• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

ADY “Yüksəliş” müsabiqəsində uğurla təmsil olunur

Cəmiyyət

29-07-2024, 10:28

ADY “Yüksəliş” müsabiqəsində uğurla təmsil olunur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının marağı getdikcə artır.



Xəbər verilir ki, son 4 ildə “Yüksəliş” müsabiqəsində ümumilikdə ADY-nin 32 əməkdaşı iştirak edib. Onlardan 18 nəfər yarımfinala, 10 nəfər finala vəsiqə qazanıb. Müsabiqənin yarımfinal və final mərhələsində iştirak edən əməkdaşların karyera inkişafına dəstək göstərilib və vəzifələri artırılıb.



Bu il isə ADY-nin iki əməkdaşı – strateji inkişaf departamentinin direktoru Anar Qasımov və “ADY Express” MMC-nin baş maliyyə inzibatçısı Kamal Hüseynli finala çıxaraq müsabiqənin qalibi olub, üç əməkdaşı-maliyyə departamentinin müdiri Murad Ağaməmmədov, infrastruktur departamentinin rəis müavini Samir Həziyev və strateji inkişaf departamentinin mütəxəssisi Ayxan Məmmədli “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlib.



Ümumilikdə, “Yüksəliş” müsabiqəsinin keçirildiyi dörd il ərzində qalib gələn ADY əməkdaşlarının sayı 6-ya çatıb.



“Yüksəliş”in qalibi, qurumun strateji inkişaf departamentinin direktoru Anar Qasımov müsabiqə ilə bağlı təəssüratlarını bölüşərək bildirib ki, hazırda ölkənin dövlət sektorunda böyük əhəmiyyətə malik transformasiya prosesləri gedir: “Bu proseslər dünyada qabaqcıl hesab olunan müasir idarəetmə metodları, innovasiyalar və yaradıcı insan amilinin rolu haqqında yeni baxışa keçidi dəstəkləyir. “Yüksəliş” müsabiqəsi müasir idarəetmə metodlarını tətbiq etmək və yeni yanaşmalara nə dərəcədə uyğun gəlməyimizi sınamaq üçün möhtəşəm bir platformadı. Gənc mütəxəssislər üçün yaradılmış bu imkanlara görə ölkə başçısı Cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.



Müsabiqənin qalibi olmuş ADY-nin digər əməkdaşı Kamal Hüseynli isə bildirib ki, 2022-ci ildə “Yüksəliş”in final mərhələsinə adlasa da qalib adını 4-cü müsabiqədə qazana bilib: “Bu müsabiqədə hər bir iştirakçı üçün əzmkarlıq, səbr və stresə dayanıqlıq əsas göstəricilərdəndir. Müsabiqəyə qatılmaqda əsas məqsədim qalib olmaq və ölkənin dövlət və ya özəl sektorunun inkişafına önəmli töhfələr verən rəhbər şəxslərin mentorluğu ilə idarəçilik sahəsində zəngin təcrübə qazanmaqdır”.



Qeyd edək ki, ADY əməkdaşlarının inkişafını, yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakını təmin etmək üçün “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Flaqman” kimi proqramlar həyata keçirir. Bu proqramlar ADY-də rəhbər və qeyri-rəhbər vəzifələrdə çalışan, liderlik potensialı yüksək olan istedadları müəyyən edir, onların karyera inkişafına töhfə verir. Xüsusilə, “Flaqman” proqramı yüksək potensiallı əməkdaşların müəyyən olunması, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf proqramlarının hazırlanması, kritik vəzifələr üçün gənc davamçıların yetişdirilməsi və işçi heyətinin təqdir olunması proseslərini özündə birləşdirir.



Bundan başqa, ADY-də günümüzün tələblərindən olan, müasir, rəqəmsal öyrənmə platformasının – LMS (Learning Management System) qurulması layihəsinə başlanılıb. Platformada geniş və daim yenilənən onlayn təlim və tədris materialları regionlarda çalışan əməkdaşlar üçün də əlçatan olacaq. Eyni zamanda regiondakı əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində “Səyyar təlim vaqonu” layihəsinin icrası da planlaşdırılır.



ADY işçilər arasında məmnuniyyəti araşdırmaq üçün sorğular keçirir, təlim ehtiyaclarını müəyyən edilir. Belə ki, 2024-cü il üzrə dəmiryol ixtisası üzrə 78 adda texniki təlim ehtiyacı müəyyən edilib, onun 38-i artıq icra olunub. Təlimlərin 22-si xarici, 16-sı isə daxili resurslar hesabına təşkil olunub. Təlimlərdə ümumilikdə 749 əməkdaş iştirak edib.



Texniki təlimlərlə yanaşı, korporativ təlimlərin icrası da davam edir. 2024-cü ilin 6 ayı üzrə olan statistikaya əsasən, 2575 dinləyicinin iştirak etdiyi 145 adda təlimin 23-ü daxili, 122-si isə xarici resurslar hesabına təşkil edilib.



Qeyd edək ki, ADY-də işçilərin təlim ehtiyaclarının davamlı olaraq qarşılanması, biliyin idarə olunması, səriştəlik və təcrübə mübadilələrinin səmərəli təşkili məqsədilə Təlim və İnkişaf Mərkəzi yaradılıb. Mərkəz ADY-nın uzun müddətli kadr ehtiyyatının hazırlanmasına xidmət göstərəcək, o cümlədən qabaqcıl təcrübələri öyrənmək və tətbiq etmək baxımından regionda əhəmiyyətli platformaya çevriləcək.



ADY gələcəkdə də əməkdaşlarının karyera yüksəlişinə xidmət edən proqram və təlimləri davam etdirəcək.
ADY “Yüksəliş” müsabiqəsində uğurla təmsil olunur

Oxunub: 309
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

3-07-2023, 12:05

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşdı

Gündəm

12-06-2023, 15:14

Hikmət Hacıyev “Yüksəliş”in qalibləri ilə görüşdü

Dünya / İdman

12-05-2023, 08:27

"Avroviziya 2023": Daha 8 ölkə finala keçdi

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 07:19
Azərbaycanlı gənc Polşada vəfat edib
30-09-2026, 14:17
Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu
29-09-2026, 14:48
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
Son xəbərlər
  • Dün, 19:27
    Rusiya və Ukrayna razılığa gəldi - Enerji atəşkəsi elan edildi
  • Dün, 19:02
    Sabah bu rayonun kəndlərində işıq olmayacaq
  • Dün, 18:59
    “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb
  • Dün, 18:56
    Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
  • Dün, 17:49
    Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
  • Dün, 07:24
    Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi
  • Dün, 07:21
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • Dün, 07:19
    Azərbaycanlı gənc Polşada vəfat edib
  • Dün, 07:15
    Çin hibrid avtomobillərin ixracını azaldır
  • Dün, 07:13
    Gözlərə də soyuq olur
  • Dün, 07:11
    Dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
  • Dün, 07:04
    Gəncəyə dördüncü raket hücumundan altı il ötür
  • Dün, 07:02
    “Barselona” “Xetafe”ni darmadağın etdi
  • Dün, 06:59
    Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
  • 10-10-2026, 20:27
    Azərbaycan cüdoçusu finalda məğlub oldu
  • 10-10-2026, 19:08
    Kadırov AZAL təyyarəsinin qəzası ilə bağlı başsağlığı verdi
  • 10-10-2026, 19:03
    Polkovnikə FHN-də yüksək vəzifə verildi
  • 10-10-2026, 19:01
    Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 10-10-2026, 13:05
    Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
  • 10-10-2026, 12:04
    Lənkərana dolu düşüb, ağaclar aşıb - VİDEO
  • 10-10-2026, 11:20
    Gürcüstanla sərhəd komissiyasının tərkibi yeniləndi – Sərəncam
  • 10-10-2026, 11:18
    BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
  • 10-10-2026, 08:37
    Panamada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi
  • 10-10-2026, 08:32
    Tramp onu mətbuat katibi təyin etdi - YENİLƏNİB
  • 10-10-2026, 08:30
    Elvin Əlizadəyə yüksək vəzifə verildi
  • 10-10-2026, 08:28
    Ronaldo ilə bağlı gözlənilməz qərar
  • 10-10-2026, 08:26
    Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə etdilər
  • 10-10-2026, 08:25
    Türkiyə Azərbaycana qarşı olanlara sərt cavab verdi - RƏSMİ
  • 9-10-2026, 15:29
    YAP Laçın rayon təşkilatında YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər müzakirə olunub
  • 9-10-2026, 11:54
    Bakıda və rayonlarda təhlükəli tapıntılar: Polis hərəkətə keçdi
  • 9-10-2026, 11:45
    Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
  • 9-10-2026, 10:09
    DİM-də kadr dəyişikliyi: Şöbə müdiri vəzifədən ayrıldı - FOTO
  • 9-10-2026, 09:10
    Bakıda bu istiqamətlərdə tıxac var
  • 9-10-2026, 08:53
    Azərbaycanda məmurlar 21 ildir gəlirlərini GİZLƏDİRLƏR
  • 9-10-2026, 08:51
    Yeməkdən sonra piyada gəzmək mütləqdir?
Daha çox
5-10-2026, 09:40
ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu
6-10-2026, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
10-10-2026, 13:05
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
Dün, 17:49
Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
6-10-2026, 13:59
Misir Mərdanov müəllimlərin maaşından danışdı
6-10-2026, 15:30
Minimum əmək haqqı 450 manat ola bilər
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə