• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Aşıq Ələsgərə həsr olunmuş sayt hazırlandı

Mədəniyyət

13-08-2021, 10:31

Aşıq Ələsgərə həsr olunmuş sayt hazırlandı  Azərbaycanın ustad aşığı, görkəmli sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş sayt hazırlanıb.



“Dede-alesker.com” adlı saytda Aşıq Ələsgərin zəngin irsi, haqqında yazılan elmi əsərlər, sözlərinə bəstələnmiş nəğmələr, eləcə də Ələsgər ocağı haqqında ətraflı məlumatlar yer alıb.



Qeyd edək ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.



Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfərlik ailəsini dolandırırdı.



Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəməkdə maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.



Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona "Pullu Məhərrəm" deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır.



Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.



Qoca yaşlarında Aşıq Ələsgərin həyatında bir neçə bədbəxt hadisə baş verir. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə gəlir. Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.



1915-ci ildə aşığın həyatında daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni Qurban cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzimi tuturlar. Bu hadisələr qoca aşığın qəlbində dərin bir qüssə, qəm-kədər əmələ gətirir. Onun sənətkar ürəyi elə tutulur ki, bir daha əlinə saz alıb çalmır.



1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Kəlbəcərdə qalıb. Bu yerlərdə aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi.



Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdıb, ömrünün son illərini doğma kəndində yaşayıb.



Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbiristanlığında dəfn olub.



Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya alaraq nəşr ediblər.



1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanıb.



Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Oxunub: 575
Paylaş:
Digər xəbərlər

Maraqlı

7-12-2020, 17:38

Mənim bir babam vardı.. - Vüsal Süleymanov

Cəmiyyət

24-06-2020, 15:06

Günay Məlikli ilə əslində,,,

Mədəniyyət

20-02-2020, 13:14

Abay Kunanbayevə həsr olunan respublika elmi konfransına məqalə qəbulu aparılır

Mədəniyyət

4-11-2019, 12:16

Aşıq Əli tüğyan etdi — Məni kimsə əsəbiləşdirməsin

Mədəniyyət

8-10-2019, 10:41

"Maşın şou"dan kənarlaşdırılan aşıq Namiqdən — İLK AÇIQLAMA

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 09:51
Türkiyədə sərnişin avtobusu qəzaya düşdü, 3 ölü, 31 yaralı
30-04-2026, 17:26
Milli Onkologiya Mərkəzində partlayış: ölən və yaralanan var
30-04-2026, 15:44
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı-Yenilənib
Son xəbərlər
  • Dün, 17:01
    Prezident və ailəsi Bakıda açılışda
  • Dün, 16:52
    Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
  • Dün, 16:38
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Beyləqan rayonunda keçirildi. 01.05.2026
  • Dün, 11:48
    Bu gündən balıq ovu qadağan edilir
  • Dün, 11:38
    Milli Məclis Avropa Parlamentinə qarşı komissiya yaratdı - YENİLƏNİB-1
  • Dün, 10:43
    “Semaşko”ya yeni direktor təyin olundu
  • Dün, 10:41
    TƏBİB-ə yeni icraçı direktor müavini təyin edildi
  • Dün, 09:55
    “Azeri Light” 122 dollara satılır
  • Dün, 09:51
    Türkiyədə sərnişin avtobusu qəzaya düşdü, 3 ölü, 31 yaralı
  • Dün, 09:39
    Deputatlar bu gün 8 vacib məsələni müzakirə edəcəklər
  • Dün, 09:25
    DİQQƏT: Bakıda bu yollarda monitorinq aparılacaq
  • Dün, 09:21
    AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqdan yeni xəbər var
  • Dün, 09:15
    YAP Nərimanov rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı - FOTOLAR
  • Dün, 09:11
    Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər
  • Dün, 09:09
    YouTube-da böyük yenilik oldu - hamı üçün əlçatandır
  • Dün, 09:07
    Hazırda tıxac olan Bakı küçələri
  • 30-04-2026, 23:53
    Kikboksinq - 2026* *Bakı Şəhər Çempionatı və Birinciliyi* *“Kikboksinq Narkomaniyaya və Uşaq Cinayətkarlığına Qarşı” şüarı ilə*
  • 30-04-2026, 17:26
    Milli Onkologiya Mərkəzində partlayış: ölən və yaralanan var
  • 30-04-2026, 16:34
    Partlayışda yaralanan onkoloq - ÖZƏL
  • 30-04-2026, 15:49
    Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
  • 30-04-2026, 15:44
    Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı-Yenilənib
  • 30-04-2026, 15:11
    Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi həssas əhali qrupları arasında sağlam qidalanma ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
  • 30-04-2026, 10:28
    Qurban bayramında 5 gün iş olmayacaq
  • 30-04-2026, 10:25
    YAP Laçın rayon təşkilatı müsabiqə qaliblərini mükafatlandırıb
  • 30-04-2026, 10:20
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 30-04-2026, 10:08
    "Dəfn pulu"nu almaq sabahdan asanlaşdırılır - YENİLİK
  • 30-04-2026, 09:56
    Azərbaycanda maaşlar saathesabı veriləcək
  • 30-04-2026, 09:24
    Neftin qiyməti sürətlə qalxdı
  • 30-04-2026, 09:14
    ADNA terrorundan 17 il ötür...
  • 29-04-2026, 15:32
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 29.04.2026
  • 29-04-2026, 11:28
    “Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi - Fotolar
  • 29-04-2026, 11:18
    Şahin Mustafayev Ermənistana getdi
  • 29-04-2026, 10:55
    Buraxılış imtahanında esse tapşırığı: şagirdlər üçün nə dəyişəcək?
  • 29-04-2026, 10:47
    Nazir İstanbulda ikitərəfli görüşlər keçirdi - Fotolar
  • 29-04-2026, 10:21
    “Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov
Daha çox
28-04-2026, 09:11
Görkəmli oftalmoloq Zərifə Əliyevanın doğum günüdür
29-04-2026, 15:32
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 29.04.2026
27-04-2026, 12:05
İlham Əliyev Qəbələdə Babişi qarşıladı - Fotolar
27-04-2026, 14:46
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi
Dün, 16:38
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Beyləqan rayonunda keçirildi. 01.05.2026
30-04-2026, 17:26
Milli Onkologiya Mərkəzində partlayış: ölən və yaralanan var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə