• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Gündəm

Dün, 14:53

Prezident və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBOktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

Xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin

bəyanatı

-Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Baş nazir, Sizi bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, səfəriniz çox səmərəli və Sizin üçün xoş olacaqdır.

Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz və qarşıdakı günlərdə AQEM-in Zirvə görüşündə də iştirak edəcəksiniz. Sizin bu tədbirdə şəxsən iştirakınız bizim üçün böyük şərəfdir.

Həmçinin 12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq.

Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.

Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq.

Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək.

Ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir. Lakin bir daha əminliyimi ifadə edirəm ki, Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Biz, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.

Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır. Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək.

Nəqliyyat və rəqəmsal transformasiya da müzakirə etdiyimiz və prioritet hesab olunan sahələrdəndir.

Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.

Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bundan başqa, Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu da Asiyanın, Cənub-Şərqi Asiyanın Azərbaycan üçün əhəmiyyət daşıdığını və xarici siyasətimizin prioritetlərindən biri olduğunu göstərir.

Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır.

Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.

Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir.

Cənab Baş nazir, Sizi bir daha salamlayıram. Bilirəm ki, Sizin çox zəngin səfər proqramınız var. Əminəm ki, həm rəsmi səfəriniz, həm də Zirvə görüşü çərçivəsində Azərbaycanda keçirdiyiniz vaxt Sizin üçün xoş olacaqdır. Eyni zamanda, ümid edirəm ki, ölkəmizi daha yaxından tanımaq üçün də vaxtınız olacaq. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Kambocanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Hun Manetin

bəyanatı

-Təşəkkür edirəm, cənab Prezident.

İlk növbədə, nümayəndə heyətimiz adından göstərilən səmimi qonaqpərvərliyə, həmçinin AQEM-in Bakıda keçiriləcək Zirvə görüşündə iştirak etmək və bu gün Azərbaycana rəsmi səfərə gəlmək üçün dəvətə görə minnətdarlığımı bildirmək istərdim.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bundan əvvəl görüşümüz oldu. Biz ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə fəaliyyət göstərə biləcəyimiz geniş məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bundan əlavə, ticarət, təhsil və digər perspektivli sahələrdə gələcək əməkdaşlığımız üçün zəmin yaradan üç saziş imzaladıq.

Cənab Prezidentlə razıyam ki, ölkələrimiz arasında kommersiya və ticarət əlaqələri, həmçinin digər sahələrdə münasibətlər hələlik məhdud səviyyədədir. Ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir.

Əminəm ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik.

Çoxtərəfli müstəvidə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliyimizə sadiqliyimizi bir daha təsdiqlədik. Kamboca əvvəllər də Azərbaycanın ASEAN-da müşahidəçi statusu əldə etmək və ASEAN ölkələri ilə əlaqələrini inkişaf etdirmək səylərini dəstəkləmişdir.

Hesab edirəm ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir.

Digər məsələlərə gəldikdə isə düşünürəm ki, cənab Prezident müzakirə etdiyimiz bütün mövzuları ətraflı əhatə etdi. Növbəti addım müzakirə etdiyimiz məsələlərin konkret tədbirlərə çevrilməsi, onların praktikada həyata keçirilməsi və real nəticələrin əldə olunması üçün birgə fəaliyyət yollarını müəyyənləşdirməkdir.

Bu gün günortadan sonra Azərbaycanın özəl sektorunun nümayəndələri ilə görüşmək imkanım olacaq. Biz, həmçinin Azərbaycanın işgüzar nümayəndə heyətini mövcud imkanları araşdırmaq üçün Kambocaya dəvət edəcəyik. Hesab edirəm ki, özəl sektorlar arasında birbaşa əlaqələrin qurulması real imkanların təşviqi və investisiya əməkdaşlığı üçün konkret perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

Biz, həmçinin ölkələrimizin mülki aviasiya qurumlarının nümayəndələri arasında görüşün keçirilməsi və nəqliyyat bağlantılarının genişləndirilməsinə şərait yaradacaq hava əlaqələri haqqında sazişin imzalanması imkanlarını müzakirə etdik. Düşünürəm ki, müzakirələrimizin əsas məğzi bunlardan ibarətdir.

Cənab Prezident, dəvətinizə görə Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm. Kamboca xalqı adından Azərbaycan Hökumətinə ölkəmizə ötən illər ərzində göstərdiyi dəstəyə, xüsusilə təhsil sahəsində ayırdığı təqaüdlərə görə təşəkkür etmək istərdim. Ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə digər sahələri də əhatə edəcəkdir.

Sonda Əlahəzrət Kral Norodom Sihamoninin Zati-alinizə Kambocaya səfər etmək dəvətini çatdırmaq istərdim. İnanıram ki, bu səfər ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı daha geniş müzakirələr aparmaq üçün imkan yaradacaqdır. Eyni zamanda, qarşıdakı günlərdə keçiriləcək AQEM-in Zirvə görüşündə sədrliyinizdə Sizə uğurlar arzulayıram.

Təşəkkür edirəm.

12:05

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də mətbuata bəyanatlarla çıxış ediblər.




Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

10-04-2025, 09:01

Prezidentin ADA-dakı çıxışının TAM MƏTNİ

Gündəm

27-08-2025, 10:13

İlham Əliyev müsahibə verdi - TAM MƏTN

Cəmiyyət

10-04-2026, 09:35

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı - Rektorla MÜSAHİBƏ

Gündəm

20-09-2024, 15:20

Prezidentin Qarabağ Universitetindəki çıxışının TAM MƏTNİ

Gündəm

12-08-2026, 09:06

Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 10:11
Rusiyada azərbaycanlı sürücü piyadanı öldürüb
Dün, 09:24
Bərdədə avtomobil piyadanı vurub
11-10-2026, 07:19
Azərbaycanlı gənc Polşada vəfat edib
Son xəbərlər
  • Dün, 19:19
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir. 12.10.2026
  • Dün, 16:48
    Çinin xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dün, 16:13
    Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
  • Dün, 16:11
    Laos Prezidenti Azərbaycana rəsmi səfər edib
  • Dün, 14:53
    Prezident və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • Dün, 14:34
    Kamboca Baş naziri Ümummilli liderin məzarını ziyarət edib
  • Dün, 11:29
    DYP sürücülərə xəbərdarlıq etdi
  • Dün, 11:18
    Direktor məktəbdəki tələbləri izah etdi: dar geyim, qısa ətək, makiyaj olmaz!
  • Dün, 10:57
    Bakıya gələn təyyarələr PUA hücumuna görə ləğv olundu
  • Dün, 10:33
    Azad edilmiş ərazilərdə daha 361 mina aşkarlandı
  • Dün, 10:26
    İlham Əliyev Baş naziri qarşıladı
  • Dün, 10:13
    “ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub
  • Dün, 10:11
    Rusiyada azərbaycanlı sürücü piyadanı öldürüb
  • Dün, 09:57
    "Sabah" Çempionlar Liqasında növbəti oyuna çıxır
  • Dün, 09:40
    Moskvaya səfərləri təxirə salındı
  • Dün, 09:29
    Ukraynada çevrilişi bu ölkələr edib - Volodin adlar çəkdi
  • Dün, 09:24
    Bərdədə avtomobil piyadanı vurub
  • Dün, 09:13
    Kredit faizləri ilə bağlı mühüm dəyişiklik – VİDEO
  • Dün, 09:05
    Dünya bazarında qızılın qiyməti artıb
  • Dün, 09:03
    Azərbaycanda “TikTok” və “Instagram”a girişdə problem yaranıb
  • Dün, 09:00
    Trampın nümayəndələri Moskvaya səfəri təxirə saldılar - SƏBƏB
  • Dün, 08:56
    Bu yollarda tıxac var
  • 11-10-2026, 19:27
    Rusiya və Ukrayna razılığa gəldi - Enerji atəşkəsi elan edildi
  • 11-10-2026, 19:02
    Sabah bu rayonun kəndlərində işıq olmayacaq
  • 11-10-2026, 18:59
    “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb
  • 11-10-2026, 18:56
    Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
  • 11-10-2026, 17:49
    Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
  • 11-10-2026, 17:49
    Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
  • 11-10-2026, 07:24
    Yanğında həlak olan Könül Vəlibəylinin qızı kömək istədi
  • 11-10-2026, 07:21
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • 11-10-2026, 07:19
    Azərbaycanlı gənc Polşada vəfat edib
  • 11-10-2026, 07:15
    Çin hibrid avtomobillərin ixracını azaldır
  • 11-10-2026, 07:13
    Gözlərə də soyuq olur
  • 11-10-2026, 07:11
    Dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
  • 11-10-2026, 07:04
    Gəncəyə dördüncü raket hücumundan altı il ötür
Daha çox
6-10-2026, 16:25
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi şəhərində keçirilmişdir. 06.10.2026
10-10-2026, 13:05
Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir
11-10-2026, 17:49
Şəhid Ədalət Həsən oğlu Məmmədovun anım günü tədbiri keçirilib
Dün, 11:18
Direktor məktəbdəki tələbləri izah etdi: dar geyim, qısa ətək, makiyaj olmaz!
6-10-2026, 13:59
Misir Mərdanov müəllimlərin maaşından danışdı
Dün, 11:29
DYP sürücülərə xəbərdarlıq etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə