Prezident İlham Əliyevə İctimai Dəstək Prezident İlham Əliyevə İctimai Dəstək səhifəsinin təbliğat və təşviqat kampaniyasının, daha da fəal paylaşmalarına istinadən"Dünyada gedən geosiyasi proseslər yeni reallıqlar formalaşdırıb. Azərbaycan dövləti də bu reallıqlara əsaslanaraq mühüm islahatların və tədbirlərin həyata keçirilməsini zəruri hesab edir. Növbədənkənar prezident seçkilərinin keçirilməsi də məhz bu amillərə əsaslanır. Yeni inkişaf dövrünə qədəm qoymuş Azərbaycan onu tarixinin ən yüksək zirvəzinə qaldıran İlham Əliyevə təşəkkürünü isə mövcud şəraitdə onu prezident seçkilərində öz namizədi kimi görməklə ifadə edir. Bu gün xalqımız Prezident İlham Əliyevə tam etimad göstərir".
Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibi olan bir dövlətdir: "Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər Azərbaycan xalqını yeni qələbələr uğrunda mübarizə aparmağa sövq edir. Dünyada, eləcə də regionda mövcud olan yeni reallıqlar yeni tədbirlər həyata keçirməyi tövsiyə edir. Növbədənkənar prezident seçkiləri də bunun təzahürü kimi ortaya çıxıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz reallıqları düzgün qiymətləndirməli və öz işimizi bu reallıqlar əsasında qurmalıyıq. Yeni dünya düzəni Azərbaycanı yeniləşməyə və daha çox qələbəyə doğru aparmalıdır".
Prezident İlham Əliyevə İctimai Dəstək Növbədənkənar prezident seçkiləri beynəlxalq normalara və dünya praktikasına uyğundur. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyi bir vaxtda ölkənin bütün ərazilərində seçkilərin keçirilməsi çox vacibdir. Ölkəmizdə bütün seçkilər azad, demokratik, sivil şəraitdə keçirilib və beynəlxalq ictimaiyyət bu seçkilərin beynəlxalq normalara uyğun olduğunu təsdiqləyib. Ölkəmizdə seçkilərin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
"Hər bir Azərbaycan vətəndaşı seçkilərin yeni reallıqlar əsasında keçirildiyini yaxşı bildiyi üçün seçki kampaniyasında fəal iştirak etməyi özünə borc hesab edir. Fikrimcə, bu seçkilərdə hər kəs bir nəfər kimi səfərbər olacaq və öz namizədini dəstəkləyəcək. Seçkilərin azad və mütəşəkkil keçirilməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi siyasi sistemimizin təkmilləşdirilməsi üçün çox vacibdir",
növbədənkənar prezident seçkilərində vətəndaşların yüksək fəallıq göstərəcəyinə və ən layiqli namizədin qalib gələcəyinə şübhə yoxdur.