
Uşaqlar olmasaydi,insanlığı bu qədər sevə bilməzdik. Albert Enişteynin də dediyi kimi: Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə böyük kəşflər və yüksəlişlər heçdir....
Mərhəmət uşaq sığınacağı Şirvan şəhərində yerləşir. Burada 22 uşaq var. Onlardan valideyn himayəsindən məhrum olan, hər iki valideyni itirən, valideynləri tərəfindən tərk edilən və s uşaqlar var... Uşaqlar hamsı gözəldir, bu gözəllikdən niyə imtina etsinlərki? Deyə bilmərik. Ən balaca uşağın 2 ən böyük uşağın 16 yaşı var.
Bugündə öz komandamızla bu sığınacağı ziyarət etdik. Əlbətdə xeyriyyəçi dostlarımız sayəsində.
Uşaqlar bir günəşdir. Çalışın o günəş gələcəkdə sizin üçün parlasın. Mən əminəm ki, o uşaqların hər biri gələcəkdə həkim, müəllim, polis, nazir olacaqlar...
Sonda isə bu işdə təşkilatçılıq edənlərə təşəkkür edirəm. Nərmin xanım və onun dostlarına, Al Marketin Salyan filalında işləyən Əfqan Zeynalova sonsuz təşəkkür edirəm. Hər kim hədiyyələr göndərib uşaqları sevindirdisə Allahda sizləri sevindirsin...