121 saylı Laçın seçki dairəsindən deputatlığa müstəqil namizəd Elçin Hüseynov seçicilərə müraciət edərək onları seçkidə fəal iştirak etməyə, layiq bildikləri namizədə səs verməyə çağırıb.
Dovletxeberleri xəbər verir ki, namizəd məhz bu yolla əhalinin gerçək iradəsinin ortaya qoyulacağını, Prezident İlham Əliyevin elan etdiyi islahat kursunun reallaşacağını və seçki günü yol verilə biləcək hər hansı neqativ halların qarşısının qətiyyətlə alınacağına inandığını bildirib.Həm bir deputatlığa namizəd, həm də bir vətəndaş olaraq bu mənzərə məni həddsiz dərəcədə fərəhləndirdi. Yerli əhalinin ölkə başçısına, onun yürütdüyü siyasi və sosial-iqtisadi kursa münasibətinə əsaslanaraq düşünürəm ki, seçkidə qalib gələcək deputatlar da yeni Milli Məclisdə işlərini xalqın etimadını doğruldacaq formada və səviyyədə qurmalıdırlar. Ölkə rəhbərliyinə, xalqa və onun verdiyi səsə sadiq olmalıdırlar.
Məncə, hal-hazırda ölkədə davam edən islahatların və onun siyasi qolu olan növbədənkənar parlament seçkisinin də əsas məqsədi, mahiyyəti budur. Cənab Prezidentin öz müsahibələrinin birində söylədiyi bu fikirlər təsadüfi deyil: “Yeni seçiləcək deputatlara tövsiyə edirəm ki, onlar öz dairələrində daha fəal olsunlar. Vətəndaşlar onları tanısınlar, vətəndaşlar onlara müaciət etsinlər. Onlar yerli və mərkəzi icra orqanları qarşısında əhalinin problemlərinə dair məsələ qaldırsınlar. Əgər belə olarsa, bu, ictimai nəzarətin yeni bir forması olar. Bəzi hallarda deputat seçilir, sonra heç dairəsi ilə maraqlanmır. Bu, belə olmamalıdır.” Ölkə başçısının bu çıxışından aydın olur ki, hakimiyyətin digər əhəmiyyətli qolu olan Milli Məclisin də yenilənməsinə, illər uzunu formalaşan və heç də əhali tərəfindən hər zaman yaxşı qarşılanmayan ənənəvi deputat imicinin dəyişdirilməsinə ehtiyac var.Mən Sizin dəstəyinizlə qalib gələcəyimə inanıram. Və hər birinizi əmin edirəm ki, Azərbaycanımız, Laçınımız, Vətənimiz üçün layiqli övlad, vəkil olmaqla, onun inkişafı, çiçəklənməsi üçün əlimdən gələni edəcəyəm. Əziz laçınlılar! Azərbaycan xalqı, o cümlədən Laçın camaatı mərd, igid, dövlət və dövlətçiliyə sadiq olan saf camaatdır.Mən əminəm ki, 01 sentyabr tarixində bütün Laçın əhalisi azad, şəffaf şəkildə öz iradəsini ortaya qoyacaq və öz layiqli namizədini seçəcək. Sizin hər birinizi seçkidə fəal olmağa, bir nəfər kimi məntəqələrə gedib seçki prosesində fəal iştirak etməyə çağırıram. Seçkiyə gəlin və səsinizə layiq olan namizədə səs verin! Sizə və dövlətimizə layiq olan insanlara səs verin ki, o da növbəti 5 il ərzində sizin səsinizə səs versin!Azərbaycanlı MMA döyüşçüsü Elçin Hüseynov Gürcüstanda keçirilən turnirin finalında erməni Saruk Aqopyanı məğlub edib.
Dovletxeberleri xəbər verir ki, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası məlumat yayıb.
Bildirilib ki, Elçin Hüseynov Ermənistan idmançısını boğucu fəndlə təslim edərək rəqibi üzərində qələbə qazanıb.
90 kiloqram çəki dərəcəsində yarışan E.Hüseynov bu qələbədən sonra qızıl medal qazanıb.
Elçin Hüseynovun Vətən Müharibəsi iştirakçısı olduğu bildirilir.