
Bugün şəhid Rəhman Bəşirovun adına xiyabanın açlışı olub. Yenikənd kəndinin sakinləri tərəfindən hazırlanan şəhid parkının açlışında Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin nümayəndəsi Nuranə Gözəlova iştirak edib. Xiyabanın ərsəyə gəlməsində ən böyük zəhmət vətən müharibəsi iştirakçısı və qazisi Tərlan Nəbiyevin üzərinə düşüb.
Şəhid Bəşirov Rəhman Eyvaz oğlu 20.03.2002-ci ildə Salyan rayonunda dünyaya gəlib. 4 bacının bir qardaşı olan Rəhman 06.05.2020-ci ildə hərbi xidmətə çağırılıb. Goranboy rayonu istiqamətində döyüşüb.
01.10.2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.

"Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” və "Vətən uğrunda" medallarıyla təltif edilib.