• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda mətbuatın fəaliyyəti üçün bütün imkanlar mövcuddur – Aqil Məmmədov

Cəmiyyət

20-07-2024, 19:31

Azərbaycanda mətbuatın fəaliyyəti üçün bütün imkanlar mövcuddur – Aqil Məmmədov
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərib.Bunu Dovletxeberleri nə Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib: “Milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mətbuat böyük xidmətlər göstərib. Məhz “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə mümkün olub. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb. Həmçinin mətbuatın problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib”.
Azərbaycanda mətbuatın fəaliyyəti üçün bütün imkanlar mövcuddur – Aqil Məmmədov
Deputat bildirib ki, 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalıb: “Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranıb. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanmış və qəbul olunub. Sözsüz ki, ölkəmizin tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib. Təsadüfi deyil ki, hazırda ölkəmizdə çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Sözsüz ki, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunması mühüm əhəmiyyətə malikdir. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin edib”.ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bu xüsusda Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olub. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır”.

Oxunub: 285
Paylaş:
Digər xəbərlər

Gündəm

18-07-2024, 17:05

"Prezident bu gün də informasiya savaşının önündə gedir" - Aqil Məmmədov

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 07:19
Azərbaycanlı gənc Polşada vəfat edib
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
Son xəbərlər
  • Dün, 19:27
    Rusiya və Ukrayna razılığa gəldi - Enerji atəşkəsi elan edildi
  • Dün, 19:02
    Sabah bu rayonun kəndlərində işıq olmayacaq
  • Dün, 18:59
    “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb
  • Dün, 18:56
    Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
  • Dün, 17:49
    Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
  • Dün, 07:24
    Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi
  • Dün, 07:21
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • Dün, 07:19
    Azərbaycanlı gənc Polşada vəfat edib
  • Dün, 07:15
    Çin hibrid avtomobillərin ixracını azaldır
  • Dün, 07:13
    Gözlərə də soyuq olur
  • Dün, 07:11
    Dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
  • Dün, 07:04
    Gəncəyə dördüncü raket hücumundan altı il ötür
  • Dün, 07:02
    “Barselona” “Xetafe”ni darmadağın etdi
  • Dün, 06:59
    Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
  • 10-10-2026, 20:27
    Azərbaycan cüdoçusu finalda məğlub oldu
  • 10-10-2026, 19:08
    Kadırov AZAL təyyarəsinin qəzası ilə bağlı başsağlığı verdi
  • 10-10-2026, 19:03
    Polkovnikə FHN-də yüksək vəzifə verildi
  • 10-10-2026, 19:01
    Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 10-10-2026, 13:05
    Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
  • 10-10-2026, 12:04
    Lənkərana dolu düşüb, ağaclar aşıb - VİDEO
  • 10-10-2026, 11:20
    Gürcüstanla sərhəd komissiyasının tərkibi yeniləndi – Sərəncam
  • 10-10-2026, 11:18
    BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
  • 10-10-2026, 08:37
    Panamada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi
  • 10-10-2026, 08:32
    Tramp onu mətbuat katibi təyin etdi - YENİLƏNİB
  • 10-10-2026, 08:30
    Elvin Əlizadəyə yüksək vəzifə verildi
  • 10-10-2026, 08:28
    Ronaldo ilə bağlı gözlənilməz qərar
  • 10-10-2026, 08:26
    Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə etdilər
  • 10-10-2026, 08:25
    Türkiyə Azərbaycana qarşı olanlara sərt cavab verdi - RƏSMİ
  • 9-10-2026, 15:29
    YAP Laçın rayon təşkilatında YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər müzakirə olunub
  • 9-10-2026, 11:54
    Bakıda və rayonlarda təhlükəli tapıntılar: Polis hərəkətə keçdi
  • 9-10-2026, 11:45
    Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
  • 9-10-2026, 10:09
    DİM-də kadr dəyişikliyi: Şöbə müdiri vəzifədən ayrıldı - FOTO
  • 9-10-2026, 09:10
    Bakıda bu istiqamətlərdə tıxac var
  • 9-10-2026, 08:53
    Azərbaycanda məmurlar 21 ildir gəlirlərini GİZLƏDİRLƏR
  • 9-10-2026, 08:51
    Yeməkdən sonra piyada gəzmək mütləqdir?
Daha çox
5-10-2026, 09:40
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
6-10-2026, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
10-10-2026, 13:05
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Dün, 17:49
Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
6-10-2026, 13:59
Misir Mərdanov müəllimlərin maaşından danışdı
6-10-2026, 15:30
Minimum əmək haqqı 450 manat ola bilər
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə