• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ombudsman 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı

Gündəm

19-01-2024, 10:26

Ombudsman 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
“Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş 20 Yanvar cinayətinə hələ də hüquqi qiymət verilməyib, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməyiblər”.



Məlumata görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatında qeyd edilib.



Bəyanatda deyilir:



"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Bəyanatı Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür.



1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir.
Ətraflı



İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.



Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, bu çətin gündə də xalqının yanında olmuş, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəmizin Moskva şəhərindəki nümayəndəliyində mətbuat konfransı keçirmiş, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağlı pisləyən kəskin bəyanatla çıxış etmişdir. Hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu cinayətə siyasi-hüquqi münasibət bildirilmiş, 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunmuşdur.



Mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azadlıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.



Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməmişlər.



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram".

Oxunub: 373
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

27-01-2022, 07:10

ABŞ Konqresindən 20 Yanvarla bağlı BƏYANAT

Cəmiyyət

29-06-2022, 11:29

Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ

Şou Biznes
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Mədəniyyət
18-09-2026, 09:22
Bu gün Milli Musiqi Günüdür
16-09-2026, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Hadisə
Dün, 09:53
İş adamının nəvəsi qonşusunu güllələdi
16-09-2026, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
16-09-2026, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
Son xəbərlər
  • Bugün, 17:19
    Bəzi dövlət qurumları distant iş rejiminə keçdi
  • Bugün, 15:34
    Füzuli Ələkbərovun şirkətləri bir milyon borca düşdü
  • Bugün, 14:49
    Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir
  • Bugün, 14:36
    Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
  • Bugün, 10:45
    İran Prezidenti Amerikaya getdi
  • Dün, 16:06
    Naxçıvan Müəllimlər İnstitutu ləğv olundu
  • Dün, 14:10
    Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
  • Dün, 10:56
    Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
  • Dün, 10:54
    Rusiyada seçki nəticələri açıqlanır - Putinin partiyası öndədir
  • Dün, 10:37
    Nazir ona yüksək vəzifə verdi
  • Dün, 10:34
    Ramiz Mehdiyevi mühakimə edən hakim KİMDİR...
  • Dün, 10:22
    Zakir Həsənov hərbi polislərlə görüşdü, tapşırıqlar verdi
  • Dün, 09:53
    İş adamının nəvəsi qonşusunu güllələdi
  • Dün, 09:25
    Ramiz Mehdiyevin məhkəməsi başlayır
  • Dün, 09:23
    Araqçi Nyu-Yorka getdi
  • Dün, 09:22
    Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - GÖRÜNTÜLƏR
  • Dün, 09:05
    Hazırda paytaxtda sıxlıq olan yolların siyahısı
  • Dün, 09:01
    Böyük qayıdış rəqəmlərdə, 100 minə çatan yol necə qət edildi...
  • Dün, 08:58
    Bakıda sentyabrın 21-də elektrik enerjisi kəsiləcək
  • 19-09-2026, 17:34
    Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
  • 18-09-2026, 21:28
    Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
  • 18-09-2026, 16:40
    Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi - Fotolar
  • 18-09-2026, 09:56
    AvroLiqa: “Beşiktaş” “Marsel”ə meydan oxudu
  • 18-09-2026, 09:39
    Dünya birjalarında neft ucuzlaşıb
  • 18-09-2026, 09:31
    Bakıda bu yollarda tıxac var - SİYAHI
  • 18-09-2026, 09:29
    Valyuta bazarında fərqli mənzərə - Avro bahalaşdı, rubl, lirə ucuzlaşdı
  • 18-09-2026, 09:24
    Paşinyan Almaniyaya getdi
  • 18-09-2026, 09:22
    Bu gün Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:20
    Şəhid Qorxmaz İsgəndərovun xatirəsi ehtiramla anılıb
  • 17-09-2026, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • 17-09-2026, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • 17-09-2026, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • 17-09-2026, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • 17-09-2026, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • 17-09-2026, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
Daha çox
18-09-2026, 21:28
Şou-biznesdə yeni duet səs-küyü: Alışka Lider və Nuranə Abdullayeva bir arada!
Bugün, 14:36
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
19-09-2026, 17:34
Şəhadətlərin üçüncü ildönümündə məzarları ziyarət olundu.
16-09-2026, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
17-09-2026, 00:48
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
16-09-2026, 16:46
Tələbələri hədələyən şəxslər polisə çağırıldı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə