“Çoxsaylı tərəflər nəticəsində müxtəlif görüşlər keçirildi. Ən önəmli hadisə isə Rusiya Prezidenti Vladimir Putin təşəbbüsü ilə keçirilən Soçi və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən təşkil olunan Brüssel görüşünü qeyd edə bilərik”.
Xəbər verilir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət sahəsində ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Üçtərəfli bəyanatlarda əsas istiqamət kommunikasiyanın açılması, sərhədlərin müəyyənləşəməsi və Azərbaycan-Ermənistan arasında əlaqələrin normalaşdırması fonunda sülh sazişinin hazırlanması idi. Bundan başqa, mina xəritələrin verilməsi barədə danışıqlar gedir. 30 illik münaqişənin fəsadlarını aradan qaldırmaq əsas fəaliyyət istiqamətlərimizdən biri idi. Bu sahədə görüləcək işlərimiz gələcək illərdə də davam edəcək”.