2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, köçkün qəsəbəsində seçicilərimizlə növbəti görüşümüzü keçirdik.
Tədbirdə YAP Cəbrayıl Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, Azərbaycan Texniki Universitetin professoru Əyyub Kərimov iştirak etdilər.
Yüksək fəallıqla keçən görüşdə ölkəmizdə davamlı şəkildə aparılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramı, kadr islahatları beynəlxalq təcrübənin öyrənilməsi, Ermənistan üzərindəki möhtəşəm qələbə, Qarabağa qayıdış, işğaldan azad edilmiş torpaqlarda yeni həyata hazırlığın mənəvi məsuliyyəti, milli-mənəvi dəyərlərimiz, məşğulluq , gəncləri maraqlandıran digər mövzulardan danışdıq.
Yekunda onların fikir və təkliflərini dinlədik, mövcud problemlərin operativ həlli üçün fikir mübadiləsi apardıq.