Prezident İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edib.
Xebernur.com[b][/b] xəbər verir ki, dəyişikliklə bağlı Sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində “Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini” əvəzinə, “Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” əlavə olunub.