Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilana yola düşüb.
Modern.az xəbər verir ki, səfər birgünlük olacaq.
Cənab Ərdoğan Əliyevlə birlikdə işğaldan azad edilmiş Qarabağda ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
Qeyd edək ki, daha sonra keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün aspektləri ilə nəzərdən keçiriləcəyi və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımların müzakirə olunacağı gözlənilir.
***
08:54
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
Xəbər verilir ki, Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək.
Türkiyə liderinin Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin oktyabrın 26-da prezidentlər Füzulidə Beynəlxalq Hava Limanının açılışında iştirak etmişdilər.