
Bir müddət əvvəl kanal kənarına atılan və tapılaraq TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.
Tibb müəssisəsinin Pediatriya şöbəsində ona xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib.
Xatırladaqki sentyabrın 12-si saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədə yeni doğulmuş qız uşağı tapılaraq polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilmişdir.
Körpənin valideynlərinin müəyyən olunması istiqamətində araşdırmalar aparılır.
