"Niyə bu mənim başıma gəlir?" – bu sual adətən, hər şeyin səhv getdiyini gördüyümüzdə və daha çox əziyyət çəkdiyimizdə, özümüzə verdiyimiz əsas sualdır. Cavab isə çox zaman eyni olur: hazırda yaşadığımız həyatı və qarşılaşdığımız problemləri biz insan olaraq doğulmamışdan əvvəl, ruh olduğumuz zaman planlaşdırırıq.
Biz bunu əziyyət çəkmək üçün yox, yalnız və yalnız əziyyət çəkməmək üçün bir fürsət qazanmağa görə edirik. Nə qədər az və ya çox əziyyət çəksək də fərqi yoxdur – son nəticə eyni olacaq – ruhumuzun dərəcəsi artacaq. Bu, məsələn daha çox özünü dərk etmək və ya başqalarına daha böyük şəfqət göstərmək şəklində ortaya çıxa bilər.
Qazanacağımızı ümid etdiyimiz inkişaf "öyrənmə məqsədi" kimidir, məqsədə çatmaq üçün üzləşəcəyimiz çətinliklər isə qarşımıza qoyduğumuz "dərslər" dir.
HƏYAT PLANLARI
Həyat planı gələcək həyatın müxtəlif mərhələlərində baş verəcəyini niyyət etdiyimiz kobud cizgilərdir.
Hərbi fəaliyyət planı kimi bu, giriş nöqtəsini (doğuş), son nöqtəni (ölüm), əsas məqsədi (həyat dərsi), və bir neçə fövqəladə planlarımızı davam etdirməyimizə kömək edəcək yol boyunca işarə nöqtələrini özündə cəmləşdirən bütün missiyanın ümumi marşrut xəritəsi olacaqdır. Hətta burada təhlükəsizliyə qayıda bilməmiz üçün bir neçə strateji erkən çıxış nöqtələri (məsələn, ölümcül xəstəliklər və qəzalar) də ola bilər.
Bu, olduqca yaxşı bir bənzətmədir, çünki hərbi əməliyyatlar kimi ruhumuzun planları avtomatik olaraq açılacaq bir daşa yerləşdirilmir. Əgər belə olsaydı, o zaman biz, əvvəlcədən yazılmış yazıları düşünmədən həyata keçirən kuklalardan başqa bir şey olmazdıq. Bunun mənası və dəyəri də olmazdı.
Əslində, həyat planlarımız, araşdırma və improvizasiya üçün çox şeyə malik olaraq kifayət qədər sərbəst şəkildə müəyyənləşdirilib. Nəticələr isə həmişə gözlənilməz olur. Bəs niyə? Çünki sərbəst iradə, oyun planı zəminində qurulur.
Bütün həyatımızı əhatə edən belə planlarımız olsa da, başlıca məqam, həyat vəziyyətlərini "xam" yaşamaq və onlara düşündüyümüz bir şəkildə cavab verməkdir. Bəli, müəyyən hadisələr, planlaşdırıldığı kimi müəyyən vaxtlarda baş verəcəkdir. Bu, məsələn, travmatik uşaqlıq təcrübəsi, Las Veqasda səfərdə köhnə bir dostla "təsadüfi qarşılaşma", uğursuzluğun alçaldıcı təcrübəsi və s. şəkildə ola bilər... Təşkil etdiyimiz bəzi şeylər isə hər halda həyata keçəcək. Kainat buna qiymət verəcək. Bu cür şeylərlə bağlı seçdiyimiz işlər geniş və açıqdır. Biz məmnuniyyətə və ya narazılığa reaksiya verməkdə azadıq. Bir işə girişməkdə və ya imtina etməkdə sərbəstik. Doğru və yanlışı hiss etməkdə sərbəstik.
Əsgərlikdə deyilən kimi, heç bir plan düşmənlə təmasda qalmır. Başqa sözlə, ruhumuzun bu həyat üçün olan planları həyata keçirilməsi vacib olan ssenarilər deyil, sadəcə planlardır. Əsas hadisələr və mərhələlər əvvəlcədən tərtib edilmişdir. Lakin, yerdəki hərəkətlərimiz tamamilə azad seçim məsələsidir. Nəticə əvvəlcədən müəyyənləşdirilmir. Sən, mən və tanış olduğumuz hər kəs öz yolumuzu seçirik. Həyat oyununun bütün məqamı budur.
RUH MÜQAVİLƏLƏRİ
Hər birimiz həyatımızın öz ehtiyaclarımıza və mənafelərimizə xidmət etməsini planlaşdırsaq da, təcrid olunmuş bir boşluqda heç bir həyat planı və ya həyat təcrübəsi yoxdur. Hamımız bir yerdəyik. Bir ömür boyu edəcəyinizi planlaşdırdığınız hər şey, cəlb olunacaq bütün insanların həyat planlarına uyğun gəlir.
Şübhəsiz ki, öz həyat planınızda başqaları ilə əlaqəli bir sıra əsas təcrübələr mövcuddur. Onların həyat planları da sizinlə eyni təcrübələri özündə cəmləşdirəcəkdir. Hamımız bir-birimizin həyat təcrübələrində iştirak etməyə razılaşmalıyıq. Bəziləri bu qarşılıqlı razılaşmaları "ruh müqavilələri" adlandırırlar. Müddətli müqavilə isə çox formaldır. Müqavilə qanuni-məcburi bir öhdəlikdir. Qanuni müqaviləni yerinə yetirə bilməsək, ciddi problemlə üzləşə bilərik. Ancaq ruh planı müqavilələri rəsmi müqavilələr kimi deyil. Bunlar sözün həqiqi mənasında yalnız razılaşmalardır - həyatın müəyyən bir nöqtəsində birgə həyata keçirilməli olan razılaşdırılmış fəaliyyət kursudur.
Ancaq bütün bunlar, hərəkətlərimizdə bir növ kosmik qismətin olduğunu, məsələn, sevgimizin əbədi olaraq "ulduzlarda yazıldığını" və ya onun bütün mövcudluğunda bizim üçün yeganə əsl sevgi olduğunu ifadə etməməlidir.
Bəzi razılaşmalar isə, o qədər də işə yaramır. Əslində, bir çox müqavilələr başqaları ilə münaqişəyə səbəb olmaq üçün hazırlanmışdır. Məsələn, bir karma ardıcıllığını tamamlamağa razı ola bilərik, və ya yalnız öz böyüməyimiz naminə, qəzəbli bir valideyn qazanmağı və ya təhqiramiz bir ərə sahib olmağı planlaşdıra bilərik - və bu əlaqəni həyata keçirmək üçün başqa bir ruhla müqavilə bağlamalıyq.
Dünyadakı həyatımızda çoxlu qarşıdurma yaşaya bilərik, amma nəticədə heç bir münaqişə yoxdur. Normal qəbul edə biləcəyimizdən daha yüksək səviyyədə hər şey tamamilə inteqrasiya olunmuş və ahəngdardır.
HƏYAT VƏZİFƏLƏRİ
Həyat vəzifəsi, bizə verilən bir ömür boyu nə isə qazanmaq və təcrübə əldə etmək üçün təyin etdiyimiz bir şey - tək bir təcəssüm (cövhər) üçün əsas niyyətimizdir. Bu, sona çatdırmaq üçün bir vasitə, təlim məqsədimizi yerinə yetirmək üçün bir yoldur. Həyat vəzifəsi, ruhun təkamülü baxımından ən çox təsir edən və özünəməxsus bir təcəssümdə (cövhərdə) seçdiyimiz məqamdır.
Bu vəzifə "Ağrı dağına dırmaşmaq" kimi birdəfəlik nailiyyət ola bilməz. Əksinə, həm çətin, həm də ruhlandırıcı, eyni zamanda başqalarına müəyyən mənada dəyər verən müsbət hərəkətlər olacaqdır. Məsələn, liderlik yolu ilə bütövlüyü nümayiş etdirmək, başqalarını özünə inanmağa ruhlandırmaq, medium mühitində sevginin mənasını araşdırmaq və s.
Beləliklə, hazırkı həyat vəzifəniz, güzgüdə gördüyünüz şəxsiyyət kimi sizin (cövhər, can və ya ruh kimi) ömür boyu yaşayaraq və öyrənərək hədəfə çatmaq niyyətinizdir. Ümumiyyətlə, həyat tapşırığınız təbii olaraq ruhunuzun növünə və səviyyənizə uyğun olacaqdır.
Tipik olaraq, bir həyat tapşırığını müvəffəqiyyətlə yerinə yetirmək və bununla da böyüməyə addım atmaq üç ömür sürə bilər. Bu həyatda özünüzə məxsus olan vəzifəniz, son həyatınızdakı və bəlkə də sonrakı həyatınızdakı kimi ola bilər. Həyatı yaşayarkən, həyatımızın planını və ya məqsədini bilmirik. Onları dəyişdirməyə də gücümüz çatmır. Ancaq öz həyatımızı yaşadığımız kimi, etdiyimiz və etmədiyimiz şeylər üzərində də tam sərbəst seçimimiz var.
ORTA HƏYAT DÖNÜŞ NÖQTƏSİ
Həyat tapşırığı ümumiyyətlə həyatın ikinci yarısında "əsl işimiz" olaraq açılmaq üçün hazırlanmışdır. Bundan əvvəl, həyatın ilk yarısı, əsasən həyat tapşırığını yerinə yetirmək üçün faydalı olacaq bilik, bacarıq, münasibət və təcrübə əldə etmək üçün hazırlıqdır. Vücudumuzun seçimi, həyat hadisələri və uşaqlıq şərtləri əsasən nəzərdə tutulmuş həyat tapşırığını yerinə yetirməyə yönəldiləcəkdir.
Bu, uşaqlarda və gənclərdə pis hadisələrin tez-tez baş verməsinin bir səbəbidir - əvvəlcədən planlaşdırılan bir təcrübəyə əsaslanaraq, ortaya çıxan şəxsiyyətlərini formalaşdırmaq və müəyyən bir istiqamətə yönəltmək üçün hazırlanmışdır. Məsələn, həyati vəzifəsi "ehtiyacı olan uşaqlara xidmət etmək" olan biri əvvəlki həyatda valideynlərini itirərək övladlığa götürüldükdən sonra çətin bir uşaqlıq təcrübəsi yaşaya bilər. Bu xoşagəlməz təcrübələr, sizə sonrakı həyat vəzifələrinizi ən yaxşı şəkildə yerinə yetirməniz üçün lazım olan şəxsi anlayış və şəfqət bəxş edəcəkdir.
Eyni şey xoşbəxt bir uşaqlıq, gözəl nənə və baba, ruhlandırıcı bir məktəb müəllimi və s. olmaq kimi müsbət təcrübələrə də aiddir. Bu cür təcrübələr, sonradan gələcək həyat vəzifəsi üçün ortaya çıxan şəxsiyyəti formalaşdırmağa kömək edəcəkdir.
Adətən, 35 yaşı keçməyincə, həyat vəzifəmiz diqqət mərkəzinə gəlməyə başlayır. 30 və ya 40-cı illərin ortalarına çatdıqda, həyat vəzifəmizi yerinə yetirmək üçün “həvəsləndirmə” hiss etməyə meylli oluruq. Gənc ruhlar bu qədər şüurlu deyillər, lakin Yetkin ruhlar bunu - məqsədə çatmaq arzusu hissini çox vaxt kəskin şəkildə bilirlər. Bəziləri üçün, orta həyatın dönüş nöqtəsi həyatda bu günə qədər görülən hər şeyi şübhə altına aldığı üçün çətin ola bilər. “Bəlkə də səhv karyeramdayam. Bəlkə də səhv münasibətdəyəm. Yəqin ki, başqa bir ölkəyə köçməliyəm...” Beləliklə, gələcəkdə qeyri-müəyyənlik boşluğu hiss olunur.
NECƏ İCRA ETMƏLİ?
Bir çox insanlar, ilk dəfə nəyin nə olduğunu bilmədikləri üçün, həyat tapşırıqlarını yerinə yetirə bilməyəcəklərini düşünərək qorxmağa başlayırlar. Həyat vəzifələrimizi dəqiq bilməsək də, çox sadə bir həll yolu var... Həyat, nə olursa olsun, bizə fürsət verəcək şeylər istehsal edəcəkdir. Dözümlü olduqca, həyat bizə daha zərif bir məhsul verəcəkdir. Əgər müqavimət göstərsək, həyat bizə o qədər də yumşaq bir təkan verməz.
Öz hisslərimizə güvənərək, doğru yolda olub olmadığımızı deyə bilərik. Həyat planımıza uyğun seçimlər edərkən həyəcan, harmoniya, xoşbəxtlik və onu necə həyata keçirəcəyimizi hiss edirik. Həyat planımıza zidd olan seçimlər edərkən, məyusluq, cansıxıcılıq, narazılıq və həyata keçirmə boşluğu ilə qarşılaşırıq.
Ən yaxşı hisslərimizi dinlədikdə, həyat planımız, səylərimizi sevinc gətirəcək bir şəkildə inkişaf etdirəcək. Həyat cığırı ilə hərəkət etməyin ən sadə yolu, bu cığır boyu rahat bir şəkildə və özümüzə xoş gələn şeylərlə getməkdir.
Həyat vəzifəsi, həyat cövhərinin diqqətlə və asanlıqla yerinə yetirə biləcəyi bir tapşırıqdır. Başqa sözlə desək, bu cövhərin müşaiyəti ilə hərəkət edərkən, onun təsiri altında yerinə yetirilən hər hansı bir iş, həyat tapşırığının həyata keçirilməsində irəliləyişə səbəb olur. Çox həqiqi mənada, bu vəziyyətə çatmaq – son həyat tapşırığıdır.
Elçin İbrahimov
Xəbərnur