Bu gün Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.
Bilik Gününün təşkili ilə bağlı müvafiq təlimatın tələblərinə uyğun təşkil olunan tədbirdə Laçın Təhsil Sektorunun müdiri Nicat Həsənov, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində yeni tədris ilinin başlanması münasibətilə məktəb ictimaiyyətinə təbriklər çatdırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin hərtərəfli inkişafı və qarşıda duran prioritet vəzifələrdən bəhs olunub. Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlamasının 50 illik yubileyinə təsadüf edən yeni tədris ilinin təhsil ocağımız üçün xüsusi tarixi əhəmiyyət daşıdığı vurğulanıb.
Bədii hissədə şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar, şeirlər, musiqi nömrələri və rəqslər nümayiş etdirilib.
Əziz şagirdlərimizi, dəyərli müəllimlərimizi və hörmətli valideynlərimizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, hər kəsə uğurlar və yüksək nailiyyətlər arzulayırıq.