Abşeronda ağacların qanunsuz kəsilməsi ilə bağlı polis hərəkətə keçdi
Xebernur.com xəbər verir ki, Abşeron şəhərində ağacların qanunsuz şəkildə kəsilməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları operativ şəkildə araşdırmaya başlayıb. Hadisə ilə bağlı əraziyə baxış keçirilib və məsul şəxslərin müəyyən edilməsi istiqamətində ciddi tədbirlər görülür.
Abşeron Rayon Polis İdarəsinin açıqlamasına görə, fakt üzrə qanunvericiliyə uyğun şəkildə ölçü götürüləcək və təbiətə ziyan vuran şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Hazırda araşdırma davam edir.