• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Deputat Qafar Çaxmaqlını İTTİHAM ETDİ

Siyasət

23-08-2021, 09:32

Deputat Qafar Çaxmaqlını İTTİHAM ETDİErmənişünas alim Qafar Çaxmaqlının Arazdəyənlə bağlı açıqlaması birmənalı qarşılanmayıb. Onun “Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub” fikrinə Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərli etirazını bildirib. Parlamentari Çaxmaqlını savadsızlıqda ittiham edib.



xebernur.com deputat Əziz Ələkbərlinin Qafar Çaxmaqlıya ünvanladığı cavabı olduğu kimi təqdim edir:



“Bu yaxında tanınmış saytlardan birində bir yazı oxudum, yazıda savadsızcasına iddia olunurdu ki, "Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub". Arazdəyən hara, Qarabağ məliklikləri hara?! Qərara gəldim ki, oxuculara Arazdəyən haqqında bilgi verim.



Arazdəyən – ermənilərin Yerasxa çevirdiyi yaşayış məntəqəmiz haqqında nə bilirik?



Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisindəki tarixi mahallarımızdan biri də İrəvan çuxurundakı Vedibasar mahalıdır. Araz çayının şərq sahilində, Ağrıdağ vadisinin Böyük Ağrı və Kiçik Ağrı dağ zirvələri ilə üzbəüz hissəsində yerləşən bu mahal Araz çayı vasitəsilə Türkiyə sərhədi boyunca Naxçıvana doğru uzanıb gedir.



Vaxtilə qədim Sak çarlığının, Şəddadilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi qüdrətli Azərbaycan dövlətlərinin bir bölgəsi, XVIII yüzilin ortalarından etibarən İrəvan xanlığının tərkibindəki 15 mahaldan biri, xanlıq əraziləri Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar nahiyəsi, 1930-1988-ci illərdə Er-mənistan SSR-in Vedi (1968-ci ildən – Ararat) rayonu kimi mövcud olmuşdur.



Vedibasar mahalı qədimdən türk tayfalarının aran-yaylaq mədəniyyətinə uyğun olaraq, relyefinə görə bir-birindən kəskin şəkildə fərqlənən dağlıq və düzənlik (aran) hissələrinə ayrılır. Dağlıq hissə Göyçə yaylaqlarına qədər uzanır, düzənlik hissə isə Araz çayı sahilində qurtarırdı.



Vedibasar axşamlarının da qəribə mənzərəsi vardı. Günəş Ağrı dağının arxasında qürub etməyə başladımı, dağın kölgəsi sürətlə Vedibasarın üzərinə yeriyərdi. Kəndlərin, dağların, təpələrin üstü ilə sürətlə irəliləyən kölgə ən axırda Kotuz dağının üstünə "hücum" çəkərdi. Sonda dağın zirvəsi qızarar, kölgə tam örtdükdən sonra dağ göy rəngə boyanar, qırmızılıq isə göy üzündəki buludlara çökərdi.



Vedibasar mahalının Arazqırağı aran kəndlərindən biri də rayon ərazisini Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə birləşdirən Arazdəyən kəndidir. Bu kəndi Sədərək rayonundan Vəlidağ deyilən dağın yaratdığı və Qurd ağzı adlanan dar keçid ayırır. İrəvan-Naxçıvan-Culfa-Təbriz tarixi karvan yolu, sonralar İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti Arazdəyən kəndindən keçir. Bundan əlavə, Azərbaycanın şimalı ilə cənubunu –Təbrizlə İrəvan, Gəncə və başqa əraziləri birləşdirən və Bağırsaqdərədən keçən tarixi karvan yolu da Arazdəyəndən başlayır. Bu həmin yoldur ki, Naxçıvanın işğal altında olan Kərki kəndi həmin yolun üstündə yerləşir.



Kənddə əvvəllər ancaq azərbaycanlılar yaşamış, kənd böyüdükdən sonra ora az sayda ermənilər də köçüb gəlmişdilər.



Kəndin adının Araz çayının daşdığı zaman suyun basdığı (döydüyü) ərazi mənasında Arazdöyən /Arazdəyən şəklində olması faktı göz qabağındadır. Arazdəyən kəndi əvvəllər indiki yerindən bir qədər aralıda, Araz çayının lap yanında yerləşmişdir. Bunu 1903-cü ilə aid hərbi-topoqrafik xəritədən də görmək olur. Sonralar yaxınlıqdakı dəmiryol stansiyası və onun kənarında sa-lınmış qəsəbə də Arazdəyən adlanmış, Araz çayı kənarındakı köhnə Arazdəyən kəndi Arazdəyən qəsəbəsi ilə əvəzlənmişdir.



Tarixi mənbələrdə Arazdəyən kənd adı ilə bağlı xeyli məlumatlara rast gəlirik. Məsələn, 1886-cı ilə aid mənbədən ("Zaqafqaziya diyarının dövlət kəndlilərinin iqtisadi vəziyyətinə dair materiallar" kitabının 3-cü cildindən) məlum olur ki, Dəvəli və Sədərək kəndləri arasındakı Arazdəyən adlanan 10.022 desyatin ərazi 4 aprel 1862-ci ildən etibarən 65 illiyinə müxtəlif ehtiyaclar (otlaq, əkin və s.) üçün general Qaxanova icarəyə verilib. Bu yerlərin suvarılması üçün Araz çayından çəkilən məşhur su arxı – kanal isə son zamanlara kimi el arasında elə "Qaxanov arxı", “Qaxanov kanalı” da adlanırdı. General Qaxanov bu arxı Arazdəyən ərazisindəki ona verilmiş torpaq sahələrini suvarmaq üçün çəkmişdir. Generalın Arazdəyəndə inək ferması, şəkər zavodu olmuş, bu şəkər zavodunu məhsulla təmin etmək üçün o, həmin torpaq sahələrində çoxlu şəkər çuğunduru əkdirmişdir.



Digər mənbələrə görə XIX yüzilin sonlarında Qaçaq Nəbi Dərələyəzdə kazak atlıları ilə döyüşdükdən sonra yerli əhalinin köməyi ilə Arazdəyənə gəlib və buradan Arazı keçərək Cənubi Azərbaycana getmişdir.



1897-ci ildə Arazdəyən kəndində 381 nəfər əhali qeydə alınmışdır.



1918-1920-ci illər erməni-müsəlman müharibəsi zamanı dəfələrlə ayaq altında qalan Arazdəyən kəndi sonralar xeyli dərəcədə öz funksiyasını itirərək kiçik kənd kimi yaşamış, 1941- 1945-ci illər müharibəsindən sonra yenidən dirçəlməyə başlamışdır. 1968-ci il iyulun 3-də kəndin adı erməniləşdirilərək Yerasx qoyulmuşdur.



Kəndin azərbaycanlı əhalisi 1988-ci il hadisələri zamanı doğma yurdlarından qovulmuş, Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşmışlar.



Şəkillərdə: 1. Arazdəyən dəmiryol stansiyası, 2. Arazdəyən kəndi.

Deputat Qafar Çaxmaqlını İTTİHAM ETDİDeputat Qafar Çaxmaqlını İTTİHAM ETDİ

Oxunub: 446
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-08-2021, 18:49

Naxçıvan bu gün də ATƏŞƏ TUTULDU

Gündəm

19-07-2021, 11:54

Deputat şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb

Cəmiyyət

24-08-2020, 22:02

QƏRBI AZƏRBAYCAN İCMASI GƏNCLƏR BIRLIYI GƏNCLƏRIN INKIŞAFI VƏ TARIXI HƏQIQƏTLƏRI DÜNYAYA ÇATDIRMAQ NAMINƏ FƏALIYYƏTINƏ START VERDI.

Gündəm

10-05-2020, 18:10

Qərbi Azərbaycan Respublikası elan olundu

Gündəm

26-02-2020, 15:12

Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçqınlar Cəmiyyəti Xocalı abidəsini ziyarət etdi

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Bugün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Bugün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Bugün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Bugün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • Dün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Dün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə