Evini satmaq istəyənlərin NƏZƏRİNƏ - Bunu mütləq edin, yoxsa...
Evini satmaq istəyənlərin NƏZƏRİNƏ - Bunu mütləq edin, yoxsa..."Evini (obyekt) satan şəxslər abonent kodunun mütləq qaydada yeni ev sahibinin adına dəyişdirilməsini həyata keçirsinlər".
Xəzərxəbər xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, bir çox hallarda yeni sahibkarlar abonent kodunun onların adına olmadığını əsas gətirərək, məhz bu səbəbdən ödəniş etmirlər: "Bu da bəzi sahibkarların ödənişdən qaçması üçün bir üsuldur. Ona görə də vətəndaşlar alqı-satqı zamanı bu riski gözə almalıdırlar".
Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Birlik tərəfindən bütün ölkə ərazisində sahibkarlarla təşkil olunan görüşlər barədə məlumat verib. Şöbə rəisi bu görüşlərin mütəmadi olaraq təşkil edildiyini, "Azəriqaz" İB-nin ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin öhdəliyini daim diqqətdə saxladığını vurğulayıb.
Şöbə rəisi bu görüşlərin istehlakçılarla "Azəriqaz" İB arasında inteqrasiyanı daha da sıxlaşdırdığını, əvvəlki dövrlərdə keçirilən görüşlərlə müqayisə etdikdə isə hansısa bir narazılıq və problemin olmadığını bildirib.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev 2022-ci ilin birinci rübündə qazlaşma işləri ilə bağlı məlumatı media və QHT nümayəndələrinin diqqətinə çatdırıb. Qurum rəsmisinin sözlərinə görə, bu il üzrə 69 kənd və 62 yeni yaşayış massivində küçə qaz xəttinin çəkilişi işləri nəzərdə tutulub ki, 32 kənd 45 yaşayış massivində işlər sürətlə davam edir. O, 2 kənd və 5 yaşayış massivində isə artıq qazlaşma işlərinin yekunlaşdığını diqqətə çatdırıb