• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan Prezidenti: Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək

Siyasət

24-06-2020, 23:49


Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək.


Azərbaycan Prezidenti: Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək


XƏBƏRNUR AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur.

Bildiyiniz kimi, bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurmuşdur. Əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Bu, mümkün də deyildi. Eyni zamanda, digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayı 2-3 ay ərzində arta bilməz. Ona görə bu da bir çox ölkələr üçün böyük problemə çevrilmişdir, o cümlədən bizim üçün. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsində böyük fayda olmuşdur. Bildiyiniz kimi, may ayının əvvəlindən artıq yumşalma meyilləri başlamışdır. Bunun da səbəbi o idi ki, bir daha qeyd etmək istəyirəm, sağalanların sayı yoluxanların sayından çox idi.

Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək.

Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir.

Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın.

Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım - iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq".

Oxunub: 654
Paylaş:
Digər xəbərlər

Siyasət

24-06-2020, 23:51

Prezident İlham Əliyev: Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik

Siyasət

24-06-2020, 23:48

Prezident İlham Əliyev: Koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır

Siyasət

24-06-2020, 23:43

Azərbaycan Prezidenti: Biz bu il nəzərdə tutulmuş bütün proqramları icra etməliyik

Siyasət

24-06-2020, 23:42

Prezident İlham Əliyev: Bizim gündəliyimizdə koronavirusla mübarizə birinci plandadır

Siyasət

24-06-2020, 23:41

Azərbaycan Prezidenti: Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Dün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Dün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Dün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Dün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Dün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə