• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qazi atası ÜSYAN ETDİ: “Birdəfəlik divara dirəyib güllələsinlər…” – VİDEO

Sosial

8-05-2022, 07:33

Qazi atası ÜSYAN ETDİ:

“Birdəfəlik divara dirəyib güllələsinlər…” – VİDEO.

Mənim babalarımın ikisi də 1941-1945-ci il müharibəsində faşizmə qarşı sovet əsgəri olaraq döyüşüblər. Biri yüngül yara almışdı, o birinin isə burnu da qanamamışdı. Onların hər ikisi ömürlərinin sonuna kimi yüksək məbləğdə müharibə veteranı təqaüdü aldılar. Hətta üst-üstə götürəndə bu təqaüdün 40 ili müstəqil Azərbaycanın dövrünə düşdü. Yəni sovetlər üçün döyüşən babalarıma müstəqil Azərbaycanın dövlət büdcəsindən yüksək məbləğdə təqaüd ayrılırdı. İndi onların heç biri həyatda yoxdur.

Bəs Qarabağ savaşında, öz doğma torpaqlarımız uğrunda canının bir parçasını qoyan, ağır travmalar yaşayan, bədənində qəlpələr gəzdirənlərə münasibət necədir? Son vaxtlar aidiyyatı dövlət qurumu – Əmək və Əhalinin Sosdial Müdafiəsi Nazirliyi ilə bağlı olan şikayətlərin əksəri bu haqdadır. Ermənilərə qalib gələn döyüşçülər bu nazirlik qarşısında məğlub duruma düşüblər, sındırılıblar. Ən yaxşı halda onların veteranlıq statusu tanınır. Bunun da aylıq dəyəri 80 manatdır. Yəni iki-üç blok siqaretin pulu…

Quliyev İsa Mikayıl oğlu… Qarabağ savaşının ilik günündən sonuncu gününə kimi döyüşlərin ən qaynar nöqtələrində iştirak edib. Son döyüşü Şuşada olub. Noyabrın 9-na – üçtərəfli bəyannamə imzalanan günə qədər sağ-salamat qalıb. Lakin savaşın son günü, bəyannamənin inzalanmasına saatlar qalmış Daşaltıda yanında partlayan minamyot mərmisi tozu dumana qarışdırıb. Nəticədə qəhrəmanımız ayağından, qolundan və başından qəlpə yarası alıb.

Atası Mikayıl Quliyevi dinləyək: “Səkkiz gün İsadan xəbərimiz olmadı. Nə öldüsünü bildik, nə qaldısını. Müharibə bitəndən 6 gün sonra yaralandığını xəbər verdilər. Bundan sonra 6 ay hospitalda müalicə olundu. Arayış verdilər ki, hərbi xidmətə yararsızdır. İndi başlı-başına buraxıblar, nə maraqlanan var, nə problemi həll edən…”

Bildirək ki, İsanın atası Mikayıl Quliyev birinci Qarabağ müharibəsinin iştirakçısıdır və o da İsa kimi veteran olaraq 80 manat təqaüd alır. İsanın dayısı birinci Qarabağ müharibəsində itkin düşüb. Vətən Müharibəsində 3 əmisi oğlu ilə birgə döyüşüb. Əmisi oğlanlarından biri döyüşdə gözünü itirib…

Bir müddət əvvəl Mikayıl Quliyev “Yeni Sabah”a müraciət edərək problemin işıqlandırılmasını xahiş etdi. Durumu ətraflı anlamaq üçün onun çağırışına yollandıq. Ailə Füzulidə, Haramı düzündə yaşayır. Maldarlıqla məşğul olan quliyevlər çiy kərpicdən tikilmiş daxmada yaşayır. Zatən Qarabağı işğaldan azad edənlərin böyük əksəriyyəti daxmada böyüyən qəhrəmanlar deyildimi? Şəhidlərin çıxdığı evlərin hansı zəngin evinə oxşayırdı ki?! İsanın böyüdüyü şəraiti də aşağıda təqdim etdiyimiz videoda özünüz görəcəksiniz.

Mikayıl Quliyev deyir ki, İsanın başında və ayağında olan qəlpələri çıxarmaq mümkün deyil. Başındakı qəlpə yuxu arteriyasının yanındadır. Qəlpə İsaya ağrılar verir və əsəblərinə çox pis təsir edir: “Qəlpə tərpənəndə başını soyuducuya salır. Gecələr çox ağır tutmaları olur. Bizim həyatımız zəhərə dönüb. Maraqlanan yoxdur…”

Ailənin əsas tələbi İsa Quliyevə əlillik verilməsidir. Lakin ƏƏSMN imtina edir. Sənədlərin qaydasında olmadığını bildirir: “Uşağı yarımcan edib atıblar üstümüzə. Hospital yazır ki, yararsızdır. Nazirlik də deyir ki, əlil deyil. Yaxşı, əlil deyilsə, işinə bərpa edin! Adam çəliksiz gəzə bilmir, başındakı qəlpə bütün sinirlərini xarab edib. Deyir elə bil başımda tank gəzir, özünü idarə edə bilmir. İndi də 10 gündən artıqdır xəstəxanadadır, nə olacaq bilmirik”.

Biz Füzulidə olanda İsa ilə görüşə bilmədik. Onu Beyləqana xəstəxanaya aparmışdılar və hələ nə qədər orada qalacağı bəlli deyildi.

Dərdli ata isə nə edəcəyini bilmir. Ağır şəraitdə böyütdüyü yeganə oğlu, 10 ildir Azərbaycan Ordusunda gizir kimi xidmət edən İsa xəstəxanada canı ilə əlləşir. Bəs ailə İsaya əlillik verilməsini nə üçün istəyir?! Əslində, onların tələbinin hədəfi veriləcək təqaüd də deyil. Atanı dinləyək:

“Biz İsanın başındakı qəlpənin çıxarılması üçün Türkiyəyə də müraciət etdik, rentgenləri, diskləri göndərdik. Cavab gəldi ki, biz bu qəlpəni çıxara bilmərik. Yaşat Fonduna müalicə üçün müraciət etdik. Amma oradan da cavab verdilər ki, biz yalnız əlillik alanların müalicəsini öz üzərimizə götürürük. Yaxşı indi biz nə edək? Öz imkanımız yoxdur. Bu ilyarımda əlimizdə olanları da uşağın sağalması üçün xərclədik. Amma day tükənmişik. Əsəb, stress də bir tərəfdən. Heç olmasa əlillik verilsə, Yaşat Fondu müalicədə bizə dəstək olar. Yenə də deyirəm, əgər əlil deyilsə, işinə bərpa etsinlər. 10 ilə yetişdirdikləri bir döyüşçünü niyə yarımcan edib başlı-başına buraxıblar”.

Onu da qeyd edək ki, Quliyev İsa Mikayıl oğlu Prezident İlham Əliyev tərəfindən “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə “medalları ilə təltif olunub.

Qazi atası ÜSYAN ETDİ: “Birdəfəlik divara dirəyib güllələsinlər…” – VİDEO
Qazi atası ÜSYAN ETDİ: “Birdəfəlik divara dirəyib güllələsinlər…” – VİDEO
Qazi atası ÜSYAN ETDİ: “Birdəfəlik divara dirəyib güllələsinlər…” – VİDEO
Qazi atası ÜSYAN ETDİ: “Birdəfəlik divara dirəyib güllələsinlər…” – VİDEOMikayıl Quliyevlə daxmadan bayıra çıxırıq. Hava sərindir. Amma bir ay sonra burada cəhənnəm istisi olacaq. Ailə isə həm bu şəraitsizliyə, həm də müharibənin, dövlət qurumunun yaratdığı travmalarla baş-başa qalacaq:

Mikayıl Quliyev: “Qazinin yaşadığı şərait budur. Qarabağı, mədəniyyət beşiyi Şuşanı azad edən əsgərin yaşayışı belədir. Atası Birinci Qarabağ müharibəsinin veteranıdır, anası şəhid ailəsidir – hələ qardaşının nə öldüsü, nə qaldısından xəbər var. Mən nə vaxta qədər orda-burda su suvarıb pul qazanıb ona siqaret alacam?! Birdəfəlik divara goyub güllələsinlər, canımız qurtarsın!!!

Əmək Nazirliyi o qədər sənəd-sünəd tələb edir ki… Lazım olanların hamısını aparırıq, yenə də əlillik verilmir, imtina gəlir”.

Bu münasibət Qarabağ zəfəriniz üstünə kölgə salırmı? Bilmirəm. Elə bilmədiyimiz şeylər də bəzən bizi tərəddüd qarşısında qoyur. Aidiyyatı dövlət qurumları bu tərəddüdləri aradan qaldırmaq üçündür ki, vətən çağıranda hər kəs bir yumruq ola bilsin.

… İsa müharibədən qayıdanda canında salamat qalan bircə Vətən sevgisi idi. Deyəsən, onu da məmurlar “xəstə” edəcək…

Oxunub: 352
Paylaş:
Digər xəbərlər

Sosial

22-04-2022, 22:08

Müharibə veteranlarının əlillik dərəcsi, sığorta pulları ilə bağlı problemlər – müxtəlif baxışlar

Gündəm

17-04-2022, 22:57

“İnsanlara yox, divara vururdu”

Gündəm

23-06-2020, 14:49

190 manat birdəfəlik ödəmə bu dəfə necə veriləcək? - RƏSMİ AÇIQLAMA

Siyasət

1-05-2020, 17:54

Fəxri adlara layiq görülmüş şəxslərə təqaüd verilməsi qaydası dəyişdi - SƏRƏNCAM

Gündəm / Sosial

20-04-2020, 23:00

Daha 30 min nəfərə birdəfəlik vəsait köçürülüb

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Bugün, 16:44
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • Bugün, 16:27
    Əhalinin gəlirləri artıb
  • Bugün, 14:30
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • Bugün, 14:21
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • Bugün, 10:45
    Tatarıstanda matəm elan edildi: ölənlər var
  • Bugün, 10:20
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
  • Bugün, 10:09
    “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
  • Bugün, 09:52
    Yerə yeni maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
  • Bugün, 09:49
    Müharibə zamanı Azərbaycan bizə kömək etdi - İran Prezidenti
  • Bugün, 08:59
    Paytaxtın üç əsas yolunda tıxac var
  • Bugün, 08:56
    "Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
  • 7-08-2026, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • 7-08-2026, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • 7-08-2026, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-08-2026, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • 7-08-2026, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • 7-08-2026, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • 7-08-2026, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • 7-08-2026, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • 7-08-2026, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • 7-08-2026, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • 7-08-2026, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • 7-08-2026, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • 7-08-2026, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • 7-08-2026, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • 7-08-2026, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • 7-08-2026, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 7-08-2026, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • 7-08-2026, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • 7-08-2026, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • 7-08-2026, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • 7-08-2026, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • 7-08-2026, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • 7-08-2026, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
Daha çox
7-08-2026, 15:25
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
4-08-2026, 15:54
"Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
7-08-2026, 14:50
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
7-08-2026, 15:42
Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
4-08-2026, 23:39
Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
6-08-2026, 10:20
Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə