• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda hotellər COP29-a hazırdır? - Rəsmi CAVAB

Cəmiyyət

15-08-2024, 11:46

Bir neçə ay sonra ölkəmizdə COP-29 tədbiri keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.



Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.



COP29 ilə əlaqədar on minlərlə şəxsin ölkəmizə gələcəyi gözlənilir. Tədbir iqlim dəyişikliyi və onunla mübarizə səyləri haqqında daha çox öyrənmək istəyən nümayəndələr, ekspertlər, media işçiləri və sadə vətəndaşlar da daxil olmaqla çox sayda qonaqlar cəlb edəcək. Bununla əlaqədar ölkəmizdə yerləşən hotellərdə yerləşmə və təhlükəsizliklə bağlı hazırlıqlar davam etdirilir.


Dövlət Turizm Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan turizm sənayesi COP29-a gələcək xarici qonaqların qarşılanması üçün tam hazırdır:



"Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və həmin hotellərdə təkrar audit həyata keçiriləcəkdir".


Verilən məlumata görə, Agentlik tərəfindən 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılması, eləcə də tədbir müddətində hotellərə dəstək olmaq üçün 1000-ə yaxın turizm könüllüsünə təlimlərin keçirilərək onların müvafiq hotellərə təhkim olunması üzrə proseslər davam edir.Qeyd edək ki, Azərbaycanda 750-ə yaxın hotel var. "Turizm haqqında" qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir hotel fəaliyyətə başladığı altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir. İndiyə qədər 200-dən çox hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. Onların arasında beş, dörd, üç, iki və birulduzlu hotellər mövcuddur. 40-a yaxın hotelə tələbləri cavablandıra bilməsi və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.



Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bir müddət əvvəl bildirib ki, əsas hədəf COP29 kimi möhtəşəm beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkilində hotelçilik sənayesinin rolunun gücləndirilməsidir. "COP29 çərçivəsində gələcək ziyarətçilərin mərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlayn rezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələri günün tələbləri səviyyəsindədir".



Məlumata görə, ölkənin müxtəlif regionlarını özündə cəmləşdirən və ekoturizm (qoruqlar, milli parklar), təbiətdə istirahət, ekstremal idman növləri ilə tanışlıq təklif edən 16 yeni turizm marşrutu hazırlanır. Bu marşrutlar bir çox COP29 iştirakçılarının konfrans həftələri arasında keçirəcəyi boş vaxtdan maksimum yararlanması üçün nəzərdə tutulub.


Turizm eksperti Rəhman Quliyev deyir ki, Azərbaycan indiyə qədər istər paytaxtda, istər regionlarda, istərsə də Şuşa və Qarabağda bir böyük tədbirlərə ev sahibliyi edib. Bunlardan ən böyüyü isə noyabrda keçiriləcək COP-29 beynəlxalq tədbiridir:


“Ölkə olaraq bu kimi tədbirlərin keçirilməsində böyük təcrübəmiz var. Burada hansısa çətinliklə üzləşəcəyimizi düşünmürəm. Yerləşmə yeri, qonaqların qarşılanması və tədbirin keçirilməsi prosesində heç bir problemimiz yoxdur. Ölkə olaraq tədbirin keçirilməsinə tam hazırıq”.


Onun sözlərinə görə, belə tədbirin ölkəmizdə keçirilməsi bütün dünyanın gözlərini ölkəmizə çevirəcək:


“Bu Azərbaycan üçün böyük reklamdır. Bu tədbir Azərbaycanın nüfuzlu ölkə olmasının bariz nümunəsidir. Belə tədbirin ölkəmizdə keçirilməsinə rəy verən ali qurumlar da Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunub saxlanmasını, heç bir dövlətdən asılı olmadan müstəqil siyasət yürütdüyünü əsas gətirərək bu qərarı veriblər. Hesab edirəm ki, bunların ən önəmlisi ölkəmizdə ictimai asayişin qorunub saxlanmasıdır. Noyabrda keçiriləcək tədbirdə 100 minə iştirakçı gözlənilir. Bu tədbirin tam təhlükəsiz keçirilməsi dünya dövlətləri üçün çox önəmlidir. Bir çox dünya dövlətlərinin ali qurumları və başçıları da burada iştirak edəcək. Bu baxımdan bu tədbir olduqca vacibdir”.



Turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, həcmi, gələn qonaqların sayı daha çox olduğu üçün COP29-a çox ciddi hazırlıqlar gedir:



"Yollar, dövlət təşkilatlarının və hotellərin fəaliyyəti ilə bağlı koordinasioyalı işlər aparılır. Dövlət Turizm Agentliyi bir neçə hotellərdə satışın koordinasiyalı şəkildə həyata keçirilməsinə çalışır ki, gələn qonaqlarda hansısa sual yaranmasın. Tədbirlə əlaqədar bir sıra dövlət rəsmiləri, alimlər, qeyri hökumət təşkilatlarının rəhbərlərinin bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlməsi gözlənilir. Hotellərdə də bununla bağlı hazırlıqlar görülür. Dövlət tərəfindən də müəyyən iş günlərində dəyişikliklər həyata keçirildi. Şəhər mərkəzində olan iş yerlərində də proseslərin distant şəkildə aprılması nəzərdə tutulur ki, tədbir daha rahat keçirilə bilsin. Hotellər də bununla bağlı satışlarını həyata keçirir və hazırlıqlarını görürlər”.

Oxunub: 206
Paylaş:
Digər xəbərlər

Gündəm

24-05-2024, 10:46

Yaponiyanın Baş naziri COP29-a dəvət olundu

Gündəm

28-06-2024, 10:16

BMT-nin Baş katibi COP29-da iştirak edəcək

Gündəm

27-04-2024, 08:48

Mərakeş Kralı COP29-a dəvət edildi

Gündəm

7-08-2024, 11:14

Noyabrda bu dövlət orqanlarında iş rejimi dəyişəcək - Siyahı

Gündəm

13-01-2024, 13:49

Prezident COP29-la bağlı Təşkilat Komitəsi yaratdı - SİYAHI

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 10:11
Rusiyada azərbaycanlı sürücü piyadanı öldürüb
Dün, 09:24
Bərdədə avtomobil piyadanı vurub
11-10-2026, 07:19
Azərbaycanlı gənc Polşada vəfat edib
Son xəbərlər
  • Dün, 19:19
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir. 12.10.2026
  • Dün, 16:48
    Çinin xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dün, 16:13
    Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
  • Dün, 16:11
    Laos Prezidenti Azərbaycana rəsmi səfər edib
  • Dün, 14:53
    Prezident və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dün, 14:34
    Kamboca Baş naziri Ümummilli liderin məzarını ziyarət edib
  • Dün, 11:29
    DYP sürücülərə xəbərdarlıq etdi
  • Dün, 11:18
    Direktor məktəbdəki tələbləri izah etdi: dar geyim, qısa ətək, makiyaj olmaz!
  • Dün, 10:57
    Bakıya gələn təyyarələr PUA hücumuna görə ləğv olundu
  • Dün, 10:33
    Azad edilmiş ərazilərdə daha 361 mina aşkarlandı
  • Dün, 10:26
    İlham Əliyev Baş naziri qarşıladı
  • Dün, 10:13
    “ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub
  • Dün, 10:11
    Rusiyada azərbaycanlı sürücü piyadanı öldürüb
  • Dün, 09:57
    "Sabah" Çempionlar Liqasında növbəti oyuna çıxır
  • Dün, 09:40
    Moskvaya səfərləri təxirə salındı
  • Dün, 09:29
    Ukraynada çevrilişi bu ölkələr edib - Volodin adlar çəkdi
  • Dün, 09:24
    Bərdədə avtomobil piyadanı vurub
  • Dün, 09:13
    Kredit faizləri ilə bağlı mühüm dəyişiklik – VİDEO
  • Dün, 09:05
    Dünya bazarında qızılın qiyməti artıb
  • Dün, 09:03
    Azərbaycanda “TikTok” və “Instagram”a girişdə problem yaranıb
  • Dün, 09:00
    Trampın nümayəndələri Moskvaya səfəri təxirə saldılar - SƏBƏB
  • Dün, 08:56
    Bu yollarda tıxac var
  • 11-10-2026, 19:27
    Rusiya və Ukrayna razılığa gəldi - Enerji atəşkəsi elan edildi
  • 11-10-2026, 19:02
    Sabah bu rayonun kəndlərində işıq olmayacaq
  • 11-10-2026, 18:59
    “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb
  • 11-10-2026, 18:56
    Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
  • 11-10-2026, 17:49
    Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
  • 11-10-2026, 17:49
    Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
  • 11-10-2026, 07:24
    Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi
  • 11-10-2026, 07:21
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • 11-10-2026, 07:19
    Azərbaycanlı gənc Polşada vəfat edib
  • 11-10-2026, 07:15
    Çin hibrid avtomobillərin ixracını azaldır
  • 11-10-2026, 07:13
    Gözlərə də soyuq olur
  • 11-10-2026, 07:11
    Dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
  • 11-10-2026, 07:04
    Gəncəyə dördüncü raket hücumundan altı il ötür
Daha çox
6-10-2026, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
10-10-2026, 13:05
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
11-10-2026, 17:49
Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
Dün, 11:18
Direktor məktəbdəki tələbləri izah etdi: dar geyim, qısa ətək, makiyaj olmaz!
6-10-2026, 13:59
Misir Mərdanov müəllimlərin maaşından danışdı
Dün, 11:29
DYP sürücülərə xəbərdarlıq etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə