• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Müdriklik Zirvəsi

Siyasət

2-08-2021, 14:21

Müdriklik Zirvəsi Müdriklik Zirvəsi

Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Ulu öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm özül yaratdı.
Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. SSRİ-nin ən sərt idarəçilik sistemi ilk növbədə "sovet xalqı" adı altında onun tərkibində olan xalqları ümumiləşdirmək ideyasını həyata keçirirdi, o cümlədən dövlət dili olaraq xalqların həm də öz dillərinin olmasını məqbul hesab etmirdi. Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu. Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi.
Heydər Əİiyev bu gün dünyanın enerji təminatçılarından biri olan Azərbaycanın uğurlarını hələ keçən əsrin 70-ci illərindəki müdrik qərarları ilə təmin etmişdi. Həmin illərdə neft sənayesinin inkişafı, "28 May", "Günəşli" yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, dənizin Azərbaycan sektorunda yeni neft və qaz yataqlarının kəşfi bu gün üçün əvəz olunmaz baza idi.
Respublikada nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə ilk infrastrukturun, Radiasiya Tədqiqatları Sektorunun yaranması Heydər Əliyevin birinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir. Ulu öndər nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə aparılan elmi və praktiki işlərin gedişinə xüsusi diqqət ayırır və bu sahənin Azərbaycanda aktual elmi-texniki sahə kimi inkişafına xüsusi şərait yaradırdı. Həmin illərdə Azərbaycanda ən müasir və güclü radioizotop mənbə kompleksi, elektron sürətləndiriciləri, müasir fiziki və kimyəvi laboratoriyalar yaradılmışdı. Heydər Əliyev siyasətinin əsası həmişə kadr potensialı olduğundan bu sahədə də kadr hazırlığına xüsusi diqqət ayıraraq SSRİ-nin nüvə məktəblərində hazırlıq keçmək üçün hələ o dövrdə gəncləri universitet, aspirantura təhsilləri almaq üçün Moskvaya göndərmişdi. Onlardan bəziləri hələ də bizim sıralarımızda fəaliyyət göstərirlər. Bu xəttin köməkliyi ilə nüvə elmləri sahəsində 50-dən çox yüksək hazırlıqlı kadr yetişdirilmişdi. Çoxlu sayda gənclər Moskvanın, Obninskin nüvə sahəsində fəaliyyət göstərən institutlarına ezam edildilər. Azərbaycan alimləri İttifaqın əksər nüvə mərkəzlərində elmi işlər aparır və mühüm elmi nəticələr alırdılar. Heydər Əliyevin SSRİ miqyasında nüfuzu imkan verirdi ki, digər nüvə qurğularında biz sərbəst elmi-tədqiqatlarımızı həyata keçirək və kadr potensialımızı daha da genişləndirək.
Böyük öndərin də dediyi kimi, "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir." XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği bə böyük naliyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı misilsiz dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himəyadarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti və təsviri sənəti bütün dünya miqyasında tanınmışdır.
Ulu öndərimiz Azərbaycan gənclərinə xitabən deyirdi ki, sizin qarşınızda çox böyük vəzifələr durur,qarşınızda çox böyük yol var, yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, cürbəcür maneələrlə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Heydər Əliyev hər bir Azərbaycan gəncinin həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli olduğunu daima vurğulayırdı.
Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi. Təbii ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi inkişafın obyektiv qanunauyğunluqlarını dərindən qavrayan, cəmiyyətin dinamik güclərini vahid ieya ətrafında səfərbər edərək addım-addım hədəfə çatmağa bacaran, strateji və proqressiv düşüncə tərzinə malik rəhbər modelinin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin timsalında xalqımız öz taleyində məhz belə uğurlu fenomenə şahidlik etməkdədir. Bu gün hər bir Azərbaycan gənci Ulu Öndərin idealarına sadiq Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşib və bu birlik sarılmazdır! Nə qədərki Azərbaycan Dövləti var, Heydər Əliyevdə yetişən hər gəncin qəlbində var olacaqdır!

Ruslan Qasımov YAP Xətai Gənclər Birliyinin üzvü.

Oxunub: 732
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-07-2020, 17:22

Hikmət Şikarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Gündəm

28-05-2020, 21:32

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Siyasət

10-05-2020, 14:09

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

Siyasət

10-05-2020, 14:04

İran saytı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edir

Cəmiyyət

9-05-2020, 01:58

Alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Dün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Dün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Dün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Dün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Dün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə