• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günay Məlikli ilə əslində,,,

Mədəniyyət

3-07-2020, 19:23

Günay Məlikli ilə əslində,,,

1 iyun tarixi onun doğum günüydü... Avqustun 4-ü isə ölüm günüdür. 65 yaşında dünyasını dəyişən Əməkdar artist Tanilə Əhmərovadan bəhs edirik...

Azərbaycanda 15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları "Qayınana" filmindən Sevda kimi tanıyır... Cənnət xalanın gəlini, diş həkimi Sevda...

O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilmişdi... Deyilənə görə, özü də bu rolunu çox sevirmiş... Və elə bu obrazı ilə də Azərbaycan kinosunda öz imzasını qoydu...

Tanilə Əhmərova ad-soyadını eşidən hər kəsə yəqin ki, onun hansı milliyətdən olması maraqlıdı... Çünki azərbaycanlılarda belə ad-soyad olmur... O, milliyyətcə tatar idi...

Tanila Aisa qızı Əhmərova 1950-ci ildə iyunun 1-də Bakının Sabunçu qəsəbəsində anadan olub. Uşaq yaşlarından təhsil aldığı 78 nömrəli məktəbdəki teatr dərnəyinə göstərdiyi maraq sonradan onun aktrisalığa aparıb.

Orta təhsilini başa vurduqdan sonra bir müddət 1967-1972-ci illərdə hesablayıçı və dispetçer işləyib.

Amma özü üçün həyat yolu kimi müəyyən etdiyi məqsədinə - aktrisa olmaq istəyinə doğru addımlamaqda davam edib.

Və 1972-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutuna qəbul olunub. Burada o dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrənib.
Tələbə olduğu müddətdə həm də işləyib. 1975-1977-ci illərdə Bakıdakı Mədəniyyət saraylarından birində müdir vəzifəsində çalışıb.

Nəhayət 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının aktrisası olub.

O, "Üzeyir ömrü" filmində Üzeyirin anası, "Qaynana" filmində Sevda, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə, Sevinc buxtası"nda Leyla kimi yaddaqalan obrazlar oynayıb.

"Tələ", "Təhminə", "Arşın malçı", "Evlənmək istəyirəm", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Qəribə adam", "Portağal" (Ukrayna), "Hər şeydən əvvəl düzlü" (Özbəkistan) filmlərində də müxtəlif rollar oynayıb.

Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. Daha sonra Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

***

Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunku gətirməyib...

Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmadı.

O, bəzi filmlərdə çəkildiyi epizodik rollar üçün bütün bacarıq və istedadını nümayiş etdirməkdən çəkinməmişdi. Aktrisa ona verilən hər obrazı sevə-sevə oynamışdı. Di gəl ki, rejissorların gözü niyə onu tutmurdu, bəlli deyil...

Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər.

Sənət yoldaşları deyirlər ki, Tanilə Əhmərova daha böyük rollara layiq aktrisa idi... Ömrü boyu kinoya çəkiləcəyini gözləyən sənətkar 1990-cı illərdən sonra xəyal qırıqlığına uğramışdı...

Bu da onun kinodan küsməsilə nəticələnmişdi.

O, sonuncu dəfə 1993-cü ildə "Təhminə" filmində epizodik rola çəkilmişdi...

Filmlərə çəkilməmək aktrisanın maddi durumuna pis təsir etmişdi. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb, heç kəslə görüşməyib, əziyyət çəkib.

90-cı illərin ortalarından ömrünün sonlarınadək sənət aləmindən təcrid olub... Ona əməkdar artist adını da çox gec vermişdilər...

***

2014-cü ildə mətbuat Tanilə Əhmərovanın baxımsızlıqdan əziyyət çəkdiyini yazırdı. Hələ o zaman 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etdiyini bildirirdi.

