“Dualarını bizdən əsirgəməyən azərbaycanlı qardaşlarıma da bu vəsilə ilə salam və sevgilərimi çatdırıram”.
Xəbər verilir ki, Çavuşoğlu ona şəfa diləklərini yetirdiyi üçün Azərbaycan XİN başçısına təşəkkürünü çatdırıb.
Qeyd edək ki, ötən gün Mövlud Çavuşoğlunun koronavirus testi pozitiv çıxıb, onun Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.