Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistana xəbərdarlıq edib.
Xəbər verilir ki, bu barədə o, "A Haber" kanalına müsahibəsində danışıb.
Ətraflı
O qeyd edib ki, Qərbin İrəvanı silahlandırması Ermənistan üçün yaxşı heç nə vəd etmir.
"Biz Ermənistanla normallaşmaya hazırıq, lakin bunun yolu Ermənistanı silahlandırmaqdan keçmir, bunun sonunda itirən Ermənistan ola bilər", - Hakan Fidan deyib.
Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın maraqları və təhlükəsizliyini Cənubi Qafqaz siyasətində hər zaman bir nömrəli prioritet hesab edir.