
Şirvan şəhərində yerləşən Mərhəmət uşaq sığınacağını öz komandamızla ziyarət edib, vəziyyətləri ilə maraqlandıq. Uşaqların problemləri çoxdur. Sığınacağın rəhbəri Ülviyyə Şahbazovanın sözlərinə görə uşaqlara geyim, ərzaq, yuyucu vasitələr və təmizlik vasitələri daha çox lazım olur. Hazırda sığınacaqda 17 uşaq var onların ən balacasının 1 yaşı, ən böyük olanın 16 yaşı var. Sığınacağın kirayə haqqı 450 manatdır, eyni zamanda komunal puluda var. Ülviyyə xanım artıq ödənişlərdə çox çətinlik çekir. İmkanı olan insanlardan çox xahiş edirik, dövlət maliyyələşdirənə qədər sizlərdə maddi köməklik edəsiniz... Xəbərnur.com komandası olaraq başda Nura Gözəlova olmaqla Ülviyyə xanıma öz minnətdarlığımızı bildiririk ki, belə sığınacaq açaraq, uşaqların sevgisini qazanıb. Uşaqlar isə Ülviyyə xanıma ana, bacı deyə müraciət edirlər. Allah tutduğunuz bu yolda, sizləri azdırmasın.
Ülviyyə xanımın əlaqə nömrəsini sizlər üçün qeyd edirik kömək etmək istəyən bu nömrə ilə əlaqə saxlasınlar...
+994 55 415 23 15