
Bugün şəhid Anar Vəlizadənin övladı Fatimə Vəlizadənin 3 yaşı tamam olur. Bu münasibətilə Azərbaycan Respublikasının şəhid ailələri, əlilər və müharibə veteranlarının hüquq müdafiəçisi Nuranə Gözəlova, vətən müharibəsi iştirakçıları ilə Fatimə balaya kiçik surpriz ediblər. 
Xatırladaqki, Anar Vəlizadə 1994-cü il iyulun 3-də Salyan rayonunun Cəngən kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Anar Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Vəlizadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.
Təşkilatı dəstək olan Foto Fokus studiasının rəhbəri Rusif bəy və Salyan Şirniyyat evinin rəhbəri Zəki bəyə təşəkkür edirik....
Xebernur.com sayıtı adından Fatimə balanı ürəkdən təbrik edirik. Allah hər zaman xoş günlər nəsib etsin... Bəxti gözəl olsun ki, Şəhidimizin ruhu hər zaman şad olsun.