• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Gənclərimiz qürur mənbəyimizdir

Gündəm

2-02-2023, 09:19

Gənclərimiz qürur mənbəyimizdir
Bu gün Gənclər günüdür. Dövlət tərəfindən rəsmən elan edilmiş bu tarix ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə qayıdışından az sonra, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1995-ci ildən onun təşəbbüsü ilə hər il Gənclər Forumunun keçirilməsi və daha sonra 1997-ci ildə Gənclər gününün təsis edilməsi Heydər Əliyev siyasətində gəncliyin potensialına dərin inamdan xəbər verirdi. Atdığı addımlarla Heydər Əliyev həmin illərdə ölkə qarşısında sülh və müharibə ilə bağlı duran ən ümdə məsələləri həll etməklə yanaşı eyni zamanda bir neçə onilliklər sonra cəmiyyətin hansı dünyagörüşü və düşüncə sahibləri tərəfindən istiqamətləndiriləcəyi haqqında düşünməklə zamanı qabaqlayırdı.


Heydər Əliyev öz çıxışlarından birində gənclərə ölkənin taleyi ilə bağlı daşımalı olduqları missiyanı belə ifadə etmişdi: “…Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.” 2002-ci ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Gənclər siyasəti haqqında” Qanun ölkədə aparılacaq gənclər siyasətinin məqsəd və prinsiplərini, gəncliyin fəaliyyət və inkişaf istiqamətlərini müəyyən etmək baxımından uzun illərə hesablanmış fəaliyyət proqramı idi. Bu proqramı daha sonrakı illərdə böyük uğurlarla həyata keçirən Prezident İlham Əliyevin də fəaliyyətində gəncliyə verilən yer və rol dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi uğurla davam etdirildi.


Gənclərin təşkilatlanması ilə yanaşı onların təhsil imkanlarının da genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan gənclərinin dövlət hesabına xarici ölkələrdə təhsil alması təmin olundu. Bu məqsədlə qəbul olunmuş Dövlət proqramlarının icrası nəticəsində 5 mindən çox Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil alaraq milli iqtisadiyyatımızın, təhsilimizin və səhiyyəmizin müasir standartlar əsasında yenidən qurulması işlərinə cəlb olundu. Davamlı olaraq həyata keçirilən islahatlar silsiləsinin hərəkətverici qüvvəsinə çevrilən Azərbaycan gəncliyi tədricən ölkə həyatının bütün istiqamətlərində aparıcı mövqeyə sahib oldu. Qabaqcıl təhsil göstəricilərinə, müasir dünyagörüşünə və kreativ düşüncə qabiliyyətinə yiyələnmiş gənclik ictimai-siyasi həyatın ön cərgəsinə çıxdı və xalqın taleyüklü problemlərinin həllində öz inamlı addımlarını atmağa başladı.


Bu gün Azərbaycanı “Gənclər ölkəsi” adlandırmaq olar. Çünki bizim gənclərimiz bir sıra ölkələrdə olduğu kimi, qazanc əldə etmək və social ehtiyaclarını ödəmək üçün xarici ölkələrə üz tutmur. Əksinə, dövlətin apardığı gənclər siyasəti sayəsində xarici ölkələrdə qazandıqları bilik və bacarıqları, peşə vərdişlərini öz ölkəmizdə tətbiq etməklə xalqımız üçün yeni və firavan həyat yaradırlar. Müasir Azərbaycan cəmiyyətinin pozitiv obrazı məhz gənclərimizlə bağlıdır. Həyatımızın hər günü gənclərimizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə gözəlləşir.
Şübhəsiz ki, Azərbaycan gəncliyinin ən böyük uğuru 30 il ərzində düşmən əsarətində qalmış torpaqlarımızın işğaldan azad olunması idi. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, yüksək vətənpərvərlik ruhunda yetişmiş gənclik Azərbaycan xalqı qarşısında öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi. Bu şərəfli missiyanın həyata keçirilməsi üçün gənclərimiz həyatını belə əsirgəmədi, öz canları və qanları bahasına gələcək nəsillərin qalib və müzəffər xalq kimi yaşamlarını təmin etdilər, gəncliyin gələcək nəsilləri üçün əbədi bir qəhrəmanlıq örnəyi yaratdılar. Xalqımız onların adlarını özünün Zəfər tarixinə qızıl hərflərlə yazdı və bu adlar əbədiyyətə qədər yaşayacaq.


Bu gün ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatın bütün sahələrində gənclərin ön sırada olduğunu görmək qürurvericidir. Dövlət idarəçiliyinin demək olar ki, bütün istiqamətlərində, eləcə də beynəlxalq təşkilatlarda ölkəmizin təmsilçilik missiyasını məhz gənclər yerinə yetirir və bütün sahələrdə yeni -yeni uğurlara imza atırlar. Bütün bu uğurların mənbəyi isə dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin məharətlə inkişaf etdirdiyi uzaqgörən gənclər siyasətindədir.


Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Oxunub: 290
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-02-2023, 06:34

Cəmiyyətin dinamik və aparıcı güvvəsi olan Azərbaycan gəncliyi!

Gündəm

18-06-2022, 06:09

Heydər Əliyevin görmək istədiyi Azərbaycan... - Millət vəkilinin yazısı

Siyasət

14-06-2022, 09:22

Müasir Azərbaycan dövlətinin qurucusu

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
Hadisə
Dün, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Dün, 09:31
Gəncədə iki nəfər bıçaqlandı
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
Son xəbərlər
  • Dün, 17:54
    Yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşkil edilib
  • Dün, 17:05
    Dünyanın ən yaxşı qadın tennisçisi məlum oldu - SİYAHI
  • Dün, 17:02
    Mario Çavesə AZAL-da vəzifə verildi
  • Dün, 16:59
    ABŞ səfirliyinin rəsmisi Xankəndi səfərindən yazdı
  • Dün, 16:51
    Bəzi ixtisaslarda bakalavr təhsili 3 il olacaq - Nazir
  • Dün, 16:42
    Abşeronun bu hissəsində içməli su xətləri kanalizasiya sistemi ilə qarışıb? - Açıqlama
  • Dün, 16:36
    Millimiz AÇ-yə bu heyətlə gedəcək
  • Dün, 16:12
    Şagird avtobusları olacaq? - Nazir açıqladı
  • Dün, 15:45
    Müəllimlər vahid geyim formasına keçirlər - Nazir açıqladı
  • Dün, 15:37
    Azərbaycanda bu müəllimlərə əlavə pul ödənildi
  • Dün, 15:28
    Bu il 2,2 milyon nəfər təhsil alacaq - Rəsmi
  • Dün, 15:21
    Həmin sertifikatı Prezidentə təqdim etdi
  • Dün, 14:28
    Hakan Fidan sabah Azərbaycana gəlir
  • Dün, 14:18
    Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR - vaxt qısalır
  • Dün, 14:13
    Bakı vağzalında sərnişinlər üçün yeni dəyişiklik
  • Dün, 14:07
    Trampın oğlu Qafqaza gəlir - 70 mərtəbəli bina tikəcək
  • Dün, 13:45
    Bərdədə xəstəxananın həyətində doğuş oldu
  • Dün, 13:42
    Dünya Bankında işləyib - Sahil Babayevin müşaviri oldu
  • Dün, 13:39
    Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş sentyabr döyüşlərinin 4 ili tamam olur.
  • Dün, 12:03
    Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
  • Dün, 11:11
    Zelenski Baş prokurorun istefasını tələb etdi
  • Dün, 10:56
    Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
  • Dün, 10:50
    Əli Nağıyev Çinə getdi
  • Dün, 10:32
    600-dən çox bal toplayıb, kəsilənlər universitetə qəbul edilsin – DEPUTAT
  • Dün, 10:31
    Bakı metrosunda hərəkəti dayandıran səbəb açıqlandı – YENİLƏNİB
  • Dün, 10:28
    İranın vitse-prezidenti bu ölkəyə buraxılmadı
  • Dün, 10:19
    Məcnun Məmmədov Fuad Əliyevə vəzifə verdi
  • Dün, 10:15
    Mərkəzi Bankda yeni şöbə yaradıldı, departamentin adı dəyişdiMərkəzi Bankda yeni şöbə yaradıldı, departamentin adı dəyişdi
  • Dün, 10:07
    Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
  • Dün, 09:59
    Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
  • Dün, 09:59
    Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
  • Dün, 09:53
    Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
  • Dün, 09:51
    FHN ötən həftə 41 nəfəri xilas edib - 8-i azyaşlıdır
  • Dün, 09:47
    Qaradağda şəhid Sadiq Əzizlinin xatirəsi anılıb
  • Dün, 09:43
    Uşaqları məktəbə aparanlara XƏBƏRDARLIQ
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
Dün, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə