• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Körpələrin başını qırxıb spirt vurur, sonra yandırıb tamaşa edirdilər” - Bakıdakı sığınacaq barədə ŞOK İDDİA

Cəmiyyət

3-06-2022, 19:01

“Körpələrin başını qırxıb spirt vurur, sonra yandırıb tamaşa edirdilər” - Bakıdakı sığınacaq barədə ŞOK İDDİA"Sevgi Evi" qadın və uşaq sığınacağı barədə şikayət edən xanım hər kəsi təəccübləndirən iddialar səsləndirib.

xebernur.com xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı yayılan məlumatı yerində araşdırmaq məqsədilə Sabunçu rayonu, Yavər Əliyev küçəsi 31 ünvanında fəaliyyət göstərən "Sevgi Evi" qadın və uşaq sığınacağına yollanıb.

Sığınacağın təşkilatçısı Könül Qasımova bildirib ki, mətbuatda yayılan məlumat həqiqəti əks etdirmir. O, prokurorluğun yaydığı rəsmi məlumatda da "Sevgi Evi" qadın və uşaq sığınacağının adının çəkilmədiyini qeyd edib. Amma K.Qasımova sığınacaqda dövlət qurumları tərəfindən monitorinqin keçirildiyini təsdiqləyib. Bildirib ki, dövlət qurumları tərəfindən monitorinq keçirilsə də, burada hansısa uşağa zorakılıq, fiziki və psixoloji təzyiqin göstərildiyindən söhbət gedə bilməz:

"Biz bu sığınacağı ona görə açmışıq ki, kimsəsiz, zorakılığa məruz qalmış uşaqlara dəstək olaq. Uşaqları buraya gətirmirik ki, onlara işgəncə verək. Biz o uşaqları gətiririk ki, burada onların başına sığal çəkək, qayğı göstərək. Gətirmirik ki, onlara şiddət göstərək. Bu barədə iddialar kökündən yanlışdır. Bu bizim sığınacağı gözdən salmaq məqsədi daşıyır".

K.Qasımova bildirib ki, sığınacağa uşaqlarla yanaşı, qadınlar da cəlb olunur:

"Ərazi üzrə polis orqanları küçədə aşkarladıqları kimsəsiz və köməksiz qalan uşaqları bizə istiqamətləndirir. Həmçinin, "Space" telekanalına müxtəlif problemlərlə üz tutan qadınlar, uşaqlar da sığınacağımıza gəlirlər. Onlar burada qalır, yeməklə, yataq yeri ilə təmin olunurlar".

Təşkilatçı sığınacağa üz tutan hər bir uşaq və qadının qeydiyyata alındığını, uşaqların hətta tibbi müayinədən keçirildiyini söyləyir.

Həmsöhbətimiz deyir ki, bu məkan daha çox günərzi qayğı mərkəzi kimi fəaliyyət göstərir. Dövlətdən heç bir yardım almadan, öz vəsaitləri və xeyirxah insanların dəstəyi ilə köməksiz qadınlara, uşaqlara dəstək olur:

"Amma bu, o demək deyil ki, buraya heç bir nəzarət aparılmır. Bizim sığınacağımıza Sabunçu Rayon İcra Hakimiyyəti, digər aidiyyəti qurumlar nəzarət edir. İstənilən vaxt burada monitorinq təşkil edib uşaqlara necə qayğı göstərildiyini araşdıra bilirlər".

K.Qasımova ilə söhbət zamanı onu da öyrəndik ki, sığınacağın rəsmi işçiləri yoxdur. Burada hər kəs könüllülük prinsipi ilə çalışır:

"Bizim sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Əsas məqsədimiz köməksiz qalan uşaqlara sahib çıxmaq, onlara dövlət uşaq müəssisələrinə yerləşdirilənədək qayğı göstərməkdir".

Təşkilat rəhbəri ilə söhbətdən sonra burada olan uşaq və qadınlarla da görüşürük. Uşaq sayının az olmasını K.Qasımova bir neçə uşağın məktəbdə olduğu ilə əlaqələndirir:

"Bura günərzi qayğı mərkəzidir. Burada uşaq sayı sabit qalmır. Polis tərəfindən gətirilən uşaqlar bir neçə gündən sonra ya dövlət uşaq müəssisələrinə yerləşdirilir, yaxud da anası nəzarət altındadırsa, buraxıldıqdan sonra övladına sahib çıxır".

Sığınacaqdakı uşaqlar və burada iki aydan çoxdur ki, yaşayan qadın onlara heç bir şiddət göstərilmədiyini söyləyir:
Həmsöhbətimiz deyir ki, bu məkan daha çox günərzi qayğı mərkəzi kimi fəaliyyət göstərir. Dövlətdən heç bir yardım almadan, öz vəsaitləri və xeyirxah insanların dəstəyi ilə köməksiz qadınlara, uşaqlara dəstək olur:

"Amma bu, o demək deyil ki, buraya heç bir nəzarət aparılmır. Bizim sığınacağımıza Sabunçu Rayon İcra Hakimiyyəti, digər aidiyyəti qurumlar nəzarət edir. İstənilən vaxt burada monitorinq təşkil edib uşaqlara necə qayğı göstərildiyini araşdıra bilirlər".

K.Qasımova ilə söhbət zamanı onu da öyrəndik ki, sığınacağın rəsmi işçiləri yoxdur. Burada hər kəs könüllülük prinsipi ilə çalışır:

"Bizim sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Əsas məqsədimiz köməksiz qalan uşaqlara sahib çıxmaq, onlara dövlət uşaq müəssisələrinə yerləşdirilənədək qayğı göstərməkdir".

Təşkilat rəhbəri ilə söhbətdən sonra burada olan uşaq və qadınlarla da görüşürük. Uşaq sayının az olmasını K.Qasımova bir neçə uşağın məktəbdə olduğu ilə əlaqələndirir:

"Bura günərzi qayğı mərkəzidir. Burada uşaq sayı sabit qalmır. Polis tərəfindən gətirilən uşaqlar bir neçə gündən sonra ya dövlət uşaq müəssisələrinə yerləşdirilir, yaxud da anası nəzarət altındadırsa, buraxıldıqdan sonra övladına sahib çıxır".

Sığınacaqdakı uşaqlar və burada iki aydan çoxdur ki, yaşayan qadın onlara heç bir şiddət göstərilmədiyini söyləyir:

"Uşaqlar burada mənim gözümün qarşısında böyüyür. İki aydır ki, buradayam. Hər kəs uşaqlara öz balası kimi baxır".

Könül xanımla sağollaşıb sığınacağı tərk etdikdən sonra həmin ərazidə yaşayan sakinlərlə də həmsöhbət olduq. Onlardan biri bizə bildirdi ki, bir müddət öncə sığınacağa bir qadın gəlib-gedib.

Həmin qadın sığınacaqdakı uşağını görmək istəsə də, buna nail ola bilməyib.

Adının çəkilməsini istəməyən həmsöhbətimiz həmin qadının sığınacaqdan şikayətçi olduğunu, hətta monitorinqin onun şikayəti əsasında aparıldığını da söylədi. Amma ərazidə yaşayan digər sakinlər sığınacaqda uşaqlara necə qayğı göstərildiyi barədə məlumatlı olmadıqlarını bildirdilər.

Sputnik Azərbaycan "Sevgi Evi" qadın və uşaq sığınacağından şikayətçi olan qadınla da görüşməyə müvəffəq olub. Adının Xəyalə olduğunu bildirən xanım müsahibəsində sığınacağın təşkilatçısı K.Qasımovadan şikayət etdiyini, onun şikayəti əsasında sığınacaqda monitorinq keçirildiyini təsdiqləyib:

"Mən 15 yaşında qızıma etdiyi səhv hərəkətə görə acıqlandığımdan, o küsüb evdən getmişdi. Polis onu "Sevgi Evi" qadın və uşaq sığınacağına yerləşdirmişdi. Mən qızımın həmin sığınacağa yerləşdirildiyini bildikdən sonra onu evə aparmaq üçün dəfələrlə həmin ünvana getdim. Amma Könül Qasımova mənim qızımla görüşümə, onunla söhbət etməyimə icazə vermədi.

Mən günlərlə sığınacağın qapısında dayanıb qızımı görmək üçün onun insafa gəlməsini gözlədim. Amma o qızımı mənə qarşı öyrədərək efirə çıxarıb danışdırdı. Mənim əleyhimə qızımı telekanalda müsahibə verməyə məcbur edib. Dəfələrlə rayon icra hakimiyyətinə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Amma bunlara baxmayaraq, qızımla görüşümə Könül Qasımova icazə vermirdi. Nəhayət, qızım orada iki ay qaldıqdan sonra Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mən qızımla görüşə bildim.

Qızım məni görən kimi məndən onu sığınacaqdan xilas etməyimi istədi. Qızımı evə gətirəndən sonra o sığınacaqda başına gətirilənləri mənə danışdı. Bildirdi ki, Könül Qasımova onu günlərlə ac saxlayıb, efirə çıxaraq mənim əleyhimə danışmağa məcbur etmək üçün iki gün zirzəmidə saxlayıb. Qızım razı olmadıqda qışın soyuğunda qızımı hamamda gecələməyə məcbur edib. Qızıma mənəvi işgəncələr verib. Hətta Könül Qasımovanın orada yaşayan tanışı qızıma qarşı əxlaqsız hərəkətlər də edib".

"Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vurub başlarını yandırırdılar"

Özünü "Sevgi Evi" qadın və uşaq sığınacağında şiddətə məruz qalmış qızın valideyni kimi təqdim edən Xəyalə digər uşaqlara qarşı da zorakılıq hadisələrini törədildiyini iddia edib. Onun sözlərinə görə, qızı ona sığınacaqdakı uşaqların ac saxlanıldığını, onlar yatmadıqda fiziki zorakılıqlara məruz qoyulduğunu bildirib:

"Qızım danışırdı ki, oradakı körpələrin saçını qırxıb yerinə spirt vururdular. Könül Qasımova sonra onların keçəl başında spirtin necə alışdığına tamaşa etmək üçün onların başını yandırırmış. Oradakı uşaqların başlarındakı yanıq izləri də bunu sübut edir. Mənim şikayətim əsasında monitorinq zamanı bu faktlar öz təsdiqini tapıb. Hazırda mənim şikayətim əsasında istintaq işi aparılır.

Mənim istəyim, uşaqlara qayğı adı altında onlara şiddət göstərən bu qadının əməllərinə görə layiqli cəzanı almasıdır. Təkcə öz qızımın deyil, oradakı digər uşaqların da başına gətirilən işgəncələr barədə araşdırılma aparılır. Mənim istəyim həmin günahsız uşaqlara işgəncə verənlərin cəzalandırılmasıdır".

Cəmilə Məmmədova (ad şərtidir) anasının dediklərini təsdiqləyib. Bildirib ki, Könül Qasımova ona efirə çıxararaq anasının əleyhinə danışması üçün əzab verib, günlərlə ac saxlayıb:

"Məni məcbur edirdi ki, sığınacağı təmizləyim, uşaqlara baxım. Məndən xadimə, dayə kimi istifadə edirdi".

Könül Qasımova isə Sputnik Azərbaycan-a Xəyalə adında qadını tanıdığını, onun qızının iki ay müddətində sığınacaqda qaldığını təsdiqləyib. Bildirib ki, 15 yaşlı Cəmilə Məmmədova (adı şərtidir) anasının ona qarşı etdiyi qanunsuz əməllərdən polisə sığınıb, daha sonra sığınacağa gətirilib. Elə sığınacaqda uşaqlara işgəncə verilməsi barədə şikayəti də hüquq-mühafizə orqanlarına bu qadın edib:

"Onların dediklərinin heç bir əsası yoxdur. Qız anasının əlindən qaçıb sığınacağa gəlmişdi. Ona və digər uşaqlara qarşı sığınacaqda heç bir zorakılıq törədilməyib. Bunu təsdiqləyən ekspertiza faktı yoxdur. Bizim sığınacaqda uşaqlarla davranışımıza rayon icra hakimiyyəti tərəfindən nəzarət edilir".

Sabunçu Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Ramilə Quliyeva "Sevgi Evi" qadın və uşaq sığınacağı barədə yayılan məlumatlardan xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, həmin məkanın sığınacaq kimi fəaliyyət göstərməsi barədə onlara heç bir sənəd təqdim edilməyib:

"Biz bircə onu bilirik ki, "Space" telekanalına müraciət edən zorakılıq qurbanları oraya yönəldilir".

R.Quliyeva uşaqların sığınacaqda zorakılığa məruz qalması faktı üzrə araşdırılma aparıldığını söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə bildirib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək:

"Kütləvi informasiya vasitələrində iyunun 2-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən sığınacaqların birində uşaqların zorakılığa məruz qalması faktına dair Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb".

Ombudsman Aparatı paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqlara aylarla əzab verilməsi faktına münasibət bildirib. Məlumatda qeyd olunur ki, internet saytlarında yayılmış bu məlumatla bağlı məsələ üzrə müvafiq qaydada Prokurorluğa və DİN-ə də müraciət olunub.

Hadisə ilə bağlı bu gün yayılan xoşagəlməz məlumatlar isə xüsusilə uşaqlar üçün yaradılmış sığınacaqların fəaliyyətini, onlara nəzarət məsələsini yenidən gündəmə gətirib.

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirib ki, uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqlar mütləq şəkildə ixtisaslaşmış olmalı, orada xidmət göstərən insanlar bu sahə üzrə təcrübəli olmalıdırlar:

"Hər kəs sığınacaq açıb xeyriyyə adı altında fəaliyyət göstərə bilməz. Sığınacaqda buna şərait olmalı, lazımi sayda işçi heyəti olmalıdır. Həmçinin müəssisə sığınacaq kimi fəaliyyət göstərməsi üçün akkreditasiyadan keçməlidir. Çox təəssüf ki, bu gün uşaqlara qayğı və dəstək adı altında fəaliyyət göstərən sığınacaqlar heç də öz işlərini peşəkar səviyyədə görmürlər. Hətta uşaqlara qarşı həmin sığınacaqlarda şiddətin olmasına dair məlumatlar gəlir.

Ona görə də uşaq sığınacaqlarına mütləq şəkildə nəzarət gücləndirilməli, həmin müəssisələr akkreditasiya əsasında fəaliyyət göstərməlidirlər. Dövlət qurumları vaxtaşırı belə sığınacaqlarda uşaqlara qarşı davranışı, qidalanmanı monitorinq etməlidir".

Sığınacağın təşkilatçısı Könül Qasımova "Sevgi Evi" qadın və uşaq sığınacağının sənədlərinin akkreditasiyadan keçməsi üçün aidiyyəti üzrə təqdim olunduğunu bildirib.

Oxunub: 370
Paylaş:
Digər xəbərlər

Sosial

19-04-2022, 10:53

Gəncədə DƏHŞƏT: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı.

Sosial

3-06-2022, 18:45

Sahil Babayev istefa verib?

Hadisə

13-04-2022, 17:33

ŞOK hadisə: Yaş yarımlıq uşaq cinsi zorakılığa məruz qaldı

Sosial

9-05-2022, 18:50

Saçını qırxdı, özünə xəsarət yetirdi, basqına məruz qaldığını dedi

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
Bugün, 09:58
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
Hadisə
Bugün, 10:08
Rus polkovnikin avtomobili partladıldı
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
Son xəbərlər
  • Bugün, 12:45
    Nuranə Abdullayevadan Qaradağ rayonunun icra başçısına müraciət: Səngəçalda yağış yağanda evləri su basır
  • Bugün, 11:45
    Gələn il mediaya 68,4 milyon manat ayrılacaq
  • Bugün, 11:43
    Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
  • Bugün, 10:42
    Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib
  • Bugün, 10:08
    Rus polkovnikin avtomobili partladıldı
  • Bugün, 10:05
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Bugün, 09:58
    Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
  • Bugün, 09:51
    Avropanın 50 lideri Dublində toplaşır
  • Bugün, 09:24
    Bu gün Millətlər Liqasında V tur başlayır - TƏQVİM
  • Bugün, 09:19
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Bugün, 09:14
    Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
  • Bugün, 09:12
    Putin KTMT sammitində Ukrayna məsələsini müzakirə edib
  • Bugün, 09:03
    İran ABŞ-ni xəbərdar etdi: “Avropadakı hərbi bazalarınız da hədəf olacaq”
  • Bugün, 09:00
    Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış
  • Bugün, 08:56
    Bakının bu yollarında tıxac var
  • Bugün, 08:46
    Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Bugün, 04:04
    Kanal15.tv saytının təsisçisi və baş redaktoru Nuranə Abdullayevadan Natiq Əliyevə təşəkkür
  • Dün, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • Dün, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • Dün, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • Dün, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • Dün, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
  • Dün, 09:37
    Avro ucuzlaşdı, rubl bahalaşdı - Dollar isə...
  • Dün, 09:32
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • Dün, 09:29
    Ukrayna Rusiyanın ən böyük neft terminalını vurdu
  • Dün, 09:16
    24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
  • Dün, 09:12
    Paşinyan Putini saymadı: Moskvaya getmədi - İrəvan cəzalandırılacaq?
  • Dün, 09:02
    Pezeşkian Türkiyəyə gedir
  • Dün, 09:00
    İsraildə yeni parlament fəaliyyətə başladı
  • Dün, 08:57
    Paşinyan Türkiyəyə getdi
  • Dün, 08:55
    Paytaxtda 15 istiqamətdə tıxac var
  • Dün, 01:33
    İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
  • 10-11-2026, 11:19
    Bərdədə təhsil idarəsi ətrafında qalmaqallı iddia: Rəhbərə avtomobil hədiyyə edildiyi bildirilir
  • 9-11-2026, 09:03
    Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi
Daha çox
6-11-2026, 15:22
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçlğı ilə “8 Noyabr - Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. 06.11.2026
Dün, 01:33
İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
5-11-2026, 20:57
Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
6-11-2026, 14:24
Qəbələdə vətəndaşlarla görüş keçirilib müraciətlər dinlənilib
7-11-2026, 18:11
"General-mayor" rütbəsi alan zabitlər kimdir?
6-11-2026, 22:53
Zəfər Gününə həsr olunmuş karate turnirində şagirdlərimiz uğur qazanıblar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə