• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Təhsillə bağlı qanunlara edilən dəyişiklik və TƏKLİFLƏR

Cəmiyyət

3-03-2025, 11:19

Təhsillə bağlı qanunlara edilən dəyişiklik və TƏKLİFLƏR
Xəbər verildiyi kimi, fevralın 28-də "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara bir sıra dəyişiklik haqqında sənəd Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan bu dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsasla qəbul olunduqları 2025-2028-ci tədris illəri ərzində təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Qanun qəbul olunduğu təqdirdə 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.

Qanun layihəsinin qəbulu hansı zərurətdən doğub? Qanun işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin həyatında hansı dəyişikliklərə səbəb olacaq?

Bu və digər suallara cavab tapmaq üçün Milli Məclisin deputatlarına müraciət etdik.Milli Məclisin deputatı Rizvan Nəbiyevin sözlərinə görə, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişiklik edilməsi barədə Qanun layihəsi” işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin sosial müdafiəsi və məşğulluğunun təminatına töhfə məqsədi daşıyır.

“Məsələ həmçinin ölkəmizin milli təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Belə ki, “2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nda Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı sadalanan təhdidlər sırasında “İxtisaslı kadr çatışmazlığı” faktoru da yer alır. Bunu nəzərə alaraq dövlətimizin ardıcıl olaraq həyata keçirdiyi dövlət proqrqmları və layihələr mövcuddur. Bunlardan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nı qeyd etmək olar. Ötən il proqrama edilən dəyişiklik nəticəsində artıq dövlət təqaüdü hesabına doktorantura pilləsində də təhsil almaq mümkündür.

Yeni qanun layihəsi 3 il ərzində (2025-26, 2026-27, 2027-28-ci tədris illəri) dövlət, özəl və bələdiyyə peşə məktəblərinə ödənişli əsaslarla qəbul olunan şəxslərə ödənişlərinin dövlət hesabına təmin edilməsi imkanı peşə təhsili istiqamətində kadr hazırlığına zəmin yaradacaqdır. Peşə təhisli ilə bağlı bu sahədə öndə olan Almaniya təcrübəsinə toxunmaq istərdim. Almaniya iqtisadiyyatı ümumi daxili məhsuluna görə dünya ölkələri siyahısında ilk 5-likdə qərarlaşır. Kiçik və orta müəssisələrin Almaniya ümumi daxili məhsulunda payı isə 70 faizə yaxındır və bu, peşə təhsili hesabına yaranmış imkandır. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni yaranmış müəssisələr üçün də bu qanun dəyişikliyi yeni imkanlar aça bilər. Nəzərə alsaq ki, ölkəmidə hər il orta məktəbi bitirən məzunların ən azı dörddə birinin ali təhsil müəssilərinə daxil olmaq imkanı olmur. Bu gənclərin seçdikləri peşə üzrə dövlət vəsaiti hesabına ixtisaslaşması həm məşğulluq və həm də social təminat məsələləri baxımından da çox əhəmiyyətlidir”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva isə bildirib ki, bu qanun layihəsi Qarabağda və Şərqi Zəngəzurda məşğulluq layihələrinin həyata keçirilməsinə, vətəndaşların sosial təminatına, peşə təhsilinin regionun sosial-iqtisadi imkanına uyğun təşkilinə və təşviqinə, kadr hazırlığına zəmin yaradacaq.


Onun sözlərinə görə, Azərbaycanda tətbiq olunan “Dual peşə təhsili” layihəsi alman modeli olaraq işə götürənlərlə peşə təhsilinin birgə həyata keçirdiyi beynəlxalq təhsil təcrübəsidir.

“Hazırda bu istiqamətdə Bakı şəhəri və digər regionlarda 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə əməkdaşlıq edilir. Peşə təhsili müəssisələri işəgötürənlərlə tərəfdaşlıq zəminində istehsalat təcrübəsi və iş yerində öyrənmə imkanlarını təmin edir. Bu yanaşma təhsillə sənaye və digər sahələr arasında sıx əməkdaşlıq imkanları yaradır, müəssisələrin tələbatına uyğun kadr hazırlığına dəstək verir”.
Ətraflı

​Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsaslanaraq, iş yerində öyrənmə (dual təhsil) sisteminin mexanizminin işlənib hazırlanması və normativ hüquqi bazasının qurulması təklifini dəstəkləyən Mehriban Vəliyeva vurğulayıbı ki, burada məqsəd peşə təhsilinin dövlət və qeyri-dövlət sektorları tərəfindən dəstəklənməsinə nail olmaq, müəssisələrin peşə sahəsinə marağını artırmaq, tərəfdaşlıq zəminində iş yerlərində peşə hazırlığı və təcrübə imkanlarını yaratmaqdır:

“Bunun üçün müəyyən dövlət güzəştlərinin tətbiqi də sahənin inkişafına dəstək verə bilər. İşəgötürənlərə vergi güzəştlərinin nəzərdə tutulması, onları peşə təhsili müəssisələri ilə əməkdaşlığa həvəsləndirər”.​

Millət vəkili əlavə edib ki, “Azərbaycan Respublikasının peşə təhsili haqqında” Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın müvafiq müddəalarına əsasən, işəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqı ödəməlidirlər: “Azərbaycanda isə işəgötürənlər bu sahədə hər hansı vergi güzəşti olmadığı üçün onlara məxsus istehsalat sahələrində tələbələrin təcrübə keçmələrinə və onlarla müddətli əmək müqaviləsinin bağlanmasına maraq göstərmirlər. İşəgötürənlərlə peşə təhsili müəssisələri arasında əlaqələrin qurulması və tələbələrin işəgötürənlərin istehsalat sahələrində təcrübə keçmələrinə imkan yaradılması üçün işəgötürənlərə vergi güzəştləri tətbiq oluna bilər”.

M.Vəliyevaya görə, işəgötürənləri peşə təhsili müəssisəsinin tələbələri ilə əmək müqaviləsi bağlamağa həvəsləndirmək üçün aşağıdakı güzəştlərin nəzərdə tutulması məqsədəuyğun olardı: “İstehsalat təcrübəsi zamanı tələbələrə ödənilən əmək haqqının vergi baxımından mənfəət vergisinin hesablanmasında xərclər kimi nəzərə alınması və bilavasitə işəgötürənlər üçün müəyyən edilmiş mənfəət vergisi öhdəliklərinin azaldılması.

Nəticədə bu mexanizm işəgötürənlər üçün əlavə maliyyə yükünü aradan qaldıracaq və onları peşə təhsili müəssisələri ilə əməkdaşlığa həvəsləndirəcəkdir”.

Mehriban Vəliyeva həmçinin qeyd edib ki, əmək bazarının tələblərinə uyğun olaraq, peşə təhsili müəssisələrinin fəaliyyət göstərdiyi regionların lokal sosial-iqtisadi imkanlarına uyğun kadr hazırlığı məsələsi də müzakirə olinacaq və yenidən baxılacaq məsələdir:

“2024-2025-cü tədris ilindən etibarən peşə təhsilində 9 yeni ixtisas - məsələn, dronların texniki xidməti və təmiri, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti üzrə, suvarma maşınları və nasos qurğuları üzrə ixtisas hazırlığı bölgələrin inkişafı və əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

Ümumiyyətlə, yeni qanun layihəsi regionda peşə təhsilinin təşviqi, məşğulluğun həlli, yeni sahələr üçün müasir peşələr üzrə kadr təminatı və digər məsələlərin həllinə dəstək ola biləcək”.

Oxunub: 196
Paylaş:
Digər xəbərlər

Gündəm

12-02-2025, 14:28

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Qanun DƏYİŞİR

Siyasət

18-04-2022, 19:48

Bu peşə təhsili müəssisələrində oxuyanlara təqaüd veriləcək.

Gündəm

6-11-2023, 15:53

Prezident qərar verdi: Onların təhsil haqqını dövlət ödəyəcək

Sosial

16-09-2022, 16:02

Pensiyalarla bağlı qanun yenidən DƏYİŞDİRİLİR

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 07:19
Azərbaycanlı gənc Polşada vəfat edib
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
Son xəbərlər
  • Dün, 19:27
    Rusiya və Ukrayna razılığa gəldi - Enerji atəşkəsi elan edildi
  • Dün, 19:02
    Sabah bu rayonun kəndlərində işıq olmayacaq
  • Dün, 18:59
    “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb
  • Dün, 18:56
    Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
  • Dün, 17:49
    Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
  • Dün, 07:24
    Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi
  • Dün, 07:21
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • Dün, 07:19
    Azərbaycanlı gənc Polşada vəfat edib
  • Dün, 07:15
    Çin hibrid avtomobillərin ixracını azaldır
  • Dün, 07:13
    Gözlərə də soyuq olur
  • Dün, 07:11
    Dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
  • Dün, 07:04
    Gəncəyə dördüncü raket hücumundan altı il ötür
  • Dün, 07:02
    “Barselona” “Xetafe”ni darmadağın etdi
  • Dün, 06:59
    Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
  • 10-10-2026, 20:27
    Azərbaycan cüdoçusu finalda məğlub oldu
  • 10-10-2026, 19:08
    Kadırov AZAL təyyarəsinin qəzası ilə bağlı başsağlığı verdi
  • 10-10-2026, 19:03
    Polkovnikə FHN-də yüksək vəzifə verildi
  • 10-10-2026, 19:01
    Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 10-10-2026, 13:05
    Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
  • 10-10-2026, 12:04
    Lənkərana dolu düşüb, ağaclar aşıb - VİDEO
  • 10-10-2026, 11:20
    Gürcüstanla sərhəd komissiyasının tərkibi yeniləndi – Sərəncam
  • 10-10-2026, 11:18
    BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
  • 10-10-2026, 08:37
    Panamada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi
  • 10-10-2026, 08:32
    Tramp onu mətbuat katibi təyin etdi - YENİLƏNİB
  • 10-10-2026, 08:30
    Elvin Əlizadəyə yüksək vəzifə verildi
  • 10-10-2026, 08:28
    Ronaldo ilə bağlı gözlənilməz qərar
  • 10-10-2026, 08:26
    Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə etdilər
  • 10-10-2026, 08:25
    Türkiyə Azərbaycana qarşı olanlara sərt cavab verdi - RƏSMİ
  • 9-10-2026, 15:29
    YAP Laçın rayon təşkilatında YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər müzakirə olunub
  • 9-10-2026, 11:54
    Bakıda və rayonlarda təhlükəli tapıntılar: Polis hərəkətə keçdi
  • 9-10-2026, 11:45
    Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
  • 9-10-2026, 10:09
    DİM-də kadr dəyişikliyi: Şöbə müdiri vəzifədən ayrıldı - FOTO
  • 9-10-2026, 09:10
    Bakıda bu istiqamətlərdə tıxac var
  • 9-10-2026, 08:53
    Azərbaycanda məmurlar 21 ildir gəlirlərini GİZLƏDİRLƏR
  • 9-10-2026, 08:51
    Yeməkdən sonra piyada gəzmək mütləqdir?
Daha çox
5-10-2026, 09:40
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
6-10-2026, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
10-10-2026, 13:05
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Dün, 17:49
Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
6-10-2026, 13:59
Misir Mərdanov müəllimlərin maaşından danışdı
6-10-2026, 15:30
Minimum əmək haqqı 450 manat ola bilər
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə