Dünyanın müxtəlif ölkələrdən karqo təyyarələri ölkəmizə göndərilir, onlara təşəkkür edirik".
Xebernur.comxəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ön sırada dayanan Azərbaycan ilk gündən etibarən əlindəki bütün yük təyyarələrini bizim üçün səfərbər edib. İndiyə qədər ümumilə dünya ölkələrindən 23 878 çadır ölkəmizə çatıb. Bu gün isə 9000 çadır daha ölkəmizə gətiriləcək”, - Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, 99 ölkə və 16 beynəlxalq təşkilat Türkiyəyə yardım təklif edib.
"Əlavə olaraq, 7 ölkədən axtarış-xilasetmə qruplarını gözləyirik”, - Türkiyə XİN başçısı deyib.