• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Radikalların “boykot” qərarı onların mənəvi məğlubiyyəti deməkdir – Millət vəkili

Siyasət

20-12-2023, 19:50

Radikalların “boykot” qərarı onların mənəvi məğlubiyyəti deməkdir – Millət vəkili
2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar mühüm önəm kəsb edir. Bu eyni zamanda növbəti siyasi yarış üçün vacib situasiyadır. Azərbaycanda mövcud olan azad rəqabət mühitində özünə, elektoratına güvənən siyasi təşkilatlar üçün seçki olduqca vacib platformadır. Siyasi partiyalar hər zaman seçkiyə qatılmaqda maraqlı olmalıdır. Amma ölkəmizdə özünü hər zaman açıq, demokratik seçki mübarizəsindən kənar saxlamaqla qarayaxma kampaniyasında görən siyasi partiyalar da mövcuddur. Bu mənada AXCP və Müsavatın tutmuş olduğu mövqe təəcüb və təssüf doğurur.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.O qeyd edib ki, sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifətin yanaşması seçkiləri qərəzli şəkildə “boykot” elan olunması xarici qüvvələrə xidmətin əyani təzahürüdür: “Reallıq odur ki, “boykot” siyasi rəqabət metodu deyil. Bu sadəcə olaraq qərəzli informasiya və manipulyasiyalar üçün münbit şərait yaradan “siyasi texnologiyadır”. Çünki “boykot” – sifarişli təxribatdır. “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyalar yaratmaq üçün istifadə olunur. Bu həmçinin ucuz və hiyləgər addım olmaqla yanaşı bilavasitə təxribatlara yol açan siyasi hiylədir. Eyni zamanda bu kimi yanaşmalar “ikili standartlar” siyasətinin mahiyyəti olaraq ortaya çıxır. Beynəlxalq münasibətlər sistemində hələ də tüğyan edən tendensiyalar və kimlərinsə sonu bilinməyən geosiyasi “iştahalarının” mövcudluğu səbəbindən hər bir ölkə üçün daxili siyasi sabitliyin pozulması ilə əlaqədar potensial təhdid yaşana bilər. Fakt odur ki, siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir”.Millət vəkili hesab edir ki, radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanıb: “Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olub. Amma bu qüvvələr anlamır ki, seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Məhz “boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olur”.

Deputat bildirib ki, “boykotun” elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir: “Eyni zamanda onların əsas strateji hədəfi cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib”.

Aqil Məmmədov növbədənkənar prezident seçkilərinin demokratik prinsiplərə uyğun açıq siyasi mübarizə fonunda keçiriləcəyinə əminliyini ifadə edib: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan demokratik şəffaf cəmiyyət anlayışı bu gün özünün ən yüksək pilləsinə çatıb. Cəmiyyətin istək və arzuları bu gün idarəçiliyin formalaşmasında əsas amildir. Bu mənada 2024-cü ilin fevralın 7-də keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi daxil olacaq. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bu mənada mühüm önəm kəsb edir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Amma bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə bağlıdır. Onlar bu seçkilərdə də biabırçı şəkildə məğlub olacaqlarına əmindir. Azərbaycan cəmiyyəti isə hər zaman olduğu kimi həqiqətə, reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlət anlayışına səs verməklə radikallara layiqli cavab vermiş olacaq”.

Oxunub: 314
Paylaş:
Digər xəbərlər

Gündəm

3-04-2023, 14:13

Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir.

Siyasət

21-11-2022, 11:56

Siyasi partiyalar bu halda ləğv olunacaq

Siyasət

18-12-2023, 15:08

“COP29”-un Azərbaycanda keçirilməsi qərarı beynəlxalq nüfuzun göstəricisidir” – Millət vəkili

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
14-09-2026, 09:14
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
Hadisə
Bugün, 09:48
Sabunçuda avtomobil piyadanı vurub öldürdü
14-09-2026, 09:53
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
14-09-2026, 09:31
Gəncədə iki nəfər bıçaqlandı
Son xəbərlər
  • Bugün, 14:20
    Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər
  • Bugün, 14:14
    Putin bu gün xalqa müraciət edəcək
  • Bugün, 14:07
    ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək
  • Bugün, 14:06
    Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı
  • Bugün, 13:30
    Müzəffər xalqın qüruru və quruculuq salnaməsi
  • Bugün, 11:58
    İlham Əliyev auditdə yeni mərhələni açıqladı
  • Bugün, 11:56
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 10:30
    Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika
  • Bugün, 10:23
    İlham Əliyev Şah İsmayıl Xətai haqqında nə dedi...
  • Bugün, 10:21
    Beynəlxalq konfrans iştirakçıları Ağdamda - Fotolar
  • Bugün, 09:54
    Borcu məhkəməsiz necə tələb etmək olar?
  • Bugün, 09:51
    Müğənninin qardaşı baş həkim təyin olundu
  • Bugün, 09:48
    Sabunçuda avtomobil piyadanı vurub öldürdü
  • Bugün, 09:43
    Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır
  • Bugün, 09:42
    Xəstəxana direktoru vəzifədən azad edilib
  • Bugün, 09:38
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • Bugün, 09:26
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:21
    Bu axşam Avropa Liqasında maraqlı oyunlar var - TƏQVİM
  • Bugün, 09:17
    Jurnalistlərin helikopteri qəzaya uğradı - 3 nəfər öldü
  • Bugün, 09:14
    Azərbaycan-BƏƏ münasibətləri müzakirə edildi - Hikmət Hacıyev açıqladı
  • Dün, 16:19
    Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
  • Dün, 16:05
    Bu məktəbdə müəllimlər vahid formaya keçdilər
  • Dün, 15:54
    Rəqəmsal dünyada uşaqlar üçün təhlükə - “Roblox” nədir?
  • Dün, 15:47
    Sabah Azərbaycana dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dün, 15:33
    Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
  • Dün, 14:41
    TDT-nin növbəti Zirvə görüşü gələn ay Türkiyədə keçiriləcək
  • Dün, 12:08
    Rusiyada dizel böhranı başlayır - Azərbaycanın qazancı artır
  • Dün, 12:05
    Azərbaycanla Ermənistanın ticarət dövriyyəsi 18 milyon dolları keçib
  • Dün, 11:56
    Hərbi çağırışdan boyun qaçıranlara cinayət işi açıldı
  • Dün, 11:54
    Azad edilmiş ərazilərdə ilk dəfə Bilik Gününü qeyd edən MƏKTƏBLƏR
  • Dün, 11:51
    Bakının taleyini həll edən Göyçay döyüşləri - bilinməyən tarix
  • Dün, 11:47
    Qarabağda məskunlaşanların sayı artır - daha 3350 ailə köçürülüb
  • Dün, 11:40
    İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
  • 14-09-2026, 17:54
    Yeni qəbul olunmuş tələbələr üçün Tanışlıq Günü təşkil edilib
  • 14-09-2026, 17:05
    Dünyanın ən yaxşı qadın tennisçisi məlum oldu - SİYAHI
Daha çox
Dün, 11:40
İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
14-09-2026, 10:56
Prezident "SABAH.city" innovasiya şəhərciyinin AÇILIŞINDA
13-09-2026, 18:42
Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
10-09-2026, 10:08
Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
10-09-2026, 09:09
Trampla telefon danışığını ləğv etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə