• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Rəşad Sadıqov: “İlk hədəf avrokuboklara düşməkdir” - MÜSAHİBƏ

İdman

16-04-2022, 21:48

Rəşad Sadıqov: “İlk hədəf avrokuboklara düşməkdir” - MÜSAHİBƏköməkRəşad Sadıqov: “İlk hədəf avrokuboklara düşməkdir” - MÜSAHİBƏ

“Yaxşı komandaya qarşı oynadıq. Meydanda da bu göründü”.

xebernur.com -un Apasport.az saytına istinadla məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”lə oyun barədə danışarkən deyib.

Autsayder üzərində 2:1 hesablı qələbə qazanan qəsəbə təmsilçisi 3-cü pillədəki mövqeyini möhkəmlədib.
Rəşad Sadıqov: “İlk hədəf avrokuboklara düşməkdir” - MÜSAHİBƏ
Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Sadıqov komandasının çıxışını dəyərləndirib: “İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik ki, sonluq daha rahat olsun. Qol imkanlarımız var idi. “Səbail” elə komandadır ki, hesab böyük olanda da mübarizə aparır. Nə lazımdırsa, onu etməyə çalışdıq. Oyun nəzarətimizdə idi. Son dəqiqələrdə səhvə yol verdik. Ümumilikdə yaxşı oyunlarımızdan birini keçirdik”.

- İkinci qoldan sonra komandanın dayanması nə ilə bağlı idi: rahatlıq, yoxsa “Neftçi” ilə kubok oyununu fikirləşmək?
- Qətiyyən o barədə düşünmürdük. Futbolçular böyük stress altındadır. Bütün komandalarda bu hiss olunur. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bu, onların fiziki formasına təsir edir. 2:0 sürüşkən hesabdır, fərqi artırmaq istəyirdik. Amma oyun elə getdi ki, sona qədər heç kimə istirahət verə bilmədik. Coşqun Diniyev vərəqə limitindədir, onu bir az qoruya bildik. Bəzən verdiyin qərarlar qeyri-standart olur. Futbolçunun mövcud durumunu bilmək çətindir. Düz bildiklərimizi etməyə çalışacağıq. Rahatlaşmaq fikri yox idi. Qol imkanlarımız oldu, hətta qol da vurduq, oyundankənar vəziyyətə görə sayılmadı. Şükürlər olsun, qəza baş vermədən vacib oyunda qələbə qazandıq.

- Mövsümün ilk yarısında komanda daha çox qol vururdu. Davit Volkov da çoxdandır fərqlənmir. Sanki top ona çox çatmır...
- Sualla razı deyiləm. Davitə top gəlmir ki?

- Sanki “qol orucundadır”...
- Sizinlə razı deyiləm. Bu gün rotasiyalar etmişdik. Çempionat boyu buna gedirik. Davit aparıcı futbolçularımızdandır. Həmişə qol vurmaq olmur. Hücumçuları nəzərə alsaq, çempionatda bütün hücumçular maksimum bu qədər qol vurub. 4 oyundan 3-nü səfərdə keçirmişik və yetərincə qol imkanı yaratmışıq. Bu da futbolun bir hissəsidir. Əsas odur ki, oyun planında problem olmasın. Son matçlarda komanda yaxşı çıxış etmişdi. Bu gün də göstərilən futbol həmin oyunların davamı idi. Nəticə çox vaxt oyun göstəricisi olmur. Ən əsas futbolçuların performansına diqqət edirəm.

- Təmkin Xəlilzadənin oynamamasının səbəbi nə idi?
- 4-5 gündən bir oyuna çıxırıq. Elə şeylər var ki, açıqlaya bilmirəm. Çünki rəqiblərə məlumat vermiş oluram. Hər bir futbolçu mənim üçün aparıcıdır. Rotasiyalar daha çox olacaq. Sıx qrafikdə rotasiyalar etməyə məcburam.

- Məqsədiniz gümüş medallardır, yoxsa 3-cü yeri qoruyub saxlamaq?
- Hər hansı planımız yoxdur. İdman elə bir şeydir ki, nəyəsə proqnoz vermək mümkün deyil. Mövsümdən öncə hədəf avrokubok idi. İndi şans varsa, daha artığını istəyə bilərik. Gedişatdan çox şey asılıdır. İlk hədəfimiz avrokuboklara düşməkdir. Necə olmasının fərqi yoxdur. Bəlkə avrokuboklardan da kənar qalacağıq. Nə olacağını hələ bilmirik.

- İndi sizə nəticə daha vacibdir, yoxsa oyun planında inkişaf?
- Oyun fəlsəfəmiz var və onu komandaya yeritmək istəyirik. Təbii ki, nəticəni fikirləşirik. Amma öz yolumuz var və birdən-birə bunu dəyişə bilmərik. Demirəm ki, bütün oyunlarımızda buna sadiq qalacağıq. Amma sırf nəticəni fikirləşmək əlavə psixoloji problem yarada bilər. futbolpress.az

Oxunub: 483
Paylaş:
Digər xəbərlər

İdman

16-04-2022, 21:34

Premyer Liqa: "Zirə" - "Səbail" - HEYƏTLƏR AÇIQLANDI.

Şou Biznes
Gənc müğənni İnci Mütəllimzadənin yeni klipi işıq üzü gördü
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
Mədəniyyət
Dün, 09:58
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
25-10-2026, 12:14
Leyla Əliyeva 98 il sonrakı tarixi gecədə - FOTOLAR
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
Hadisə
Dün, 10:08
Rus polkovnikin avtomobili partladıldı
6-11-2026, 09:51
Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı - Foto
28-10-2026, 11:06
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
Son xəbərlər
  • Bugün, 15:28
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirilmişdir. 13.11.2026
  • Bugün, 15:20
    Həftəsonu hava 10 dərəcəyədək soyuyacaq - XƏBƏRDARLIQ
  • Bugün, 15:06
    Baş redaktor həbs edildi - FOTO
  • Bugün, 14:23
    Fermer, sahibkar və kənd sakinlərindən etiraz: Pambıq müqavilələrindəki problemlər narazılıq yaradıb
  • Bugün, 10:19
    Azərbaycan, Gürcüstan və Türkiyənin birgə hərbi təlimi başlayıb
  • Bugün, 10:13
    Azərbaycan nefti ucuzlaşıb
  • Bugün, 10:07
    Pensiyalar ödənildi
  • Bugün, 08:52
    İranın Sirik adası vuruldu
  • Dün, 19:21
    Qaradağda “Azərbaycan Konstitusiyası: dövlət suverenliyi, hüquqi dövlət və vətəndaş həmrəyliyi” mövzusunda dəyirmi masa keçirilib
  • Dün, 18:37
    “Laçın” bulağının ətrafında təmizlik aksiyası keçirilmişdir.
  • Dün, 18:06
    “Adımız var, səlahiyyətimiz yoxdur” – Deputatlar Naqif Həmzəyevin fikri ilə razılaşırmı?
  • Dün, 16:52
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Binəqədi rayonunun Novxanı bağlar massivində keçirilmişdir. 12.11.2026
  • Dün, 12:45
    Nuranə Abdullayevadan Qaradağ rayonunun icra başçısına müraciət: Səngəçalda yağış yağanda evləri su basır
  • Dün, 11:45
    Gələn il mediaya 68,4 milyon manat ayrılacaq
  • Dün, 11:43
    Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
  • Dün, 10:42
    Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib
  • Dün, 10:08
    Rus polkovnikin avtomobili partladıldı
  • Dün, 10:05
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dün, 09:58
    Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub
  • Dün, 09:51
    Avropanın 50 lideri Dublində toplaşır
  • Dün, 09:24
    Bu gün Millətlər Liqasında V tur başlayır - TƏQVİM
  • Dün, 09:19
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dün, 09:14
    Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
  • Dün, 09:12
    Putin KTMT sammitində Ukrayna məsələsini müzakirə edib
  • Dün, 09:03
    İran ABŞ-ni xəbərdar etdi: “Avropadakı hərbi bazalarınız da hədəf olacaq”
  • Dün, 09:00
    Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış
  • Dün, 08:56
    Bakının bu yollarında tıxac var
  • Dün, 08:46
    Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
  • Dün, 04:04
    Kanal15.tv saytının təsisçisi və baş redaktoru Nuranə Abdullayevadan Natiq Əliyevə təşəkkür
  • 11-11-2026, 10:28
    Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq? - AÇIQLAMA
  • 11-11-2026, 10:26
    9 gün iş olmayacaq - Tarixlər açıqlandı
  • 11-11-2026, 09:50
    Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
  • 11-11-2026, 09:47
    ADY yükdaşımanı 13 % artırıb
  • 11-11-2026, 09:41
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 09:38
    Zəngəzur dəhlizi üçün tarix açıqlandı: 2028-ci ildə Naxçıvana quru yol açılır?
Daha çox
11-11-2026, 01:33
İDDİA: Qazi Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və Qaçqınkom tərəfindən haqsızlığa məruz qaldığını bildirir!
Dün, 12:45
Nuranə Abdullayevadan Qaradağ rayonunun icra başçısına müraciət: Səngəçalda yağış yağanda evləri su basır
7-11-2026, 18:11
"General-mayor" rütbəsi alan zabitlər kimdir?
6-11-2026, 22:53
Zəfər Gününə həsr olunmuş karate turnirində şagirdlərimiz uğur qazanıblar
Dün, 16:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Binəqədi rayonunun Novxanı bağlar massivində keçirilmişdir. 12.11.2026
7-11-2026, 21:31
Bakı DYP-sindən yağışlı hava ilə bağlı sürücülərə və piyadalara XƏBƏRDARLIQ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə