• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xarici doplomatlar Şuşa, Xankəndi, Kəlbəcərdən Bakıya nə gətirdilər...

Siyasət

14-09-2026, 09:12

Xarici doplomatlar Şuşa, Xankəndi, Kəlbəcərdən Bakıya nə gətirdilər...Qarabağ susqunluğu necə etirafa çevrildi

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti Şuşa, Xankəndi, Ağdərə və Kəlbəcərdə oldu. Nümayəndə heyətinin bu səfəri əslində, otuz ilə yaxın müddətdə beynəlxalq diplomatik korpusun Ermənistan işğalına qarşı saxladığı institusional susqunluğun, indi isə Azərbaycanın bərpa-quruculuq reallığına şəxsən şahidlik etməsinə çevrilməsinin rəmzi anı idi. Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə keçirilən bu səfə sistemli diplomatik strategiyanın davamlı elementidir.


Dünən susqun, bu gün şahid

Burada diqqət çəkilməli olan ən kəskin məqam məhz tarixi paradoksdur. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi otuz ilə yaxın dövrdə, məhz bu gün Xankəndidə, Şuşada, Kəlbəcərdə olan ölkələrin böyük əksəriyyətinin diplomatik korpusu bu işğal faktına qarşı, susmuşdu. Nə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884), nə də ATƏT-in Minsk qrupunun otuz illik "vasitəçiliyi" real nəticə verməmişdi. İşğal faktının özü beynəlxalq arenada çox vaxt "dondurulmuş münaqişə" kimi neytrallaşdırılırdı.

İndi isə həmin diplomatik korpusun nümayəndələri həmin ərazilərdə Xankəndi Dəmiryol və Avtovağzal Kompleksində, Zəfər parkında, Qarabağ Universitetində bərpa-quruculuq prosesinin canlı şahidinə çevrilir. Bu səfəri simvolik baxımdan, susqunluqdan etirafa doğru gedən yolun vizual sənədləşdirilməsi kimi qiymətləndirmək dahs doğru olardı.

Hər addımda erməni vandalizminin izləri

Səfərin ikinci günü diplomatlar Ağdərədəki Gəncəsər və Kəlbəcərdəki Xudavəng monastır komplekslərini ziyarət edərkən, abidələrə edilmiş müdaxilə, dəyişiklik və saxtalaşdırma halları barədə konkret məlumat verildi.

Bu kontekstdə Prezidentin köməkçisi Hikmət Hacıyevin verdiyi açıqlama xüsusi əhəmiyyət kəsb edir. O, Gəncəsər və Xudavəng kilsələrinin qədim Qafqaz Albaniyası xristian irsinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq bildirib ki, Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal Dövlə tərəfindən inşa etdirilib. Onun sözlərinə görə, işğal illərində bu tarixi abidələr 'bərpa' adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib. Bu, əslində, illərdir davam edən bir narrativ döyüşünün bu abidələrin "erməni kilsəsi" deyil,

Hacıyev bu mövzuda "saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını" məhz bu abidələri şəxsən ziyarət etməyə çağırıb və "Görmək inanmaqdır" prinsipini vurğulayıb. Hikmət Hacıyevin bu yanaşması diplomatik dildə nadir rast gəlinən birbaşa çağırışdır.


Kəlbəcər, rəqəmlərdən reallığa

Səfərin Kəlbəcər hissəsi xüsusi diqqətə layiqdir, çünki burada abstrakt diplomatiya konkret, hissi təcrübəyə çevrilir. Diplomatlar və hərbi attaşelər "İstisu" mineral su zavodunun fəaliyyəti ilə tanış olub, ardınca Kəlbəcər şəhərində keçirilən Bal festivalında iştirak ediblər. Bu təfərrüat dünyanın 58 ölkəsinin diplomatı öz əlləri ilə Kəlbəcər balını dadanda, İstisu suyunu içəndə, "de-fakto tanınma" formasına çevrilir.

Ermənistan tərəfinin reaksiyası: rəsmi razılıq, qeyri-rəsmi hiddət

Bu səfərin Ermənistan mediasında əks-sədası ikili mənzərə yaradır. Müstəqil media orqanları Paşinyan hökumətinin bu səfərlərə qarşı etiraz etmədiyini qeyd edir. Bu da sülh prosesinin indiki mərhələsində İrəvanın Azərbaycanın öz ərazisində suveren hüquqla hərəkət etməsini, əslində, çəkinərək də olsa, gerçəklik kimi qəbul etdiyini göstərir.

Digər tərəfdən, Qarabağ separatçı strukturlarının qalıqları və "Kavkaz Uzel" kimi nəşrlərdə hay-küy salanlar bu səfəri özlərinə qarşı təhqir hesab edirlər. Bu ikili mənzərə göstərir ki, əslində, rəsmi İrəvan (Paşinyan xətti) yeni reallığı qəbul edir, amma köhnə strukturlar (separatçı "nomenklatura", radikal fəallar) hələ də revanşist mövqedən çıxış edir.

Bu ilin əvvəlində Avropa Parlamentinin abidələrin dağıdılması ilə bağlı qətnaməsindən sonra Azərbaycan parlamenti Avropa parlamenti ilə əlaqələri tamamilə kəsmişdi.Buna görə diplomatların bilavasitə "yerində görmə" təcrübəsi hətta Avropa parlamentini utandırmaq üçün vacib məqam olacaq.


Səfər dünyaya hansı mesajı verdi?

Bu səfərin çoxqatlı mesaj strukturunu da diqqətə çatdıraq.

Dünyaya verilən mesaj budur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunmuş torpaqlarda tikinti-quruculuq aparan, tarixi-mədəni irsi qoruyan dövlətdir. Və bu mesaj bəyanatlarla verilmir, 150 diplomatın bilavasitə müşahidəsi ilə təsdiqlənir.

Şuşaya, Xankəndiyə verilən mesajlar budur ki, bu şəhərlər unudulmuş, tənha, "arxa həyət" ərazilər deyil. Bu yerlər beynəlxalq diplomatik icmanın müntəzəm diqqət mərkəzindədir, "Zəfər" parkı, Mədəniyyət Mərkəzi, Qarabağ Universiteti kimi obyektlərlə canlı, inkişaf edən şəhərlərə çevrilib.

Diplomatların özləri ilə işğaldan azad edilmiş bölgələrə apardıqları və gətirdikləri daha maraqlıdır.

Diplomatlar Bakıya özləri ilə diplomatiyada ən qiymətli valyuta hesab edilən birbaşa müşahidə gətirdilər. Bir tərəfdən Alban dini irsinin konkret memarlıq nümunələrini, onların ermən ilər tərəfindən necə bərbad hala salındığını gözləri ilə gördülər, digər tərəfdən Kəlbəcərin balını dadıb suyunu içərək, bu ərazinin bugünkü sosial-iqtisadi reallığının bir hissəsi oldular. Bütün bunlardan sonra növbəti dəfə öz paytaxtlarında Qarabağ haqqında hesabat hazırlayanda, arxivlərdəki köhnə xəritələrdən uzaq duraraq gördüklərinə istinad edəcəklər.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm

18-09-2024, 11:20

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi

Cəmiyyət

21-06-2025, 10:38

Xarici diplomatlar Şuşada - FOTO

Gündəm

18-04-2025, 09:32

Hikmət Hacıyev xarici ölkələrin səfirlərini yenidən Qarabağa apardı

Gündəm

11-12-2022, 10:26

Xarici diplomatlar Zəngilandadırlar - YENİLƏNİB

Gündəm

28-09-2022, 19:57

Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 15:43
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
Hadisə
Dün, 17:11
Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
Dün, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Son xəbərlər
  • Bugün, 14:26
    İcbari tibbi sığorta bütün xəstəlikləri əhatə etməlidir - komitə sədri
  • Bugün, 14:00
    Prezident və birinci xanım Şamaxıda səfərdədir
  • Bugün, 10:41
    “Həzi Aslanov”da əsaslı yenilənmə işləri tamamlanır
  • Bugün, 09:05
    Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
  • Bugün, 09:03
    Tramp Ağ Evdə erməni keşişləri qəbul edib
  • Bugün, 09:01
    Bu gün AvroLiqa-da daha 9 oyun var - TƏQVİM
  • Bugün, 00:48
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • Dün, 23:15
    Kliniki Tibbi Mərkəz gecə qaranlığa qərq oldu xəstəxanada nə baş verir?
  • Dün, 17:11
    Badamdarda yaşayış binasında partlayış, xəsarət alan var
  • Dün, 16:54
    Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
  • Dün, 16:49
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Dün, 16:46
    Tələbələri hədələyən şəxslər polisə çağırıldı
  • Dün, 15:43
    Füzuli və Xankəndidəki incəsənət məktəbləri Nazirliyin tabeliyinə verildi
  • Dün, 15:17
    İlham Əliyev Qaradağda açılışda
  • Dün, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • Dün, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • Dün, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • Dün, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • Dün, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • Dün, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • Dün, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Dün, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • Dün, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • Dün, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • Dün, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Dün, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
  • Dün, 09:48
    Sabunçuda avtomobil piyadanı vurub öldürdü
  • Dün, 09:43
    Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır
  • Dün, 09:42
    Xəstəxana direktoru vəzifədən azad edilib
  • Dün, 09:38
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • Dün, 09:26
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 09:21
    Bu axşam Avropa Liqasında maraqlı oyunlar var - TƏQVİM
  • Dün, 09:17
    Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü
  • Dün, 09:14
    Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı
  • 15-09-2026, 16:19
    Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Daha çox
15-09-2026, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
14-09-2026, 10:07
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib.
Dün, 16:54
Tələbələrin nəqliyyat xərclərinə güzəşt edildi
14-09-2026, 16:59
ABŞ səfirliyinin rəsmisi Xankəndi səfərindən yazdı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə