
Rahil Ərəbli 1996-cı ildə Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində anadan olub.
Əsgər Rahil Ərəbli 2016-cı ildə, mayın 12-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
Mayın 14-ü isə Rahil Ərəbli doğulduğu Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində torpağa tapşırılıb.
Rahil Ərəbli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
13 may 2024- cü il tarixində Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin nümayəndəsi Nuranə Gözəlova, Şirinbala Babaşov, Hakim Həşimli, Əzizə xanım və II Qarabağ müharibəsinin iştirakçı, II qrup hərbi əlil, qazi Fizuli ilə birgə tədbirdə iştirak ediblər.
Ətraflı Videoda;