
ABŞ-da üç idmançı qız məhkəməyə müraciət edərək, transgender insanların qadın yarışlarında iştirak etmələrinə etirazlarını bildiriblər.
ABŞ-da şagirdlər cinsiyyətini dəyişənləri idmandan kənarlaşdırmağı TƏLƏB EDİRLƏR - FOTO
BiG.AZ-ın ribalych.ru-ya istinadən verdiyi xəbərə görə, onlar bioloji olaraq oğlan olan idmançılarla yarışmalı olduqlarını ədalətsizlik hesab edirlər.
Məhkəmədə "Alliance Defending Freedom" qrupunu təmsil edən vəkil Kristina Holkomb deyib:
"Qızlar bir-biri ilə bərabər şərtlərlə yarışmalıdırlar. Onları oğlanlarla rəqabət aparmağa məcbur etmək ədalətdən deyil. Bu, onların xəyallarını məhv edəcək və idman karyerasında inkişaf üçün bütün imkanlarını əllərindən alacaq".
ABŞ-da şagirdlər cinsiyyətini dəyişənləri idmandan kənarlaşdırmağı TƏLƏB EDİRLƏR - FOTO
Vəkilin sözlərinə əsasən, əvvəllər qadın yarışlarında orta hesabla 12 fərqli fəndən 9 qız qalib çıxırdısa, hazırda bütün mükafatları doğuşdan oğlan olub cinsiyyətini dəyişən iki idmançı aparır.
Xəbərnur