2015-ci ilin yanvarında o, ikinci dəfə insult keçirmişdi... Həmin vaxtlar həmkarları sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda Tanilə Əhmərovanın vəziyyətinin ağır olduğunu, yeriyə bilmədiyini bildirir, müvafiq qurumları ona kömək etməyə çağırırdılar. Amma bu çağırışlara səs verən olmamışdı...

Onun özü isə harasa şikayət etməyi xoşlamırdı, hətta xəstəliyini belə gizlətmişdi... Bəzi həmkarları fəxri ad, ev, təqaüd, pul mükafatları istəyəndə, o, öz haqqını tələb etmədi...

Heç kimə yalvarmadı, xahiş etmədi...

Onu heç yerə çağırmırdılar, tədbirlərə dəvət etmirdilər. Özünə qarşı biganəlik onu hamıdan üz döndərməyə məcbur etmişdi. Qapısını nəinki həmkarlarının, hətta jurnalistlərin də üzünə bağlamışdı. Mətbuata müsahibə vermədi... Ölüm gününədək heç kimlə görüşmək istəmədi...

***

Tanilə Əhmərova ilə birlikdə "Qayınana" filmində oynamış Xalq artisti İlham Namiq Kamal:

"Tanilə xanım çox bacarıqlı, istedadlı aktrisa idi. Təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Onun kinodan kənar düşməsinin günahkarı sözsüz ki, rejissorlardır. Tanilə Əhmərovanın kinodan kənar düşməsi ilə Azərbaycan filmləri bir çox maraqlı obrazlar itirib"...

***

Tanilə Əhmərova iki dəfə ailə qurmuşdu... İlk evliliyindən bir qızı doğulub, nəvəsi də var...

İkinci dəfə 1997-ci ilə Vahid Yusifoğlu adlı şəxsə ərə getmişdi... Amma bu nikahdan övladı doğulmayıb.

Aktrisanın səhhətindəki problemlər 2011-ci ildə başlamışdı. Əvvəlcə əsəbləri pozulur, sonra başqa xəstəliklər tapır və sonrakı 4 ildə yataq xəstəsi olur... Sənət yoldaşlarının dediyinə görə, həmin dövrdə qızı ilə münasibətləri də pozulubmuş... Ona baxan, əziyyətini çəkən yalnız həmişə yanında olan həyat yoldaşı imiş...

Ömrünün son illərində heç kimlə danışmaq, heç kimi görmək istəmirmiş. İstəmirmiş ki, onu yataq xəstəsi kimi görsünlər. Bədəni şişsə də, ağrı-acıdan əziyyət çəksə də, həyat yoldaşının təkidlərinə baxmayaraq, heç həkimə də getmirmiş...

Aktrisa uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci il tarixində Bakıda vəfat edib.

Onu Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər...

Tanilə Əhmərova sənətdən də, həyatdan küskün getdi...

Günay Məlikli

Oxunub: 827
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

24-06-2020, 15:06

Günay Məlikli ilə əslində,,,

Mədəniyyət

6-06-2020, 01:15

Günay Məlikli ilə əslində...

Dünya

5-06-2020, 17:14

Rusiyanın Xalq artisti koronavirusdan öldü

Mədəniyyət

29-02-2020, 10:11

Azərbaycanın xalq artisti vəfat etdi

Mədəniyyət

1-11-2019, 10:36

“Özümü pulla piar etmirəm” – Sevda “O səs Türkiyə” haqda

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Bugün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • Dün, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • Dün, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • Dün, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
  • 10-06-2026, 07:02
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
  • 9-06-2026, 14:30
    Kollecə yeni direktor təyin olundu
  • 9-06-2026, 14:26
    Macarıstanda Nazir və deputatların maaşı iki dəfə azaldıldı
  • 9-06-2026, 11:42
    Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI
  • 8-06-2026, 15:37
    Şuşadakı abidələrin köçürülməsi və korlanması qadağan edilir
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
Dün, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Dün, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə