• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Töhmət alan icra başçısını nə gözləyir?

Siyasət

17-02-2026, 14:45

Töhmət alan icra başçısını nə gözləyir?
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.


İcra başçısının töhmətə görə hansı məhdudiyyətlərlə üzləşəcəyini araşdırıb.
Qanunvericiliyə əsasən töhmət verilən dövlət qulluqçusunun barəsində intizam tənbehi şəxsi işində qeydə alınır və müəyyən müddət ərzində qüvvədə saxlanılır.


Deputat Arzuxan Əlizadə saytımıza açıqlamasında qeyd edib ki, dövlət qulluqçusundan fərqli olaraq icra başçısı birbaşa Prezident tərəfindən təyin olunur və onun vəzifədən kənarlaşdırması və ya hansısa digər tədbirlərin görülməsi ilə bağlı yalnız Prezidentin səlahiyyəti var.

“Töhmət verildiyi halda, təbii ki, bu, yazılı formada rəsmiləşdirilir və şəxsin şəxsi işinə daxil edilir. Töhmət, adətən, altı ay müddətində müəyyən məhdudiyyətlər yaradır. Bu məhdudiyyətlərə yüksək vəzifəyə təyinat, mükafatlandırma və digər stimullaşdırıcı tədbirlərlə bağlı məhdudiyyətlər daxildir. Qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulan bu məhdudiyyətlərdən icra başçıları ilə bağlı da istifadə oluna bilər. Lakin burada əsas məqam ondan ibarətdir ki, rayon icra hakimiyyətinin başçısı yalnız Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid olan təyinatlı vəzifədir. Prezident gələcəkdə həmin şəxsi başqa vəzifəyə təyin edərkən töhmət faktoru nəzərə alına bilər”.


A. Əlizadə bildirib ki, bununla yanaşı, şəxsin fəaliyyətində əldə etdiyi digər müsbət nəticələr də onun yenidən və ya daha yüksək vəzifəyə təyin edilməsi üçün əsas yarada bilər. İcra strukturlarında başqa sahələr üzrə fəaliyyətinin davam etdirilməsi və ya yeni vəzifəyə irəli çəkilməsi də mümkündür.
“İstənilən halda, töhmət tənbeh tədbiri kimi qiymətləndirilir. Dövlət qulluqçuları üçün tətbiq olunan müəyyən məhdudiyyətlərin eyni məntiq üzrə icra hakimiyyəti başçılarına da şamil edilməsi mümkündür”, - o vurğulayıb.

Arzuxan Əlizadə həmçinin icra başçısı Adil Əliyevə töhmət verilməsini işçi qaydada keçirilən müşavirə kimi qiymətləndirilməli olduğunu qeyd edib:
“Adil Əliyev ictimaiyyətə kifayət qədər tanınan şəxsdir. O, uzun müddət Azərbaycan parlamentində fəaliyyət göstərib, parlament sədrinin müavini vəzifəsini icra edib. Dövlətinə bağlı, dövlətçilik prinsiplərinə sadiq şəxs kimi tanınır. İctimai rəydə Adil Əliyevin təkcə təmsil etdiyi rayon üzrə deyil, ölkənin müxtəlif bölgələrində ehtiyacı olan şəxslərə diqqətlə yanaşan, sosial məsələlərə həssas münasibət göstərən bir şəxs olduğu vurğulanır. O, idman və digər sahələrdə fərqlənən şəxslərə dəstək göstərməsi ilə də tanınır. Bu istiqamətdə həyata keçirdiyi xeyirxah təşəbbüslər və dövlətçilik fəaliyyətinə məsuliyyətlə yanaşması ictimaiyyətə məlumdur”.


O qeyd edib ki, bununla belə, təmsil etdiyi rayonda müəyyən problemlərin mövcud olduğu da müşavirədə qeyd edilib.
“Bildirilib ki, Adil Əliyev özü də iclasda çıxış edərək qaldırılan məsələlərin diqqətə alındığını və problemlərin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görüləcəyini bəyan edib. Gözləntilər ondan ibarətdir ki, növbəti mərhələdə həm Suraxanı rayonunda, həm də digər rayonlarda mövcud nöqsanlar aradan qaldırılacaq. Ümumilikdə Bakı şəhəri ilə bağlı bir sıra məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan belə müşavirələrin keçirilməsi, ayrı-ayrı məmurlara konkret tapşırıqların verilməsi, nöqsanların açıq şəkildə müzakirə olunması yalnız müsbət qiymətləndirilə bilər. İşçi qaydada verilən xəbərdarlıq və ya töhmətlər normal qəbul edilməli, əsas diqqət isə problemlərin aradan qaldırılmasına yönəldilməlidir. Növbəti dövrdə bu istiqamətdə daha ciddi addımların atılacağı gözlənilir” – deputat sonda qeyd edib.

Oxunub: 98
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-02-2026, 10:56

Bir icra başçısına töhmət verildi - Digərinə xəbərdarlıq edildi

Gündəm

21-08-2024, 11:30

Eldar Əzizovdan icra başçılarına - Xəbərdarlıq

Gündəm

15-11-2023, 09:36

Qış sərt keçəcək - İcra hakimiyyətlərinə XƏBƏRDARLIQ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
Hadisə
Dün, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Dün, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Bugün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Bugün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Bugün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Bugün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Bugün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Bugün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dün, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • Dün, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • Dün, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • Dün, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Dün, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • Dün, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • Dün, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • Dün, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • Dün, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • Dün, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • Dün, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • Dün, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • Dün, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • Dün, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Dün, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • Dün, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • Dün, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • Dün, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Dün, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
  • Dün, 09:48
    Sabunçuda avtomobil piyadanı vurub öldürdü
  • Dün, 09:43
    Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır
  • Dün, 09:42
    Xəstəxana direktoru vəzifədən azad edilib
  • Dün, 09:38
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • Dün, 09:26
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 09:21
    Bu axşam Avropa Liqasında maraqlı oyunlar var - TƏQVİM
  • Dün, 09:17
    Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü
  • Dün, 09:14
    Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı
  • 15-09-2026, 16:19
    Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Dün, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
14-09-2026, 16:59
ABŞ səfirliyinin rəsmisi Xankəndi səfərindən yazdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə