• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şah İsmayıla məktub – Ləman Ələşrəfqızı yazır

Cəmiyyət

5-03-2020, 22:16

Salam olsun adına, ey Səfəvi hökmdarı.

Salamdan sonra bizimlə maraqlanmaq istəsən, biz param-parçayıq. Yəni millət olaraq, dövlət olaraq sənin qoyub getdiyin yerdə deyilik. O sən idin dövlətinin sərhədlərini Şeybani xanın özbək dövlətindən ta Osmanlıya qədər genişləndirmişdin. Əsrlər, qərinələr keçdi, sərhədlərimiz daraldı. İndi o doğma Ərdəbil, şahlıq taxtında oturduğun o gözəl Təbriz bizim deyil. Ov ovladığın, quş quşladığın Qarabağ düzü və cümlə Dağlıq Qarabağ mahalı da 30 ildir ermənidədir. Yadıma Karl Marksın sənin haqqında dediyi fikirlər düşür: “Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi” yazırdı Karl Marks.

Sən o kişini tanımazsan, şahım! O 19-cu əsrin alman filosofu, siyasətçisi, iqtisadçısı, yazıçısı idi. Dünyaya sübut etmişdi ki, istənilən dövlət, həm müasir, həm də qədim dövlətlər hər zaman böyük iqtisadi gücə sahib olan kapitalistlərin tərəfində olub və olacaqdır. Başqa sözlə, “dövlət rəsmiləri müxtəlif yollarla varlıları, iqtisadi gücləri qorumağa cəhd edir və onları dəstəkləyir” deyirdi. Kişi dediklərini əsaslandıra da bilmişdi. Məsələn, Sənaye İnqilabından az əvvəl Qərbi Avropada kəndlilər əhalinin böyük əksəriyyətini təşkil edirmiş və təbii olaraq da sənayeni üstələyirmiş.

Lakin 18-ci əsrin əvvəllərindən etibarən başlayan inqilabi kəşflər Sənaye İnqilabına səbəb oldu. Zəngin kapitalistlər böyük zavodlara, fabriklərə sahibləndilər. Amma bir ciddi problem var idi; işçi qüvvəsi çatışmazlığı. Bəs nə etməli? Aha, tapıldı! Kəndlini torpaqdan məhrum etmək! Qəbul edilən yeni qanunlarla kəndlilərin torpaqları kapitalistlərə verildi. Bu, açıq-aşkar oğurluq idi və bunu törədənlər dövlətlə əlbir işləyən kapitalistlər idi. Onlara heç bir cəza kəsilmədi.

Əlbəttə, zamanının ən qüdrətli şahı kimi bu kimi məsələləri bilməmiş deyilsən. Mən sadəcə, Marksı sənə tanıtmaq üçün bu qədər dərinə getdim. O adamı ki, səni bizə həm də o tanıtmışdı. 14 ildə 14 əyalət fəth edən hökmdar kimi. Deyirəm sağ olsaydın, görəsən, itirdiklərimizi qaytara bilərdinmi?


Şah İsmayıla məktub – Ləman Ələşrəfqızı yazır


Soruşa bilərsən ki, bu nə məktubdur mənə yazırsan? Heç nə. Bekarçılıqdan. Bilə-bilə ki, yazdıqlarıma heç dirilərdən cavab gəlmir, amma yenə yazıram. Məhz Sənə məktub yazmaq isə ağlıma da gəlməzdi, şahım. Əgər Bakıdakı heykəlinin yeri dəyişdirilməsəydi. Bəli, Bakı yadındadır. 1501-ci ilin baharında sən bizim bu gözəl şəhəri uzun çəkməyən mühasirədən sonra əldə etmiş, almışdın. Ona görə almışdın ki, həmin ilin payızında paytaxtı Təbriz olan Səfəvilər dövlətini yaradasan. Biz də bunu dəyərləndirib əsrlər sonra sənə Bakıda bir heykəl qoyduq. Nə at üstündə, nə də qılıncın əlində. Qılıncın qınında, əlini başına qoyub qayğılı-qayğılı oturmusan. Sanki yüz illərdir bu millətin dərdini çəkirmişsən kimi. Kim bilir? Bəlkə də çəkirsən. Amma bu millətin dərdi çəkməklə bitəndi ki?!..

Nə isə.. heykəlin iki magistral yolun ortasında qərarlaşdığı, bununla da tıxaca səbəb olması üzündən bu günlərdə götürülüb başqa bir uyğun yerə qoyuldu. Prinsipcə narahatlıq yoxdur, hətta dövlət başçısı özü də sənin ziyarətinə gəlib, ətrafında təzə park da salınıb. Üstəgəl, mart ayıdır, ardınca aprel, may gəlir! Yəni, əsl sənin “Dəhnamə”ndəki mənzərədir. “Qış bitdi, yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi.”

Ümid edirəm ki, bu yerdəyişmədən narazı qalmamısan. Üstəgəl, ruh deyilən bir anlayış varsa, ruhun da bunu duyub. Əslində, bu məktubu da müqəddəs ruhunla söhbət say. Cavabın olarsa, lütfən yuxuma gəl. Mən yuxulara da, ruhlara da çox inanıram. Gəlsən, sənə çox mətləbləri yuxuda danışacam. Çünki aşkarda danışmaq olmur. Çuğullar düzü-dünyanı bürüyüb. Yaşamaq çətindir şahım, çox çətindir. Sən bu Ağqoyunlu törəmələrini hələ yaxşı tanımırsan. Onlar sənin dayın Uzun Həsənin soyundan bilmirəm nəyi əxz ediblər? Amma bu yaxınlarda iştirakçısı olduğum seçki oyunundan sonra anladım ki, Ağ olan heç nə! Halal olan heç nə! Hətta mən onlara halala haram qatmayın! – deyə sənin bizə miras qoyduğun dəyərləri də xatırlatdım. Necə deyirdin?

Sufi isən, alıb-satma,

Halalına haram qatma,

Yolun əyrisinə getmə,

Doğru yola nəzər eylə

Etmədilər, Şahım! Halala haram qatdılar! Bu haqda sənə başqa bir vaxt, başqa bir məktubumda yazaram. Amma sağollaşmadan qabaq bir sirr də açım sənə. Sənin anan, Ağqoyunlu hökmdarının qızı Aləmşah bəyimin adını mən ilk dəfə bilirsən nə vaxt eşitmişdim? Lap balaca olanda. Kəndimizdə bir montyor vardı. Adı Aləmşah idi. Hər gün içkili, hər gün sərxoş. Hamı onu Alik çağırırdı… Sonradan Aləmşah Bəyim haqqında oxuyanda, sinəmdən az qala bir fəryad qopmuşdu: “Allahım, Aləmlərin şahı nə qadınlarımız olub bizim?! – deyə. Allahım, biz hardan-hara gəldik?!- deyə.

Ləman Ələşrəfqızı xüsusi olaraq, gununsesi.org

Xəbərnur

Oxunub: 817
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-02-2020, 16:05

Mehriban qızısan sən bu vətənin

Siyasət

22-02-2020, 11:43

Dağlıq-Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur

Gündəm

17-02-2020, 17:38

Mirşahin Ləman Ələşrəfqızı ilə yollarını ayırdı

Siyasət

16-02-2020, 13:21

Prezident İlham Əliyev: "Ərazi bütövlüyümüz bərpa edilməlidir"

Gündəm

15-02-2020, 09:43

Deputatlığa namizəd Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazdı: "Qoy Ədalət zəfər çalsın!"

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Bugün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • Dün, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • Dün, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • Dün, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
  • 10-06-2026, 07:02
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
  • 9-06-2026, 14:30
    Kollecə yeni direktor təyin olundu
  • 9-06-2026, 14:26
    Macarıstanda Nazir və deputatların maaşı iki dəfə azaldıldı
  • 9-06-2026, 11:42
    Azərbaycanın dövlət borcu nə qədərdir? - AÇIQLANDI
  • 8-06-2026, 15:37
    Şuşadakı abidələrin köçürülməsi və korlanması qadağan edilir
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
Dün, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Dün, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə