrlərlə davam edən mübarizə meydanından bölgə xalqlarının birgəyaşayışı, əmin-amanlığı və sülh məkanına çevrilmişdir. Bu gün bu region artıq öz tarixi, coğrafi, təbii sərhədlərinə qayıtmaqdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti yeni keyfiyyətdə uğurla davam etdirən Prezident İlham Əliyevin sülh konsepsiyası isə təkcə Azərbaycan və bölgə üçün deyil, eyni zamanda bütün Avrasiya məkanında etibarlı əməkdaşlığın əsasının formalaşmasına ən mühüm töhfədir.



Əldə etdiyimiz tarixi uğurlar fonunda bu gün beynəlxalq səviyyədə nüfuzu daha sürətlə artmaqda olan ölkəmizdə bütün proseslər xalqımızın milli mənafelərinə və dövlətçilik prinsiplərinə uyğun olaraq qurulub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yeni şəraitə uyğun atdığı uğurlu taktiki və strateji addımlar, diplomatik gedişlər ölkəmizin dünyada haqlı mövqeyini getdikcə daha da möhkəmləndirir. Və Azərbaycan vətəndaşı böyük qürur hissi yaradan bu uğurların yeni inkişaf mərhələsində yeni keyfiyyətdə, daha böyük əzmlə davam edəcəyinə əmindir

Oxunub: 241
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-12-2023, 22:03

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümumilli lider Heydər Əliyevin iris bizim milli sərvətimizdir ” mövzusunda ümumrayon tədbir keçirilib.

Cəmiyyət

26-10-2023, 15:37

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan "Heydər Əliyev irsinin öyrənilməsi” dərsləri tədris etdirilir

Gündəm

15-07-2023, 05:32

Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı dəyirmi masa keçirilmişdir

Gündəm

28-05-2020, 21:32

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Siyasət

10-05-2020, 14:04

İran saytı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edir

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
17-06-2026, 09:07
Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
Son xəbərlər
  • 20-06-2026, 09:34
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
  • 20-06-2026, 01:16
    Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
  • 19-06-2026, 14:48
    Aşura günü qanvermə aksiyası keçiriləcək - ÜNVANLAR
  • 19-06-2026, 14:19
    Prezident diplomatik xidmətlə bağlı yeni dəyişiklikləri təsdiqlədi
  • 19-06-2026, 11:51
    Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
  • 19-06-2026, 11:14
    Deputatlar bu gün 14 məsələ müzakirə edəcək
  • 18-06-2026, 17:35
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
  • 18-06-2026, 16:47
    Pensiyaçılara şad xəbər: sabah ödəniləcək
  • 18-06-2026, 13:29
    İlham Əliyev qəbul keçirdi - FOTOLAR
  • 18-06-2026, 08:59
    II və III qrupların imtahan NƏTİCƏLƏRİ
  • 17-06-2026, 11:21
    Sertifikasiya imtahanları BAŞLADI
  • 17-06-2026, 09:35
    Qarabağa qayıdış sürətlənir: Şükürbəyliyə 45 ailə köçdü
  • 17-06-2026, 09:15
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu
  • 17-06-2026, 09:07
    Tovuzda faciəvi şəkildə ölən 2 nəfərin meyiti tapıldı - Yenilənib
  • 17-06-2026, 09:03
    Tarixi görüşün yeri açıqlandı
  • 16-06-2026, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • 16-06-2026, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • 16-06-2026, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • 16-06-2026, 10:06
    Media və Yayım Şurası yaradılır
  • 16-06-2026, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
Daha çox
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
18-06-2026, 17:35
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Kürdəmir rayonunda keçirildi. 18.06.2026
15-06-2026, 08:56
Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
15-06-2026, 09:00
Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
18-06-2026, 13:29
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə