Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar paylaşım edib.
xebernur.com xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı tvitter hesabında yazıb.
“30 il əvvəl Xocalıda dünyanın gözü qarşısında baş verən vəhşiliyi unutmadıq və unudulmasına da imkan verməyəcəyik! Azərbaycanın kədəri bizim kədərimizdir” - deyə paylaşımda qeyd olunub.