• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... – SİYAHI

Siyasət

23-05-2022, 08:58

Biznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... – SİYAHIQanunvericilik Milli Məclis deputatları, eyni zamanda dövlət qulluğunda çalışan məmurların bizneslə məşğul olmasını qadağan edir. Bizneslə məşğul olub sonradan vəzifəyə təyinat alan şəxslər bu missiyalarını yaxın adamları, övladları, qardaşlarına ötürürlər. Bununla da rəsmi sənədlərdə artıq heç bir biznes fəaliyyəti ilə məşğul olunmadıqları qeyd edilir. Bir sözlə, biznes fəaliyyətlərini öz yaxın çevrələrinin adlarına rəsmiləşdirməklə məsuliyyətdən yayınmağa çalışırlar. Faktiki olaraq isə onlar öz biznes imperiyalarına elə dövlətin təmsilçisi kimi himayədarlıq etməklə davam edirlər.

xebernur.com telqraf.com-a istinadən Milli Məclisin biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatlarının siyahısını təqdim edir:

121 saylı Laçın seçki dairəsinin Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mahir Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl köşklərinə sahib olduğu bildirilir.

20 saylı Nərimanov ikinci seçki dairəsinin təmsilçisi, Milli Məclis sədrinin müavini Adil Əliyevin də daşınmaz əmlak, idman ləvazimatları dükanları, müxtəlif tikinti şirkətlərinə sahib olması ilə bağlı məlumatlar var. Bir müddət öncə şəhərin mərkəzində ona məxsus olduğu iddia edilən tikinti şirkəti ilə vətəndaşlar arasında insidenti yatırtmaq üçün də deputat Adil Əliyevin hadisə yerinə gəldiyi, gərginliyi azaltmağa çalışdığı iddia olunurdu.
65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Əhliman Əmiraslanova məxsus klinikanın olduğu, həmçinin, dərman satışı, dərman depoları, tibbi ləvazimatların satışı mərkəzlərinə sahib olduğu iddia edilir.

45 saylı Abşeron seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Oqtay Əsədov isə su biznesi ilə tanınır. Onun balıq vətəgələri, restoran və dəmir-beton zavodları, xaricdə əyləncə mərkəzlərinə sahib olduğu bildirilir.

11 saylı Qaradağ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı seçilən Aydın Hüseynov əmlak alqı-satqısı, bağ evlərinin tikintisi və satışı, ofis ləvazimatlarının topdan satışı, çap mərkəzlərinin sahibi kimi tanınır.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Naqif Həmzəyev təmsil etdiyi şəhərdə iş adamı kimi tanınır. Onun Gəncədə avtomobil təmiri məntəqələri, ticarət köşkləri və brend geyimlər mağazasına sahib olduğu deyilir.
67 saylı Cəlilabad şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Malik Həsənov ölkədə ev və bina tikintisi, antik əşyaların satışı ilə ad qazanıb. Deputatın əmlak tikintisi və satışı, ofislərin icarəyə verilməsi, cənub bölgəsində bir neçə istirahət mərkəzi, Bakıda tikinti materiallarının satış mərkəzini idarə etdiyi söylənilir.

73 saylı Lənkəran şəhər seçki dairəsinin bitərəf deputatı Rüfət Quliyev isə Azərbaycanda və Ukraynada siqaret satışı, tütün məmulatlarının idxalı ilə ad çıxarıb. Millət vəkilinin tütün məmulatlarının ölkəyə idxalı, siqaret biznesi, Ukraynada restoran və meyvə-tərəvəz alqı-satqısı işində də mahir olduğu bilgisi var.

15 saylı Yasamal birinci seçki dairəsinin bitərəf deputatı Ülvi Quliyevi seçiciləri az-az görsə də, onu tikinti sektorunda daha çox görmək olar. Karateçi deputatın ən yaxşı bildiyi sahə bina tikintisi, ofis və evlərin təmiridir. Həmçinin ona məxsus tikinti briqadaları da fəaliyyət göstərir. Deputatın idman ləvazimatlarının satışı işini yaxşı bilənlərdən biri kimi tanındığı deyilir.

Nabranda Həmkarlar İttifaqına məxsus bütün sanatoriyaların ərazisini satan və icarəyə verən 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin bitərəf deputatı Səttar Möhbalıyev ölkədə həmçinin, kağız satışı ilə də tanınan iş adamlarından hesab edilir. Onun Nabranda, Bakının mərkəzində restoran və bir neçə ailəvi istirahət mərkəzi, restorana sahib olması gələn xəbərlər sırasındadır.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin “əbədi” deputatı Madər Musayevin biznes imperiyası isə dodaq uçuqladır. Hacı Madər Bakıda ilk şadlıq evi işlədən iş adamlarındandır. Eyni zamanda qocaman deputat uzunömürlülüyün sirri kimi bərk özüllü işlərə də baş qoşub. Onun beton zavodları, marketlər şəbəkəsi, su istehsalı və satışı işində də əlinə su tökən tapılmadığı iddiaları var.

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Yeni Azərbaycan Partiyasının gənc deputatlarından olan Anar Məmmədovun keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun klanını uğurla davam etdirmək niyyətində olduğu deyilir. İki illik deputat postunda səsinə cəmiyyətimizi tamarzı qoyan Anar Məmmədov Ziya Məmmədovun ən yaxın dostu Qulam Ələkbərovun kürəkəni kimi bir çox işlərdə uğurlara imza atıb. Gənc deputat qayınatasının tövsiyələrinə əsasən tikinti sektorunda fəaldır. O özü də gənc iş adamı kimi Dərnəgüldə Tikinti satış mərkəzləri, villaların icarəyə verilməsi, ev tikintisi, avto-təmir məntəqələrinin sahibi kimi heç də havadarlarından geri qalmadığını nümayiş etdirir.

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Məmmədov İqbal Nəriman oğlunu isə ölkədə restoranlar şəbəkəsinin sahibi kimi hamı tanıyır. Cənub bölgəsində “Relax İqbal” kimi ad qazanan İ.Məmmədov Bakıda, Lerik və Yardımlıda restoran, ailəvi istirahət mərkəzləri, sanatoriya biznesi ilə məşğul olduğunu bilməyən qalmayıb. Bir müddət öncə onun restoranında vergi müfəttişlərinin oğlu və qardaşı uşaqları tərəfindən amasızcasına döyülməsi faktını isə kimsə unutmayıb. Cənublular onun əlindən təngə gəldiklərini, çayların məcrasını dəyişdiyini, harada bir səfalı yer gördü onu hasara alıb restoran açdığını deyirlər.

70 saylı Masallı şəhər seçki dairəsinin Yeni Azərbaycan Partiyasından olan millət vəkili Məşhur Məmmədov da oturuşmuş iş adamlarındadndır. Məşhur müəllimi ən çox “məşhurlaşdıran” isə şəhid evinə şampun, bir dəfəlik istifadə üçün parfüm və sabun göndərməsi olmuşdu. Amma o da kiçik biznesmenlerdən deyil. Millət vəkili ərzaq mallarının satışı deposu, kimyəvi təmizləmə mərkəzləri, kosmetik məhsulların satışı işində usta adam hesab edilir.

Embawood" şirkətinin həmtəsisçisi olduğu deyilən Məşhur Məmmədov Nyu-Yorkda milyonluq villası ilə ad çıxarıb, təzəlikcə ABŞ-da yaşayan oğlu Məmməd Şahbazovun adına “Masalli Enterprise LLC”ni təsis edib.

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasınin deputatı seçilən Aqiyə Naxçıvanlı təmsilçisi olduğu Oğuz rayonunu elə-belə seçməyib. Xanım deputat Qaxda və Oğuzda fındıq sahələri, su istehsalı sexləri, gözəllik salonlarının təmiri və icarəyə verilməsi məsələsində qadın sahibkarlar arasında öncül yerdədir.

75 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Cavanşir Paşazadə taxta-şalban deposu və topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satış deposu, mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu deyilir.

82 saylı Ağcabədi seçki dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkili Tahir Rzayevin Mərkəzi Univermaqda bir neçə qızıl satışı köşkünə, qızıl satışı və qəbulu məntəqələrinə sahib olduğu bildirilir.

27 saylı Sabunçu ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Əlabbas Salahzadə atası Qalib Salahzadənin yolunu davam etdirən bir iş adamıdır. Hacı Qalibin biznes imperiyasını böyük uğurla idarə edən oğul deputat Ə.Salahzadə məlumatlara görə, Sabunçuda dini və mərasim zalları, su istehsalı sexləri, məzar daşlarının hazırlanması, mozaika, bəzək daşlarının istehsalı, satışı mərkəzini təkbaşına idarə edir.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Ağalar Vəliyev ağsaqqal iş adamlarındandır. “Kristal Abşeron”un sahibi olan Ağalar Vəliyevin bu sahədə böyük bir imperiyaya sahib olduğu vurğulanır. Qocaman deputatlardan olan Ağalar Vəliyevin xarici ölkələrdə də bina tikintisi, təmir və satışı işi ilə məşğul olduğu deyilir.

25 saylı Nizami ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı Sədaqət Vəliyeva da bizneslə məşğuldur. İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin yaxın qohumu olduğu deyilən Sədaqət Vəliyeva uzun müddət xəstəxana rəhbəri kimi öz biznes imkanlarının dairəsini genişləndiməyi bacarıb. Xanım deputatın Qarayev metrosunun yaxınlığında bir neçə restoran, geyim və gözəllik salonları, tibbi ləvazimatların satışı mərkəzinə sahib olması heç kəsə sirr deyil.

Deputatların biznes və sahibkarlıq fəaliyyətini teleqraf.com-a şərh edən keçmiş deputat, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, dövlət məmurları və parlament üzvlərinin gəlir deklorasiyası ilə bağlı məsələlərin həlli olduqca vacibdir: “Görünən odur ki, əks halda bu məsələ həll olunmayacaq. Müxtəlif çıxış yolları tapıb bunu “həll” edəcəklər. Dövlət məmurları və deputatlar övladları olmasa da, beşinci şəxsin adından öz bizneslərini kənardan idarə edəcəklər. Əslində dünya ölkələrinin əksəriyyətində bu cür hallar var. Amma bu məsələlərin məhdudlaşdırılması üçün gəlir deklorasiyasının gündəmə gəlməsi müəyyən qədər təsirli ola bilər. Bu təcrübə hələlik Azərbaycanda işləmir. Qanunlardakı boşluqlardan yararlanma hallarının qarşısı alınmalı, buna qarşı dərhal ciddi təsirli tədbirlər görülməlidir. Həmin şəxslər dərhal vəzifələrindən uzaqlaşdırılmalıdır”.

Sabiq deputat, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də vurğulayıb ki, millət vəkillərinin başqa ödənişli fəaliyyətlə məşğul olmaları birmənalı olaraq qadağan edilir: “Milli Məclisin deputatlarının sahibkarlıqla məşğul olmasına qanun yol vermir. Belə bir fəaliyyət olacaqsa, onların deputat kimi səlahiyyətlərinə xitam verilməlidir. Dövlət məmurları və millət vəkilləri bizim həyatımızla bu və ya digər şəxslərlə bağlı məcburi xarakterli qərarlar qəbul edə bilən səlahiyyət sahibləridir. Onlar eyni zamanda başqaları üçün hüquq və vəzifələr yaraBiznesmen deputatlar: Ev, saat, qızıl, tozsoran satan millət vəkilləri... – SİYAHIdacaq qərarlar qəbul edirlər. Belə hallarla rastlaşmaq isə səlahiyyətlərinin itirilməsinə gətirib çıxara bilər”.

Oxunub: 571
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-08-2021, 18:27

SOCAR-ın yeni vitse-prezidenti: Kənan Nəcəfov kimdir? - D0SYE

Cəmiyyət

20-03-2020, 21:00

Salyanın icra başçısı Sevindik Hətəmovun biznes və əmlakları

Cəmiyyət

18-03-2020, 12:01

"Azəravtoyol" ASC-nin sədr müavini əmlaklarının - SİYAHISI

Cəmiyyət

9-03-2020, 10:29

Bu gün deputatlar koronavirus yoxlanışından keçiriləcək

Siyasət

30-10-2019, 10:29

Deputat məmurlara səsləndi: “Biznes qurmaq istəyirsənsə, istefa ver” – VİDEO

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Bugün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Bugün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Bugün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Bugün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • Dün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Dün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə